Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması üzrə beynəlxalq müsabiqə

 

Muzeyin yaradılması gənc nəslin adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında rol oynamalıdır

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması üzrə beynəlxalq müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən, müsabiqə Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyul tarixli Sərəncamına əsasən, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının hazırlanması ilə əlaqədar keçirilir.

Beynəlxalq müsabiqənin təşkilati və texniki şərtlərinə görə, layihə milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqının keçmişini, bugününü özündə yaşatmaqla onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, xalq yaradıcılığı formalarının dolğun mənzərəsinin canlandırılması sahəsində böyük əhəmiyyət kəsb etməlidir. Muzeyin yaradılması, eyni zamanda, gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında mühüm rol oynamalıdır. Abşeron rayonunun Qobu qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş 200 hektar ərazidə yaradılacaq bu muzeydə xalq mədəniyyətinin bütün nümunələri bir-birini tamamlayan səpkidə yerləşdirilməlidir.

Respublikanın bütün bölgələrindən toplanmış ev tipləri, təsərrüfat tikililəri, su yel dəyirmanları, sənətkarlıq emalatxanaları, xalq sənətinin növlərini əks etdirən eksponatlar, nəqliyyat vasitələri, əhalinin məişətdə, əkinçilikdə, heyvandarlıqda, arıçılıqda digər sahələrdə istifadə etdiyi alət avadanlıqlar, evlərin daxili sahmanı üçün əşyalar Azərbaycan xalqının qədim zəngin mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, təbliğ olunmasına gələcək nəsillərə çatdırılmasına xidmət edən digər eksponatlar Azərbaycan Etnoqrafiya Muzeyinin əsasını təşkil etməlidir. Bu işdə muzeylərin açıq səma altında təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin təcrübələri, etnoqrafik muzeyşünaslıq elminin son nailiyyətləri nəzərə alınmalıdır. Gələcək muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə Miniatür Azərbaycanı xatırlatmalıdır.

Layihələr 2010-cu il aprelin 1-dək Mədəniyyət Turizm Nazirliyinə imzasız, yuxarı sağ küncündə şərti deviz yazılmaqla bağlı zərfdə təqdim edilməlidir. Üzərində şərti deviz yazılmış, içərisində müəllifin adı, soyadı, atasının adı ünvanı göstərilən möhürlənmiş zərf işə əlavə olunmalıdır. Müsabiqənin şərtlərinə uyğun olmayan işlərə baxılmayacaqdır.

Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 60 min, 40 min 20 min manat məbləğlərində 1-ci, 2-ci 3-cü dərəcəli mükafatlar təsis edilmişdir.

Müsabiqənin qalibi elan edilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin istifadəsinə verilir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 5 noyabr.- S. 12.