“40-cı qapıbədii filminin daha bir uğuru

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləRitm produktionkino şirkətində çəkilmiş “40-cı qapıbədii filmi Montenegro Beynəlxalq Kino Festivalında uğurla iştirak etmişdir. Mədəniyyət Turizm Nazirliyinin məlumatına əsasən, film festivalınGümüş zeytun budağıprizini qazanmışdır. Bundan əlavə, Elçin MusaoğluƏn yaxşı rejissor işi Əbdürrəhim BeşaratƏn yaxşı operator işimükafatlarına layiq görülmüşlər.

Noyabr ayında “40-cı qapıdaha altı xarici festivalın müsabiqəsində Azərbaycan kinosunu təmsil edəcək: San-Paulo Beynəlxalq Kino Festivalı (Braziliya),  Qotbus BKF (Almaniya), Bursa BKF (Türkiyə), “Qara gecələr” BKF (Estoniya), Asiatiko BKF (İtaliya), Dehli BKF (Hindistan).

 

 

Zümrüd

 

Səs.- 2009.- 10 noyabr.- S. 12.