Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğimövzusunda seminar

 

Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində keçirilir

 

Mədəniyyət turizm nazirliyinin nəzdində mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin planına uyğun olaraqBakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində  noyabrın 13-14-də Respublika Muzey Mərkəzində  Həvəskar rəssam xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlərmövzusunda sərgi keçiriləcəkdir.

Mədəniyyət turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, sərginin əsasnaməsinə uyğun olaraq bu ilin oktyabr ayının 12-dən 14-dək  Lənkəran, 16-dan 17-dək Şirvan,  20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilmişdir. Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş  müxtəlif janrlarda  450 əsərdən 300-ə yaxını respublika sərgisinə təqdim olunmuşdur. Sərgiyə mədəniyyət turizm nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, rayon mədəniyyət turizm şöbələri digər əlaqədar təşkilatlardan nümayəndələr dəvət olunub.

Elmi-metodiki mərkəzinBakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” tədbirlər planı çərçivəsində keçiriləcək daha bir tədbiri - “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğimövzusunda seminar - 13 noyabrda Muzey Mərkəzinin konfrans zalında keçirəcəkdir. Seminarın işində mədəniyyət turizm nazirliyindən, Qafqaz Müsəlmanları İdarəsindən, Milli Azərbaycan Tarixi Muzeyindən, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən, Azərbaycan Milli Konservatoriyasından nümayəndələr dəvət olunmuşlar. Tədbirdə mövzu ətrafındaTarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarının qurulmasında mənəvi dəyərləri əks etdirən materiallar”, “İslamda elm”, “İslamda ailə-məişət”, “Muzeylərdə islami dəyərlərin təbliğinin etik psixoloji məqamları”, “Qurani-Kərimdəki xalılar”, “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğinin aktuallığı s. məruzələr dinləniləcək, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil olunacaq. Seminarda respublikanın bütün rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları dinləyici qismində dəvətlidirlər. Seminarın keçirilməsində əsas məqsəd seminarın qarşıya qoyduğu mövzu ətrafında tarix-diyarşünaslıq muzeylərinin əsas fondlarında mühafizə olunan eksponatların təbliğatı sahəsində biliklərin əldə edilməsidir. Qeyd etmək lazımdır ki, respublikamızdaTarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğimövzusunda seminar  ilk dəfə keçirilir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 13 noyabr.- S. 12.