Leyli Məcnun operasının 100 illiyinə həsr edilmiş tədbir

 

YUNESKO-nun qərarı ilə keçirilən Leyli Məcnun operasının 100 illiyi həsr edilmiş tədbirlərin növbətisi Daşkənddə keçirilib. Özbəkistanda Şərqin ilk operasının yubiley mərasimi təntənəli şəkildə keçirilib. Yubiley mərasimində Özbəkistanda fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, YUNESKO-nun yerli təmsilçiliyinin nümayəndələri iştirak edib. Sərgi maraqla qarşılanıb. Burada Leyli Məcnun operasının 1916- ildə Daşkənddə səhnələşdirilməsi tarixini əks etdirən sənəd, foto afişaların surətlərindən, rəsm əsəri reproduksiyalardan ibarət sənədlər yer alıb. Həmçinin, tamaşadan xronikal kadrlar da nümayiş olunub. Ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov Üzeyir Hacıbəylinin Azərbaycan dünya musiqi tarixinə verdiyi əvəzsiz töhfədən danışıb. Qeyd edib ki, bu opera ilə, nəinki ölkəmizin, eləcə , Şərqin opera tarixinin əsası qoyulub. Özbəkistan Bəstəkarlar İttifaqınin birinci katibi Rüstəm Abdullayev, Özbəkistan Azərbaycan Respublikalarının xalq artisti Firudin Səfərov digərləri Üzeyir yaradıcılığının özbək musiqiçiləri üçün məktəb olduğunu minnətdarlıqla qeyd ediblər. Yubileydə Bakıdan dəvət olunan sənətçilər operadan kiçik parçalar təqdim ediblər. Xatırladaq ki, Tədbir Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, Özbəkistan Mədəniyyət İdman Nazirliyi, habelə, Daşkənd Dövlət Akademik Böyük Teatrının birgə səyləri ilə təşkil olunub.

 

 

Zümrüd

 

Səs.- 2009.- 13 noyabr.- S. 12.