“Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi

 

Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi.

Tədbirdə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə altı gün davam edəcək yubiley tədbirlərinin noyabrın 12- başlandığını, beynəlxalq konfransın Azərbaycan bəstəkarlıq məktəbi haqqında diskussiya kimi, “dəyirmi masa” şəklində keçiriləcəyini bildirib. Prezident İlham Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı yüksək dəyərləndirən F.Əlizadə hazırda klassik musiqi janrının dünyada üzləşdiyi problemlərdən danışaraq, XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri - Üzeyir Hacıbəyli, Qara Qarayev Fikrət Əmirovun yaradıcılığını diqqətə çatdırdı.

Beynəlxalq konfransda Zümrüd Dadaşzadənin “Azərbaycan musiqisində avanqard texnologiyaların tətbiqinə dair”, Cahangir Səlimxanovun “Yerli “yeni musiqi” yaxud paralel “avanqard” (1970-1990-ci illər Azərbaycan musiqisinin tədqiqat çərçivəsinin müəyyən edilməsinə dair)”, Ceyran Mahmudovanın “Azərbaycan mahnısı: dünəni bu günü”, Sevil Fərhadovanın “Musiqi elm incəsənət kimi”, Rəhilə Abbasovanın “Müasir Azərbaycan operasının bəzi problemlərinə dair”, Kamilə Dadaşzadənin “Azərbaycan musiqi eposşünaslığının problemləri müasir elmi araşdırmalar kontekstində” Turan Məmmədəliyevanın “Azərbaycan caz sənəti postsovet məkanında (başlıca aspektlər üslub təmayüllərimövzularında məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbirdə Rusiyadan Mərkəzi Asiya ölkələrindən olan qonaqlar Azərbaycan klassik musiqisinin ənənələrindən danışmış, yubiley tədbirlərində iştirakdan məmnunluqlarını bildirmişlər.

 

 

Zümrüd

 

Səs.- 2009.- 14 noyabr.- S. 12.