MDB gənclərinin 1-ci musiqi akademiyası

 

Xəbər verdiyimiz kimi, Minskdə Yuri Başmetin Beynəlxalq Festivalı keçirilmişdir. Festival çərçivəsində MDB gənclərinin 1-ci musiqi akademiyası da təşkil olunmuşdur. Tədbir gənclərin ustad dərsləri keçməsi onların kamera orkestri tərkibində öz ifalarını təqdim etməsi məqsədi daşımışdır. Gənclər üçün fərəhli hal ondan ibarət olmuşdur ki, onlara Yuri Başmet (alt), Vitali Astaxov (alt), Aleksandr Buzlov (violonçel), Vasili Lobanov (fortepiano), Dimut Poppen (alt), Sergey Roldugin (violonçel), Viktor Tretyakov (skripka), Aleksandr Trostyanski (skripka), Kristofer Elton (fortepiano), Natalya Qutman (violonçel) kimi görkəmli musiqiçilər ustad dərsləri keçmişlər. Festivalda ölkəmizi təmsil edən akademiklərəustad dərslərini əməkdar artist Murad Adıgözəlzadə keçmişdir. Festivalda akademiyada Azərbaycan musiqiçiləri Toğrul Hüseynli Anar Seyidovun çıxışları böyük maraqla qarşılanmışdır. Yuri Başmetin idarəsi ilə solo ifa isə A.Seyidova həvalə edilib.

 

 

Zümrüd

 

Səs.- 2009.- 16 oktyabr.- S. 12.