Qarabağdan keçən “ ölüm

 

Azərbaycanın işğal olunmuş əraziləri narkoticarətin marşrutuna çevrilib

 

İldə 400 milyarda yaxın ABŞ dolları, milyonlarla insanın həyatı hesabına qazanılır. Müasir dünya yalnız bəşəri ideya və dəyərlərin deyil, elə insanlığın özünün mövcudluğunu şübhə altına alan yeni qlobal təhlükələrlə üzləşib. 21-ci əsr yalnız terrorla deyil, həm də beynəlxalq terrorçuluğu qidalandıran bütün təhlükəli təzahürlərlə müharibə əsridir. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq şəbəkənin zərərsizləşdirilməsi ən əsas və prioritet məqsədlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, son 12 ay ərzində planetimizin ümumi əhalisinin 3 faizi, yəni təxminən 15-64 yaş arasında 185 milyon insan narkotikdən istifadə edib.

Bu gün 200 milyondan çox insan "narkomaniya” adlı xəstəliyə tutulub və elə bunun nəticəsidir ki, beynəlxalq narkobiznesin illik gəliri məhz təxminən həmin 400 milyard dolları təşkil edir. Narkoterror təhlükəsi Azərbaycandan da yan keçməyib. Müstəqilliyinin 22-ci ilini yaşayan, geosiyasigeoiqtisadi maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar şəbəkələrin daim maraq dairəsində olub. Bu, eyni zamanda xaricdəki narkobaronlar tərəfindən " ölümün istehsalçıdan istehlakçıya çatdırılması üçün Azərbaycanın ən qısa və ən ucuz yol kimi qiymətləndirilməsi ilə bağlıdır. bu gün artıq faktdır ki, öz məkrli niyyətlərini həyata keçirmək üçün beynəlxalq narkosindikat bir neçə marşrutlardan istifadə etməklə buradan - Azərbaycan Respublikasının ərazisindən həm tranzit ölkə, həm də əlverişli bazar kimi yararlanmağa cəhd göstərir. Aparılan təhqiqatlara əsasən, Azərbaycana narkotik vasitələrin qanunsuz dövriyyəsindən irəli gələn təhlükənin bir ucu Əfqanıstana bir ucunun isə Avropaya qədər uzandığı narkotrafikin mərkəzində yerləşməsi ilə əlaqədardır. Ötən 5 il ərzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri, eləcə də əldə edilmiş faktların təhlili Əfqanıstandan Azərbaycana, buradan isə Avropa və dünyanın digər ölkələrinə narkotiklərin daşınması işində kuryer qismində əksər hallarda İran vətəndaşları çıxış edir. Danılmaz faktdır ki, 2004-2009-cu illər ərzində Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 26 iranlı kuryer cinayət məsuliyyətinə cəlb olunub. Bundan əlavə, bir çox şahid ifadələri və sübutlar var ki, əksər hallarda İran vətəndaşları narkotiklərin Azərbaycana və ya ərazimizdən istifadə edərək başqa ölkələrə ötürülməsində iştirak edib. Lakin planları pozulduqda, məsuliyyətdən yayınmağa və İran ərazisində gizlənməyə müvəffəq olub. BMT-nin hesabatlarında bildirilir ki, son müşahidələr amfetamin qrupuna aid narkotiklərin yayılması probleminin daha da kəskinləşdiyini göstərir. Amfetamin qrupuna aid stimullaşdırıcılar - yaxud "ekstazi”ləri az xərc çəkməklə praktiki olaraq hər yerdə istehsal etmək mümkündür. 1990-cı illərdən bəri aparılan təhqiqatlar göstərir ki, "ekstazi” dünyanın 60-dan artıq ölkəsində istehsal olunur. Və ildən-ilə istehsalçı ölkələrin siyahısı da genişlənməkdədir. 2007-ci ilin araşdırmalarının nəticələrinə görə, ümumilikdə amfetamin qrupuna aid narkotiklərin istehsalı 230-640 metrik ton, "ekstaziqrupuna aid narkotiklərin istehsalı isə təxminən 72-137 metrik tona çatıb. Digər tərəfdən, bu növ narkotiklərin daşınması, yayılması, istehlakı o qədər də çətin olmadığından, xüsusən də gənclər arasında bu növ narkotiklərə aludəçilik hallarının gələcəkdə artma ehtimalının milli genefondu ciddi təhdid etdiyi şübhəsizdir. Azərbaycanda da "ekstaziqrupuna aid narkotiklərin geniş yayılması hallarına qarşı mübarizə gücləndirilib. 2008-ci ildə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində "ekstaziqrupuna aid narkotiklərin ölkəmizə gətirilməsi, yayılması və satışı ilə məşğul olan bir qrup şəxs ifşa olunaraq yaxalanıb. Baxış zamanı onlardan 1000 ədəd narkotik vasitə olan "ekstaziaşkarlanaraq götürülüb. Azərbaycanın işğal olunmuş Qarabağ-İran-Azərbaycan-Rusiya, yaxud Avropa marşrutu mövcuddur. Bu gün daha bir istiqamət mövcuddur ki, Azərbaycanın hakimiyyət orqanları bu kanala nəzarət etmək iqtidarında deyil. Lakin bu istiqamətin həddindən artıq təhlükəli olması ilə bağlı narahatlığını yalnız rəsmi Bakı yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də ifadə edib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi və nəticə etibarilə Azərbaycan-İran sərhədlərinin 132 kilometrlik hissəsi Azərbaycanın nəzarətindən kənar zonada yerləşir. Bu gün işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim fəaliyyət göstərir. İrandan Azərbaycan istiqamətində böyük həcmdə narkotik vasitələrin axınını, həmçinin separatçı rejimlərin ənənəvi olaraq əsasən narkotik maddə və silah alverindən əldə olunan gəlirlər hesabına yaşamasını nəzərə alaraq, işğal olunmuş ərazilərdə mövcud durumu təsəvvür etmək çətin deyil. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıqdır və etiraf etmək lazımdır ki, bu, həm MDB, həm Avropa və ümumilikdə, bütün dünya üçün çox böyükciddi təhlükədir. Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var. Həmin ərazilərdən nəinki tranzit, habelə orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin RusiyayaAvropaya yayılması üçün istifadə olunur.

Azərbaycana qaçaq yolla gizli gətirilən narkotik vasitələr - heroin, həşiş və tiryəkin əsasən Əfqanıstan və Pakistandan İranın Məşhəd, XorasanLorestan bölgələrinə keçməklə daxil olur. Sonradan Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərinə aparılır. Xudafərin körpüsü vasitəsilə Füzuli, Cəbrayıl rayonlarına keçirilirorada xammal xüsusi laboratoriyalarda emal edilir, hazır məhsul erməni hərbçiləri və narkomafiyaları tərəfindən Avropaya göndərilir.

Azad Səfəri ifadəsində, həmçinin demişdir ki, o, sonuncu dəfə tutulmamışdan təxminən 3 ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə keçmişbütün dediklərinin orada şahidi olub. Hazırda həmin kanal vasitəsilə bu ərazilərə demək olar ki, bütün növ narkotiklər daşınır və emal olunur. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə İrandan qaçaq yolla qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilibsonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Belə ki, əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları - Bağırov Babək Surxay oğlu, Məhərrəmov Ramil Bayram oğluİran İslam Respublikasının vətəndaşı İbrahimi Əsgər Səxavət oğlu yaxalanıblar. Məlum olub ki, Babək Bağırov, Ramil Məhərrəmov, Əsgər İbrahimiİran İslam Respublikasının digər vətəndaşı, Parsabad rayonunun Qaraqabaq kənd sakini Ərsalam Həlim qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər. Əsgər İbrahimi ifadəsində göstərib ki, Ərsalam Həlim Azərbaycana aparmaq üçün İranda ona verdiyi qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirilib. Belə ki, Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilən daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulayıb. O, həmçinin işğal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsi ilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını demişdir. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirib ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İranaoradan başqa ölkələrə göndərdiklərini deyib. Ərsalam Həlim erməni hərbçilərinə sifariş etdiyi marixuananın növbəti hissəsinin keyfiyyətini yoxlamaq məqsədilə Babək Bağırova İrana gəlməsini təklif etmişsonuncu bununla razılaşıb. Faktlar bir daha göstərir ki, 2006-cı ildə qaçaq yolla İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olanMilli Təhlükəsizlik Nazirliyi tərəfindən 2006-cı ildə yaxalanmış İran vətəndaşları - Azad Səfəri və Təzəxan Səfəri qardaşlarına da narkotiklərin verilməsi və onların Azərbaycana keçirilməsi həmin Ərsalam Həlim tərəfindən təşkil olunmuşdur. Sonuncunun Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin yetişdirilməsi və satışı ilə məşğul olan erməni hərbçiləri ilə əlaqələri və işbirliyi hələ də davam edir. Milli Təhlükəsizlik Nazirliyinin son əməliyyat tədbirləri nəticəsində cinayətkar qruplardan aşkar edilərək götürülmüş ümumilikdə 40 kiloqrama yaxın qurudulmuş marixuananın ekspertizası həmin narkotik vasitələrin eyni mənşəli və tərkibli olduğunu, yəni işğal altındakı Qarabağ ərazilərində kultivasiya edildiyini sübuta yetirib. Təhlil göstərir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və emalı getdikcə geniş vüsət almaqdadır. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Ermənistanın özündə və işğal etdiyi Azərbaycan ərazilərində erməni politoloqlarının, siyasətçilərinin və iqtisadçı-ekspertlərinin özləri tərəfindən də etiraf olunduğu kimi, əhalinin sosial-maddi vəziyyəti xeyli pisləşmiş, yoxsulluq gündən-günə daha da artır. Bu vəziyyətin artıq Ermənistan Silahlı Qüvvələrinə ciddi sirayət və təsir etdiyigöz qabağındadır. Ermənistan tərəfindən qəsb edilmiş Azərbaycan ərazilərindən müxtəlif cinayətkar məqsədlər, o cümlədən terrorçuluq, narkotiklərin qanunusuz dövriyyəsi, silah qaçaqmalçılğı və s. üçün istifadə edildiyi sübuta ehtiyacı olmayan faktlardır. Bununla yanaşı, hazırda ciddi iqtisadi tənəzzül və maliyyə yoxluğu ilə üzləşmiş Ermənistan, onun yaratdığı qondarma separatçı rejim və erməni silahlı birləşmələri hərbçiləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərini davam etdirməyin başlıca yollarından biri kimi narkotik vasitələrin yetişdirilməsini və satışının daha da artırılmasında, qanunsuz dövriyyəsinin daha da genişləndirməsində görürlər. Təqdim olunan faktlar bir daha sübut edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə məşğul olan transmilli cinayətkar qruplaşmalar öz məhsullarını böyük bazarlara çıxarmaq üçün Azərbaycanı ən əlverişli tranzit dəhlizi kimi qiymətləndirir. Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair dövlət proqramı qəbul edib. Bu proqramın həyata keçirilməsində digər aidiyyati dövlət qurumları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də fəal iştirak edir. Bu gün milli təhlükəsizlik orqanları narkotik vasitələrin qanunsuz daşınması üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstərən yerli və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizənin aparıcı qüvvəsidir. Bu gün " ölüm”lə mübarizədə ciddi nəticələr verən qabaqlayıcı-profilaktik tədbirlərdən istifadə olunur. Bu ümumbəşəri bəlaya çevrilmiş narkotiklərlə mübarizənin səmərə verməsinə Milli Təhlükəsizlik Nazirliyi cəmiyyətlə möhkəm və etibarlı əlaqələrin qurulması nəticəsində nail olub. Son 9 ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 5 tondan artıq ağır tərkibli narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Qəbul olunan faktdır ki, narkotiklərin satışı bəri başdan insan həyatının məhvinə yönəldiyindən böyük gəlirlərə can atan narkosindikatlar qarşılarına çıxan istənilən maneəni istənilən vasitələrlə məhv etməyə hazırdırlar və Azərbaycan da istisna deyil. Amma dövlətləri diz üstə çökdürə bilən bu təhlükə məhz Azərbaycanda öz qarşısında xalqının genefondunun, onun milli-mənəvi dəyərlərinin keşikçilərini görəcək.

 

Anar Bayramoğlu

 

Şərq.- 2013.- 15 iyun.- S. 5.