Ceyhun Mirzəyevin 70 illik yubileyi keçiriləcək

 

Aprelin 9-da aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 yaşı tamam olur. Bu münasibətlə yaxın günlərdə Dövlət Film Fondunda Ceyhun Mirzəyevlə bağlı yubiley tədbiri təşkil ediləcək.Bu barədə Movqe.az-a Dövlət Film Fondundan məlumat verilib.Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür sənət yolundan bəhs ediləcək, çəkdiyi aktyor kimi rol aldığı filmlərdən parçalar nümayiş etdiriləcək.Ceyhun Mirzəyevin sənət dostları onun haqqında xatirələrini bölüşəcək.Tədbirin keçirilmə vaxtı hələ dəqiqləşməyib.Xatırladaq ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Daha sonra təhsilini  Moskvada davam etdirib. Onun 47 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş"  filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana" filmində çəkilib.Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi aktyor rejissor kimi filmlər çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm güclü parodiyaçılıq qabiliyyəti

Şərq.- 2016.- 9 aprel.- S.13