AZƏRBAYCANIN ANARI

 

Xalq yazıçısı Anarın ad gününə

 

 

Anar ilk yazısını yazan gündən bu günə kimi daim müasir ədəbi prosesin diqqətindədir. Onu oxucularına sevdirən əsas səbəblərdən biriodur ki, o həyat hadisələrini təbii şəkildə qələmə alır, heç kəsin tərəfinndə dayanmır. Bütün əsərlərində müasir həyatın nəbzi döyünür və hər əsərdə müəllif işığı həmişə haqqın üzərinə düşür.

Anar 60-cı illərdə doğulsa da, özündən sonra şərti olaraq adlandırdığımız bütün on illiklərin ən yenilkçi və məhsuldar yazıçısıdır. Hər gün onu görməsəm də həftədə bir -iki dəfə görürəm. Onun yerişi, hərəkəti və çıxışları mənim üçün ədəbiyyat tarixidir. Anar qədər Azərbacan içtimai fikirnə təsir edən və onun şərtləndirən az yazıçı var. Anar həmişə yenilikçi olubbu gün də belədir. Anar bütün anlarında, dəqiqələrində həmişə xalqla bir olub, xalqın milli- psixoloji aləminin formalaşmasında, inkişaf etməsində mühüm rol oynayıb. Ötən əsrin 60-cı illərində ədəbiyyatımızda dönüş nöqtəsini yaradanların biribirincisi Anardır.

Mətbuatımızın, ictimai, ədəbi-mədəni fikir tariximizin "Qobustan mərhələsi” hamının yaxşı yadındadır və bu mərhələnin də banisi yenə Anardır. 60-cı illərdən başlayaraq, bugünümüzə kimi mədəniyyətrimizdə və ədəbiyyatımızda elə bir ictimai, mədəni hadisə yoxdur ki, Anar onunla bağlı olmasın. Anar bütün şəxsiyyəti və ədəbi-bədii təşəkkülü ilə tarixdir. Canlı tarix. Anar öz düşüncə müasirliyiyi ilə Azərbaycanımızı bütün dünyaya tanıdır. Azərbaycan dilinin enerjisini dünya oxucularına daxili gözəlliyi və bədii estetikaası ilə təqdim edir. Şifahi xalq ədəbiyyatı onun yaradıcılığında yeni bir aspketə təqdim olunur, müasir düşüncənin içində əridilir. Anarın ədəbi yaradıcılığının ən etibarlı kompası şifahi xalq ədəbiyyatıdır. "Dədə Qorqud” dastanından başlayan yaradıcılıq stixiyası heç vaxt onu tərk etmir. Anar milli düşüncə ilə sıx bağlıdır. Dədə Qorqud, Üzeyir bey, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, M.Ə.Sabir haqqında yazdığı məqalələr və ssenarisini yazdığı filmlər bunu subut edir. Anarın dili ona görə şirin və qədimdir ki, Dədə Qorquddan pay alıb, bu dastanın leksikonundan, semantikasindan, fonetika və morfologiyasından, sintaksis və obrazlılığından rişə çəkib. Anar ona görə xalqın sevimlisidir ki, həmişə xalqa söykənib, onun dilində danışıb, onun dilində danışa-danışa bu dili zənginləşdirib. Həyatın çətinliyi heç vaxt Anarı sındırmayıb. O başını uca tutaraq mərd yaşayıb. Ona görə ki, onun nəsil səcərəsi, istər ana, istərsə də ata babası Azərbaycanın bəy nəslindədir. Qanda olan bu qeyrət, ailə tərbiyəsi, aldığı təhsil, dünyagörüşü Anarı mətinləşdirib. Ədəbi-bədii yazılarında, romanlarında, pyeslərində, publisistikasında Anar həmişə ictimai həyatı, ömür anlarını, insan psixologiyasını, qardaşlıq və bərabərliyi, türkçülük ideyalarını, islam əxlaqını, azərbaycançılıq və vətənçilik düşüncələrini daim ifadə edərək Azərbaycanın milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur.

Anar bütün məsələrlərdə, mübahisə və müsahiblərində sakit görünsə də çox mübariz bir insandı. Ötən əsrin 37-ci illərdə Cavid əfəndiyə deyirlər ki, Cavid əfəndi, bir az aydın yaz. Cavid çəliyini sınana qədər asfalt döşəməyə döyəcləyir. "Cavid sınar, amma əyilməz”. Azərbaycan yazıçısının ruhundakı bu əyilməzlik indi də yaşamaqdadır. Anarın, mənim fikrimcə, Yazıçılar Birliyində ən çox sevdiyi represiya qurbanlarının xatirəsinə hazırlanmış bürünc lövhədir. Anar şəhid ruhuna, şəhid anasına, Azərbaycan torpağının hər qarışına; Şuşaya, Üzeyir bəyə, Mirzə Cəlilə, Hüseyn Cavidə, Təbrizə ruhu ilə, qələmi ilə baş əyən bir insandır. Belə bir insanın müasiri olmaqla fəxr edirəm. O, bizim Azərbaycanımızın Anarıdır.

 

Güləmail Murad

Şərq.- 2016.- 12 mart.- S.12