İlham  Əliyev 2015-çi ildə “DÜNYADA İLİN ADAMI” seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə "Dünyada ilin adamı” seçilib.

 Azərtaca-ın məlumatına görə, Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək "The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı” seçib. Agentliyin yaydığı məlumatda bildirilir ki, qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, "XXI əsrin layihəsi” olan "Cənubqaz dəhlizinin, onun tərkib hissəsi kimi "Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldubAvropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib.

Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Məlumatda qeyd edilir ki, "The Business Year” şirkəti yuxarıda göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı” seçib.

Şərq.- 2016.- 26 may.- S.1