Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilibNatəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib Bu gün tanınmış yazıçı, publisist,

Filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi jurnalistika üzrə ekspert Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında Yaradıcılıq Gecəsi keçirildi.

 

Tədbirdə Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini Jalə Əliyeva,

Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, Xalq Artisti Eldost Bayram, Azərbaycan Memarlıq İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli digər qonaqlar tədbirdə iştirak etdilər. Şagirdlər Natəvan Dəmirçioğlunun əsərlərindən səhnəciklər göstərdilər.

Şagirdlər Natəvan xanıma suallarını ünvanladı. Tədbirə Qazax rayonundan Natəvan xanımın ibtidai sinif müəllimlərindən biri Şərqiyə müəllimə təşrif buyurmuşdu.

 

Tədbirdə həmçinin Natəvan Dəmirçioğlunun tələbələri iştirak edirdi.

 

Qeyd edək ki, 90-cı illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Natəvan Dəmirçioğlunun imzasını ədəbi mühitdə, elmi camiədə çox yaxşı tanıyırlar. Görüş ədibin məktəblilərə daha yaxından tanıdılması məqsədini daşımaqla bərabər, məktəblilərin bədii ədəbiyyata, söz sənətimizə marağını artırmaq, onları mütaliəyə yaxınlaşdırmaq məqsədi daşıyır.

 

Natəvan Dəmirçioğlu Azərbaycan ədəbiyyatına çox sayda şair yazıçılar, ədəbiyyat xadimləri bəxş etmiş Qazax rayonunda anadan olub. Doğma kəndi Daş Salahlıda təhsil alıb. Hələ məktəb illərində ilk bədii yazılarını yazıb, bu yazılar Qazax rayonununQalibiyyət bayrağıqəzetində dərc olunub. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olub. Hələ tələbə ikən Azərbaycan Televiziya Radio Verlişləri Komitəsi ilə əməkdaşlıq edib, bədii yazıları həmin illərdə dövrü mətbuatda dərc edilib. Sonralar da bədii yaradıcılıqla elmi yaradıcılığı bərabər davam etdirib. Dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində yazıları dərc edilib, on ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur.

Natəvan Dəmirçioğlunun bədii əsərləri dünyanın bir sıra illəriə tərcümə olunub, Rusiyada, Ukraynada, Türkiyədə, Amerikada nəşr olunub. Onun əsərləri haqqında Azərbaycan, Moskva Qazaxıstan mətbuatında müxtəlif resenziyalar çap olunub. 2006-cı ildəQılınc Qələmədəbi mükafatıa layiq görülüb, 2010-cu ildəİlin qadın yazıçısıelan edilib. O, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə 2010-cu illərdə prezident cənab İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb. Natəvan DəmirçioğluAçarromanının, "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, “Dözüm”,"Avey əfsanəsi", "Kəlağayı" sair hekayələrin, yüzlərlə bədii-publisistik, elmi məqalələrin müəllifidir.

2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan DəmirçioğlununYetiməsəri TürkiyədəÖlmədən öncə okumanız gərəkən 1001 kitabseryasındanİlin ən yaxşı 50 romanı" siyahısında nəşr edilib.

Şərq.- 2017.- 28 aprel.- S.6