“Sarı gəlinbeynəlxalq festivalda birinci oldu

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəkiOyuqteatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən  Golden Sparkles European Music Festival"ında iştirak edirlər.

Axşam.az-ın məlumatına görə, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar.

Belə ki, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin Surin Vəlizadələr, Aylin Nəcəfli festivalın bir ikinci yerlərini qazanıblar.

Balacaların triosu münsiflər heyəti qarşısında “Sarı gəlin”i ifa ediblər. Azərbaycan ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar səhnəni milli geyimlər atributlarla qurublar.

Bundan başqa balacalar autizm sindromlu uşaqlara həsr olunmuşƏlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər.

Şərq.- 2017.- 5 iyul.- S.13.