Muğamın meracı

Bakıda Alim Qasımov haqqında kitabın təqdimatı olur

Sentyabrın 27-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova həsr olunanMuğamın meracıkitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb.

Nazir deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması təbliği istiqamətində mühüm işlər görülüb. Məhz Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam, sadəcə, istedadlı bir xalqın ənənələrinə düşüncə tərzinə bağlı olan musiqi kimi deyil, bəşəri musiqi kimi dəyərləndirilir. Qədim milli musiqi ənənələrinin qorunması təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Alim Qasımovun UNESCO-nun Beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi haqqında sənədli filmin hazırlanması da onun sənətinin qüdrətinin məhsuludur.

Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm".

Sonra nazir Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı iləŞərəfordeni ilə təltif olunmuş Alim Qasımova ali mükafatı təqdim edib.

Xalq Artisti sənətinə verilən bu yüksək dəyərə görə ölkəmizin başçısına minnətdarlığını bildirib.

Tədbirdə qeyd edilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Bu yazılarda muğam aşiqi fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovusufi-filosof-xanəndətandemində muğam ifa edən sənətkar kimikəşfedib tanıya biləcək. “Şərq-Qərbnəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara kütləvi kitabxanalara paylanılacaq.

Şərq.- 2017.- 28 sentyabr.- S.13.