Azərbaycan güclü ordusuna arxalanır

 

Hərbi parad Ermənistana onu müdafiə edən dairələrə çox ciddi xəbərdarlıq idi

 

2018-ci ilin birinci yarısında mühüm iqtisadi layihələr reallaşdıran Azərbaycan öz qüdrətini hərbi sahədə göstərdi. Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı iyunun 26-da keçirilən təntənəli hərbi parad ordumuzun hərbi potensialını, döyüş imkanlarını növbəti dəfə dünyaya nümayiş etdirdi. Düşmən Ermənistan başda olmaqla hər kəsə göstərdik ki, ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub dünya standartlarına uyğun müasir sistem yaradılıb.

Həmçinin, silah təchizatında ciddi addımlar atılıb. Bir sıra ölkələrin arzuladığı müasir silahlar Azərbaycan Ordusunun arsenalına daxil edilib. Paradda nümayiş etdirilən müasir silahlar texnikalar, hərbi təyyarə helikopterlərin uçuşu, o cümlədən 2016-cı ilin aprelində bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş qəhrəman hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan - Silahlı Qüvvələrin uğurlu fəaliyyət göstərdiyini bir daha sübut etdi.

Ordumuzun gücü peşəkarlığı istənilən an Ermənistan işğalı altında olan ərazilərimizi azad etmək iqtidarındadır. Cənab Prezidentin "Azərbaycan heç vaxt işğalla barışmayacaq öz ərazi bütövlüyünü bərpa edəcək fikri Ermənistana onu müdafiə edən dairələrə çox ciddi xəbərdarlıq idi. Şübhə yoxdur ki, Azərbaycan heç bir halda öz müstəqilliyini ərazi bütövlüyünü müzakirəyə çıxarmaq fikrində deyil.

Bu istiqamətdə görülən işlər xalq cəmiyyət tərəfindən dəstəklənir. Bu gün hər bir azərbaycanlı ordumuzla fəxr edir. Ordumuzun son qələbələri bir daha göstərir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi gün uzaqda deyil. Ali Baş Komandan İlham Əliyev paradda Milli Ordumuzun son illərdəki uğurları ilə bağlı möhtəşəm nitqi ilə bütün dünyaya mühüm mesajlar ötürdü.

Görünən budur ki, Ermənistan rəhbərliyi cəmiyyəti Azərbaycan Ordusunun paraddakı hərbi gücündən elə qorxuya düşüb ki, həmin gündən etibarən erməni mətbuatında paradla bağlı yaranan xofu ifadə edən yazılar açıqlamalar yer almaqdadır. Prezidentin paraddakı dərin məzmunlu nitqində səsləndirdiyi bu fikirlər isə erməniləri əməlli-başlı təşvişə salıb: "2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb. Son illər ərzində ən müasir texnika silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər s. var.

Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Erməni əsilli rusiyalı siyasi ekspert, tarixçi Armen Qasparyan "ru.armeniasputnik.am saytında yer alan açıqlamasında Azərbaycan Prezidentinin paraddakı çıxışının məhz bu hissələri ilə bağlı ciddi narahatlığını gizlədə bilməyib:

"İlham Əliyev Azərbaycan Ordusunun hərbi potensialından söz açır hərbi xərclərin 15 dəfə artdığını vurğulayır. Bu, onun göstəricisidir ki, Azərbaycan problemin sülh yolu ilə həllini nəzərdə tutmur. Buna bənzər bəyanatlarla rəsmi Bakı müharibə üçün ideoloji əsas yaradır Qarabağda total bir müharibədən bəhs edir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, Ali Baş Komandanın hərbi paradda səsləndirdiyi fikirlər Ermənistanda şimşək çaxması effekti yaradıb:

"Erməni ekspertlər Prezidentin fikirləri üstündə baş sındırmaqdadır. Rusiyalı ekspert Armen Qasparyanın yanaşmaları ermənilər arasında ciddi təlaşın yaşandığının təsdiqidir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin "Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirdiyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm bütün dünyaya bunu göstərəcək.

Hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli qarşı tərəfin marağında olmalıdır fikirləri isə düşmən ölkə rəhbərliyinin yuxusuna haram qatıb. Bu vəziyyətdə Ermənistan rəhbərliyindən konkret adekvat mövqe gözləməyin əbəs olduğuna eyham vuran Qasparyan bütün ümidlərini beynəlxalq ictimaiyyətə bağlayır. Sonra isə məyus halda bu kəlmələri işlədir - "Beynəlxalq ictimaiyyət yəqin ki, növbəti dəfə susmağa üstünlük verəcək. Beləliklə, Azərbaycan Ordusunun gücü qarşısında düşmən tərəfi çarəsizlik sindromuna yoluxub, sabaha ümidini itirib. Düşmən məğlub ovqatın təsiri altındadır. İşğala son qoymaq yeganə çıxış yoludur. Nicat yalnız bundadır.

Millət vəkili Hikmət Babaoğlu da deyib ki, Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil olunmuş parad, əslində ölkəmizdə həyata keçirilən ordu quruçuluğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi. Deputatın sözlərinə görə, hər bir azərbaycanlı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur:

"Ona görə Ali Baş Komandanımız, Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təhciz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur fəxarət yaratdığı kimi işğalçı Ermənistanda da qorxu vahimə yaradır. H.Babaoğlu bildirib ki, Ali Baş Komandanımızın nitqindən sonra işğalçı Ermənistan mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başladı: "Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Azərbaycan ordusu bir-birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır. Aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam edir.

Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Baş redaktor əlavə edib ki, paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah-sursatlarımız hazırkı vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir: "Ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələri, bu müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi ordumuzun qədər güclü olduğunu bir daha sübut edir. Regionumuzda dünyada beynəlxalq hərbi-siyasi şərtlər uyğun olan kimi Azərbaycan ordusu bircə həmlədə ərazi bütövlüyümüzü bərpa edəcək. Şübhəsiz ki, paralel olaraq Azərbaycan diplomatiyası xarici siyasət institutları da bu şərtlərin lehimizə olması üçün lazımi işlər həyata keçirməkdə davam edir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan Milli Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən Hərbi Parad təkcə Ermənistan yox, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqedə dayanan Dağlıq Qarabağ problemi ilə bağlı ikili mövqe, standartlardan istifadə edən bütün ölkələrdə ciddi dönüşə səbəb olacaq. Amma bizim üçün ən vacibi danışıqlar prosesi onun necə gedəcəyidir:

"Əgər sülh danışıqları bir nəticə verməsə, məsələni fərqli müstəvidə həll edə bilərik. Ermənistanın baş naziri Nikol Paşinyan rejimi bunun fərqindədir. İndi Ermənistanda bəzi politoloqların şərhlərində dəyişikliklər hiss olunur. Bu gün Ermənistanın müharibə etməyə həvəsi, potensialı var. Amma Azərbaycan 20 faiz ərazisini nəyin bahasına olursa-olsun azad etmək gücündədir. Təbii ki, bunu ortaya qoyan siyasi iradə var. Azərbaycan Prezidenti İlham Əliyev hərbi paradda bunu qətiyyətlə bildirdi. Hərbi Parad çox şeyə nöqtə qoydu.

 

İsmayıl

 

Şərq.- 2018.- 29 iyun.- S.3.