Dilimizin qorunması vacibdir

 

Prezidentin fərmanı problemlərin aradan qaldırılacağına böyük ümid yaratdı

Sabir Rüstəmxanlı: "Yerində verilmiş fərmandır bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir"Nəsir Əhmədli: "Yenidən bu məsələyə qayıdılması problemin tam həll olunmadığını bu işin daim nəzarətdə saxlanıldığını göstərir"Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan dilinin saflığının qorunmasını dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılması, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planının hazırlanıb bir ay müddətində təsdiq edilməsi, Monitorinq Mərkəzinin nizamnaməsinin, strukturunun, işçilərinin say həddini əməkhaqqı fondunun Prezidentlə razılaşdırmaqla iki ay müddətində təsdiq edilməsi tapşırılıb.

"Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını yüksək qiymətləndirən ictimaiyyət üzvlərinin fikrincə, bu qərar mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların pozuntuların aradan qaldırılması məqsədi daşıyır.

Ekspertlərə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

 

Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması inkişafına diqqət qayğısının bariz nümunəsidir.

Təcrübə göstərir ki, Azərbaycan dilinin imkanlarından yetərincə düzgün istifadə edilməməsi halları geniş yayılıb.

 

Dövlət Dil Komissiyasının üzvü, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, bu vaxta qədər dil normalarının pozulması ilə bağlı ayrı-ayrı qeyri-hökumət təşkilatları monitorinqlər aparsa da, bunun nəticəsi olmayıb:

 

"Bu baxımdan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilimizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bu qurumlar dövlət təşkilatı olmadığına görə həmin monitorinqlərin nəticələrinə əhəmiyyət verilmir. Bakı şəhərindəki bir çox böyük müəssisədə Konstitusiyada Dil Qanununda nəzərdə tutulan normalar pozulur, ana dilinə tam etinasız yanaşılır. Biz müəyyən şirkətlərin, müəssisələrin ana dilinə pis münasibəti ilə bağlı məhkəməyə müraciət etmişik, amma nəticə yoxdur. Dil Qanununa görə, bütün müəssisələrin adları ana dilində yazılmalı, xarici dildə yazılan versiya kiçik ölçüdə olmalıdır. Amma elə müəssisələr var ki, heç ana dilində adı yoxdur. Bütün bunlar narahatlıq doğurur. Ümid edirəm ki, buna qarşı atılan addımlar nəticəsiz qalmayacaq. Prezidentin sözügedən fərmanı bu digər problemlərin aradan qalxmasına zəmin yaradacaq.

 

Mətbuatımızda da dillə bağlı kifayət qədər çatışmazlıqlar olduğunu vurğulayan S.Rüstəmxanlı deyib ki, dilin işlənməsi, dövlət dili səviyyəsində qorunması, terminologiya məsələlərinin həlli, kənar dillərin turist axınından doğan söz axınının qarşısında dilimizin davamlılığı, duruş gətirməsi beynəlxalq səviyyədə işlənməsi bu kimi halların tənzimlənməsi üçün Dil Komissiyasının vəzifələri var. Daha əvvəl buna bənzər sərəncam verilib:

 

"Bundan öncə akademiyada mənim iştirakımla dilimizin qorunması inkişafı ilə bağlı proqram hazırlanıb. O proqramın yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb. Onun nəticəsində komissiya böyüdüldü prezidentin özü onun sədri oldu. Bunların hamısı bir-birinə bağlı məsələlərdir. Bu onu göstərir ki, ölkədə dövlət dili siyasəti, dövlət dilinin qorunması ilə bağlı işlər gedir bu istiqamətdə işlər getdikcə genişlənir. Əslində burada başqa bir yol da yoxdur. Başqa cür olsa, biz dilimizi itirərik. Dilimizi itirmək isə milləti itirmək deməkdir. Fərmana baxdım, orada qoyulan məsələlər, monitorinq qrupunun yaradılması çox vacib idi. Yerində verilmiş fərmandır bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir. Onu da qeyd edim ki, Monitorinq Qrupunun başında peşəkar, bu işi bilən, onun məsuliyyətini dərk edən, bu üçün yanan, təcrübəsi olan şəxs olmalıdır ki, bu istiqamətdəki işləri qanunauyğun şəkildə yerinə yetirsin. O zaman təsir xeyirləri çox olacaq.

 

Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalamasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ali rəhbərliyin hər bir qərarı əhəmiyyətlidir:

 

"Son 25 ildə dövlət dilimizin müxtəlif aspektlərini əhatə edən 20-yə yaxın rəsmi sənəd qəbul olunub. İndi yenidən bu məsələyə qayıdılması problemin tam həll olunmadığını bu işin daim nəzarətdə saxlanıldığını göstərir. Fərmanda da deyildiyi kimi, "dilimizin hüdudsuz imkanlarından yetərincə düzgün istifadə edilməməsi halları hələ kifayət qədər geniş yayılıb. Televiziya radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin daimi nəzarətin olmaması dil pozuntularının azaldılması aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

 

N. Əhmədlinin fikrincə, bəzi məmurların dövlət dilimizi yetərincə bilməməsi barədə son vaxtlar sosial şəbəkələrdə yayılan materialların da bu fərmanın verilməsinə təsiri olub.

 

Professor hesab edir ki, Azərbaycan Televiziyasını (AzTV) radiosunu, eləcə İctimai Televiziyanı radionu çıxmaq şərtilə, demək olar, bütün kanallarda, xüsusilə şou proqramlarında ədəbi dil normaları kobudcasına pozulur.

 

Aparıcıların çoxu ədəbi dilimizin leksik, qrammatik prinsiplərinə orfoepiya qaydalarına əməl etmir.

 

- Mövcud problemlərin həlli istiqamətində KİV-lərin hansı öhdəlikləri var media mövcud neqativ halların aradan qaldırılması üçün hansı tədbirləri həyata keçirməlidir?

 

- Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilməli, yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normalarından imtahan verdikdən sonra işə qəbul olunmalıdır. Həmçinin redaksiyalara saytlara kadr seçimi zamanı Jurnalistika Filologiya fakültələrinin məzunlarına üstünlük verilməli, hər bir redaksiyada saytda yazıların dil üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılmalıdır.

 

Azərbaycan ədəbi dilinin normalarını əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlayıb redaksiyalara saytlara paylamaq, BDU-nun Jurnalistika fakültəsinin nəzdində KİV-in dili üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açmaq da mütləqdir.

 

Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "dəyirmi masalar, treninqlər keçirib, televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, qəzetlərdə, jurnallarda saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ayrıca, ədəbi dil normalarını daha çox pozan redaksiyalar əməkdaşlar inzibati məsuliyyətə cəlb olunmalıdır. Redaksiyaların saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə, universitetlərin Jurnalistika Filologiya fakültələri ilə əlaqələrini genişləndirmək lazımdır.

 

Şəymən

Şərq.- 2018.- 7 noyabr.- S.4.