Amerikanın nüfuzlu Trafford nəşriyyatında “Müasir Azərbaycan nəsri” antologiyası nəşr olunub.

 

ONA xəbəverir ki, yüksəpoliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşediləkitabı Bakı DövləUniversitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixikafedrasınıprofessoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Drrəİsmayıl nəşrə hazırlayıb. Rajeev Madanın redaktəsi ilə nəşr olunan antologiya, 2012-ci ildə Amerikada yayınlanan eyniadlı kitabın əlavə  düzəlişlərlə ikinci nəşridir.

 

Müxtəlif ədəbi nəsli təmsil edəyazıçılardan İsmayıŞıxlı, Əzizə Cəfərzadə, İsa Muğanna, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sara Oğuz, Sabir Azəri, İsi Məlikzadə, Çingiz Hüseynov, Anar, Əlisa Nicat, Rüstəİbrahimbəyov, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, MəmməOruc, Rafiq Tağı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Kamran Nəzirli, Elçin Hüseynbəyli, İlqar Fəhmi və başqalarınıəsərlərininin yer aldığı antologiya Azərbaycan nəsrinin son illərdə yaranmış birsıra dəyərli ör­nəklərini əhatə etmək­dədir. Antolo­giyada, eyni zamanda, Azərbaycanın Güneyində yaranan bədii nəsr örnəklərinə yer verilib, Qulamhüseyn Səidi, Ruqiyyə Kəbiri, Güntay Gəncalp kimi müəlliflərin hekayələri kitaba daxil edilib.

 

Dünya oxucularına təqdim olunan bu antologiya təxminən son yarım əsrlik dövrün bədii nəsr örnəklərini özündə birləşdirir. Bu dövr sovet siyasi rejimininçöküşü və Azərbaycanın istiqlaliyyətə qovuşduğu mərhələnin ədəbiyyatını əhatə etdiyin­dən yaranan bədii örnəklərdə özünəməxsus bədii çalarların olduğu diqqətiçəkir.

 

Burada epik-analitik, lirik-psixoloji, şərti-metaforik üslublu yazılara təsadüf olunur. Əsərlərin seçimində çağdaş Azərbaycan bədii nəsrinin gerçəkmənzərəsinin əks olunmasına çalışılmışdır.

 

Qeyd edək kikitabı www.amazon.com, www.trafford.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə edə bilərsini

 

Şərq.- 2019.- 25 aprel.- S.12