Rejissor iki işini birdən müzakirəyə çıxardı:

 

Rəhman Əliyevin öz prinsipi var

 

Şou-biznesin durğun dönəmində klip təqdimatları, yeni layihələrlə media qarşısına çıxanlar az olur. Ötən gün bir çox müğənnilərin səhnəyə gəlişinə imza atan rejissor, klipmeyker Rəhman Əliyev yeni projelərini jurnalistlərin müzakirəsinə çıxartdı. O, görüşə bir gündə iki maraqlı kliplə gəlmişdi. Bu dəfə tanınmış klipmeyker Rusiyada yaşayan azərbaycanlı musiqiçi ilə işbirliyinə başlayıb. Bəstəkar Ramilla Nağıyeva ilə çalışan klipmeyker bəstəkarın bəstələrindən birinə ekran həyatı verib.

 

Əvəz Muradov kompazisiyanın aranjimanını həyata keçirib. Kompazisiyanın aranjimanı fərqli maraqlı göründüyü üçün jurnalistlərin diqqətini çəkə bildi. Yanlış addım adlı klip təqdim olunduqdan sonra media suallarını ünvanladı. Azərbaycan şou-biznesindən qədər xəbəriniz var? "Bizim şou-biznes Rusiyadakılara qətiyyən bənzəmir" sualına isə bəstəkar Ramilla xanım belə cavab verdi: Mən biznes məqsədi ilə Azərbaycana gəlməmişəm bəstələrimə klip çəkdirərkən maddi umacağı nəzərə almıram. Sadəcə mən musiqiyə bağlı bir insanam. Yaradıcı insan olduğum üçün bəstələrimi ekran işində görmək istədim. Azərbaycan şou-biznesini yaxından izləmirəm, amma kənardan az da olsa məlumatım var. Sadəcə mən o bazara girməyi düşünmədiyim üçün buranın qaydaları mənim üçün o qədər maraqlı deyil. Mən bəstələrimi yazıram, bu mənimçün önəmlidir. Rəhman müəllimlə işbirliyinə başlamışam. Təbii ki, onun məsləhətlərini dinləyirəm. Bu gün onun əməyi sayəsində sizlərin qarşısına çıxmaq fürsətim yarandı. Hər birinizə təşəkkür edirəm. Layihə rəhbəri Rəhman Əliyevə ünvanlanan suallar çox olsa da, bir neçə məqam xüsusi vurğulandı. Adətən işlədiyi müğənnilərə, sənətçilərə müəyyən qadağalar qoyan layihə rəhbəri Ramilla xanıma da bu qadağaları tətbiq etməyi düşünürmü? Rəhman Əliyev sualımıza belə cavab verdi: Mənim öz prinsipim var. Təbii ki, işbirliyinə başlarkən müəyyən məsləhətlər, şərtləri dilə gətiririk. Əgər o şərtlər mənə müraciət edən sənətçini qane edirsə, işbirliyimiz alınır. Qadağalar deməzdim, ancaq qarşılıqlı anlaşmamız olub.

 

Təqdimat mərasimində Nurlan Növrəslinin ifasında Duysun dünya adlanan mahnıya çəkilən klip nümayiş edildi. Mahnının musiqisi Ramilla Nağıyevaya məxsus idi. Təbii ki, sözügedən klipin rejissoru Rəhman Əliyev idi. Mahnının aranjimanı Elvin Musayevə məxsus idi. Klip təqdim olunduqdan sonra Nurlan Növrəsli sualları cavablandırdı. Nurlanın ifa etdiyi mahnını Türkiyənin meqastarı Tarkanın repertuarına bənzədənlər oldu. Nurlan Növrəsli Mahnıların bəzən bənzərliyi olur. Bu həm tərz ilə bağlıdır. Tarkanın tərzinə yaxın bir bəstəyə müraciət etsəm , mən onu Nurlan Növrəsli olaraq ifa etmişəm. Qaldı digər tərəfdən Tarkan meqa stardı, ona bənzətdilərsə, mən buna sevinirəm, əsas odur ki, mənim ifamı, tərzimi Azərbaycan toylarında oxuyanlara bənzətmirlər.

Təqdimatın sonunda səbəbkarlar üçün hazırlanan tort kəsildi, xatirə şəkilləri çəkildi.

 

Tahirə Məmmədqızı

Şərq.- 2019.- 19 dekabr.-S.13