"Mənə çox mükafatlar verilib, amma budəfəki başqadır"

Fikrət Qoca: "Mən ömrüm boyu Azərbaycanın istiqlalını düşünmüşəm"

"Əminliyim bundandır ki, sükan arxasında duran adam hara getdiyini bilir. Biz sarsılmaz bir yola çıxmışıq, yolun mayakları da görünür"

Gərgin vaxtlarda xoş xəbər eşitmək insanın əhvalını yaxşıya doğru xeyli dəyişir. Adamın nəfəsi genişlənir. Bir pəncərə açılır oradan ruhunu oxşayan mülayim külək sərinlədir səni... yazsam da, Fikrət Qoca ola bilmərəm ki!.. O insanın mayası lirika ilə yoğrulub. Açığı, Fikrət müəllimin irihəcmli poeziyasına bələd deyiləm. Oxumamışam. Mənim üçün Fikrət Qoca gözəl mahnıların sədalarındadı. Yüzlərlə mahnı onun şirin güclü poeziyasından ərsəyə gəlib.

Sadə sadə olduğu qədər möhtəşəm şeirlərini hər birimiz özümüzə aid edə bilərik. Bizim üçünxalq üçün yazıb çünki. Xalq da onu buna görə sevir; bir parçası olduğuna, canında canını, qanında qanını daşıdığına görə. Bu günlərdə qocaman şairimiz daha bir mükafata layiq görüldü. Prezident İlham Əliyevin sərəncamı ilə Fikrət Qocaİstiqlalordeni ilə təltif edildi. Neçənci mükafatdır, görəsən? Elə-belə, zarafatyana soruşduq. Məlumdur, şairin ən böyük mükafatı xalq tərəfindən sevilməsidir, o da Fikrət müəllimin şair taleyinə yazılıb onsuz da. Amma mükafat alanlar adətən belə deyirlər: mükafatlar, təltiflər dövlət başçısının diqqətinin göstəricisidir! Xalq şairi isə belə gərgin vaxtda təltif olunmağını özünə qarşı qat-qat artıq diqqət qayğı hesab etdiyini bildirdi:

- Düzdür, mənə çox adlar, mükafatlar verilib. Amma budəfəki başqadı. Belə gərgin vaxtdabir yandan xəstəlik, bir tərəfdən ölkədə aparılan islahatlar, bir tərəfdən çöldən təhlükələr... belə vəziyyətdə ad günümün Prezidentin yadında olması məni təltif etməsi böyük işdir. Bu, mənim üçün ən böyük ordendi.

- Fikrət müəllim, sizŞərəf”, “Şöhrətordenləri, dövlətin bir sıra ali mükafatlarını almısınız...

- Bəli. Amma bu, “İstiqlalordenidi! Mən ömrüm boyu Azərbaycanın istiqlalını düşünmüşəm. Vaxt vardı, xarici ölkələrə səfərlərə gedərdim, orda başqa ölkələrin səfirlik binalarını, binaların üstündəki dövlət bayraqlarını görəndə ürəyim sızıldayırdı. Niyə bizim ölkənin öz səfirliyi olmasın, niyə bizim bayrağımız xarici ölkələrdə dalğalanmasın? Bunun çox həsrətini çəkmişəm.

Nəhayət, Azərbaycan müstəqilliyini qazandı, bayrağımız dalğalanmağa başladı. Harda Azərbaycan bayrağı dalğalanırsa, ora Azərbaycan torpağıdır. İstiqlalı qazandıq, amma onu mühafizə etmək, qorumaq 100 dəfə artıq güc tələb edir. Biz bu istiqlalın həsrətini çox çəkmişik... Gərək onu möhkəm əllərlə qoruyub saxlayaq. Ona görəİstiqlalordeni mənim çox dəyərlidir. çox sevindim.

- Yəni, arzu etdiyiniz bir mükafata layiq görüldünüz.

- Çox dəyərli bir mükafatdır. Mənim üçün gözlənilməz oldu. Gərgin vəziyyət baxımından. Amma mən cənab Prezidentin diqqətini həmişə hiss etmişəm. Bu ailə məni 3 dəfə ölümdən xilas edib. Birinci dəfə ağır xəstələnəndə mərhum Heydər Əliyev məni xilas etdi, 2 dəfə İlham Əliyev. Mən həyatı boyu bunun əvəzini ödəyə bilmərəm. Amma belə qiymətləndirilmək o insanın aliliyidi, böyüklüyüdü.

- Fikrət müəllim, “çöldən gələn təhlükədediniz, narahatlığınız nəylə bağlıdı? Kimsə bizə əngəl olmaq istəyir?

- ...İnanmıram əngəl ola bilsinlər. Əngəl olmaq istəyən çoxdu. İçimizdə qarışıq adamlar var. Əminəm ki, Prezident addımlarında sərrastdı, öz yolundan dönməzdi. Amma yenə adam həyəcan keçirir. İstər-istəməz dövlətin, xalqın taleyini düşünürsən. Bizə əngəl olmaq istəyirlər, amma gözlərində qalacaq, Azərbaycanın qüdrəti, gücü onlara dərd olacaq ömürləri boyu. Əminliyim bundandır ki, sükan arxasında duran adam hara getdiyini bilir. Biz sarsılmaz bir yola çıxmışıq, yolun mayakları da görünür. Ona görə mən indi doğulan körpələrə gözaydınlığı verirəm, onlar xoşbəxt bir ölkədə yaşayacaqlar.

- Virusla necədavranırsınız”? Yəqin Yazıçılar Birliyinə getmirsiniz...

- Yox, getmirəm. Hamımız qorunmalıyıq. Gərək qorunaq ki, yaşaya bilək, ömrümüzə davam edək. Mən qorunmasam, nəvələrimə keçər. Özümüzü qorumalıyıq ki, başqalarını, ailə üzvlərimizi qoruya bilək. Hamımız çalışmalıyıq, ölüm sayı az olsun. Çünki gedir, dövlətimizin kisəsindən gedir.

Məlahət Rzayeva

Şərq.-2020.-26 avqust.-S.6.