“İstərdim, bizim də gənclərin dünyada səsi eşidilsin

Çingiz Abdullayev: “Qoy, dünya bizim də istedadlı gənclərimizi tanısın. Əminəm ki, bizim də gənclərdən dünyada çap olunanlar olacaq”

“Gənc yazarlara dəstək göstərməliyik. Nə qədər yazıçıya köməklik etmişəm. İstərdim ki, bizim gənclərin də dünyada səsi eşidilsin”.

Bu barədə “Şərq”ə xalq yazıçısı Çingiz Abdullayev bildirib. O, gənc yazaraların istellektual səviyyəsini bəyəndiyini söyləyib: “İstərdim ki, bizim gənclərin də dünyadan səsi gəlsin. Bu, həm də ədədiyyatımızın uğurudur. Arzu edirəm, cavanlarımız bizim davamçılarımız olsunlar. Yaxşı yazsınlar.Libraff” “Azərkitabkitab mağazaları var. Orada “40-mindən 70 minə” adlı kitab satılır. Orada hansı azərbaycanlı yazıçının dünyada nə qədər kitabının satılması qeyd olunur. Elə bilirsiniz ki, Fransanın bütün gənc ədəbiyyatçılarını dünyada çap edirlər? Rusiya gənclərindən  1, 2 gənc ola, ya olmaya. Düşünürəm ki, bizim gənc yazarlardan da mütləq dünyaya çıxan olacaq. Çox istedadlı gənc yazarlarımız var. İstərdim ki, onların da Azərbaycan və başqa dillərdə kitabları çıxsın, onları dünya da oxusun. Biz çox istedadlı xalqıq. Qoy, dünya bizim də istedadlı gənclərimizi tanısın. Əminəm ki, bizim də gənclərdən dünyada çap olunanlar olacaq. Baxın, 150 milyona yaxın əhalisi olan Rusiyada nə qədər gənc yazar dünyaya çıxıb ki? Çalımalıyıq, gənclərimiz daha yaxşı yazsınlar. Onları dünya təqdim edək. 10 milyonluq əhalidən, əlbəttə,  dünyaya çıxan yazıçı olacaq”.

Ayyət Əhməd

Şərq.-2020.-4 fevral.-S.6.