“Ədəbiyyat adamları mövqesiz və iradəsiz hərəkət edəndə yalan yazır”

İradə Musayeva: “Mən kiçik nəğmələr və sızıltılar müəllifləri ilə dünyada meyara çevrilmiş yazıçıları yanaşı qoya bilmərəm axı!”

 ”Bizim dərdimiz deyiləsi deyil.  Bir az onun ölməyini, bir az bunun itməyini, bir az o birisinin işdən çıxmasını, bir xeyli də kimlərinsə yeyib, yığıb doymağını gözlədik”

“Bəzi saytlar ciddi kateqoriyaya aid mövzuları da hörmətdən salırlar. Guya oxucu yığırlar, elmiestetik duyumu olmayan  bayağı adamların zövqünə işləməyi fərasətlilik hesab edirlər. Oxunuş sayı hələ düşüncəyə işləmək demək deyil..”

Müsahibimiz tanınmış tənqidçi İradə Musayevadır. Əslində, İradə xanımla söhbətimiz bir neçə ay öncəyə təsadüf etməli idi. Heyhat,  mənim vəd verib, üzürlü səbəbə görə, vədimə xilaf çıxmağım bu müsahibəni bir az ertələdi. Məlum “yalan”ımdan sonra xanım tənqidçi ilə yenidən əlaqə saxladım və mədəni şəkildə söhbətdən imtina etdi. Əslində bunun üçün tutarlı səbəbi də vardı. Bildiyim qədəri ilə müsahibə üçün işdən icazə alıb, amma mən... Ötənlərdə İ. Musayeva ilə yenidən əlaqə yaradıb, bunun hörmətsizlik və ya səriştəsizlik kimi anlaşılmaması üçün üzürxahlıq etdim.  Və xanım tənqidçi  xoş səbəbi bildikdən sonra çox yumşaq, hətta deyərdim olduqca isti şəkildə bunu anlayışla qarşıladığını bildirdi. Əlbəttə, bu həlim münasibətdən sonra yaranmış əlverişli fürsəti fövtə verə bilməzdim. Bu mənada onunla söhbətləşib, olduqca maraqlı və orijinal fikilərini cəmiyyətə təqdim etmək fikrində olduğumu diqqətə çatdırdım. Nəhayət, razılıq aldım və elə anındaca söhbətə başladıq.

... (Əvvəli ötən sayımızda)- Bura daxil olub əvvəlki müsahibəni oxuya bilərsiniz

-Cəmiyyət olaraq, sanki, nihilizim ruhumuza hopub. Gənclər vəzifələrə gətirilməyəndə, deyirdik gənclər işsizdir, indi gənclərə  meydan verilir, deyilir ki, yenə qocalar, köhnələr yeyib doymuşdularya təcrübəli idilər indi bu cavanlar ilə hansı effektiv görmək olar?! Niyə beləyik?

- Bilirsiniz, söhbət vəzifədən getmir. Şəxsən mən kiminsə yaşına görə işdən çıxarılmasını istəmirəm. Söhbət insanın yaşından yox, hər hansı önəmli bir vəzifənin yaşından gedir. 30 -35 il rektor, institut direktoru, birlik sədri olmaq nə deməkdir? Heç olmasa, hər 10 ildən bir dünyanın sifəti, siyasət, cəmiyyətin  düşüncə tərzi və s. dəyişir az qala. Təsəvvür edin, 1 adam 3 nəslin payına düşən özünüifadə imkanını mənimsəyir.  Özübu adamların 99 faizi yaxşı, ələdüşməz  kadr olduğuna  görə vəzifədə saxlanılmır, bir-birindən yapışıb dəstə, komanda yarada bildikləri üçün sütatuslarını qoruyub saxlayırlar.  Onların, sözün yaxşı mənasında davamçıları yox, tərəfdarları, müdafiəçiləri, təbliğatçıları  olur. Bəs bizim günahımız nədir ki, müstəqil ölkəmizdə görən gözlərimiz qarşısında elmimiz, ədəbiyyatımız, təhsilimiz kustarsubyektiv düşüncə sahiblərinin əlində məhv olur?.  “Elm və cinayət” adlı ifadə eşitmisiniz?  Amma bizdə bu iki anti-kəlmə  arasında birləşdirici “və” işarəsi peyda olub... Bax ona görə də bəzən bezir, tükənir və belə statuslar yazmağa məcbur oluruq: ”Bizim dərdimiz deyiləsi deyil.  Bir az onun ölməyini, bir az bunun itməyini, bir az o birisinin işdən çıxmasını, bir xeyli də kimlərinsə yeyib, yığıb doymağını gözlədik.  Ömrümüz gözləməklə keçdi. Təkcə elə mən yazıq ağlım kəsəndən gözləyirəm, 30 ildir. Ölmək və doymaq söhbəti isə yoxdur. Baxıram ki, uduzan ancaqancaq gözləyənlərdir”.

- İddialar var ki, tanınmış ədiblərin auditoriyalara çıxışı məhdulaşıb və ya məhdudlaşdırılıb. Məsələn, sizin bir tənqidçi kimi hansısa auditoriyada gənclərə master-klass keçməyinizin şahidi olmamışıq...

- Mən universitet müəllimiyəm və mühazirələrimdə  proqram çərçivəsində lazım olanları auditoriyaya çatdırıram. Lakin mən çox zaman elə mövzuların tədqiqatı ilə məşğul oluram ki, o mövzularda günlərlə danışa bilərəm. Məsələn, Repressiya ilə bağlı 10 məqalə, Coysla bağlı kitab, M.Prust, Kafka, Remark, C.Oruel, Markes, E.Şafaq, Svetlana Aleksieviç, C.Stenybek, K.Hamsunbaşqa dünya yazarları haqqında silsilə məqalələr yazmışam. Və yaxud, roman təfəkkürü və janrın Azərbaycan ədəbiyyatında təkamülü. Y.V.Çəmənzəminli, İ.Hüseynovbaşqa ədiblərin yaradıcılığına yeni rakursdan yanaşıb araşdırmalar aparmışam. Bu barədə yazmışdım ki, adamın heyfi gəlir ki, bildiklərini və yazdıqlarını böyük auditoriyalara ötürə bilmirsən. Məsələn, Rusiya, Türkiyə televiziyalarında bir mütəxəssis, tutaq ki, M.Prust haqqında saatlarla, günlərlə çıxış edir, mühazirə oxuyurs....

- Kitab oxumaq, kitaba marağın öləziməsi ən yaralı yerimizdir. Ən yaxşı halda əksəriyyət sadəcə, kitablar alıb rəfinə yerləşdirib,  foto çəkib, sosial mediada paylaşmaqla kifayətlənirlər...

 -İki cür kitabsevər var: kitab oxuyanlarkitab yığanlar. İkincilər daha çoxdurdaha səliqəli, daha ehtiraslıdır kitaba qarşı (gülür)

-Sizsosial şəbəkədə xeyli aktivsiniz. Amma bəzi parlament üzvləri bu platformadan istifadə edənləri “bekar adam” adlandırırlar. Doğru yanaşmadırmı?

- Kim ki, “Facebook”da olanları üzdə “bekar adam” adlandırır, onların hamısının ən azı iki saxta profili var. Çoxunu tanıyıram. Qeyri-səmimi adamlardır və bizi sözbəsöz izləyirlər. Hətta elə adamlar  var ki, səhər açılan kimi ilk olaraq elə bizim səhifəyə baş vurur. Statuslarımızı kopyalayıb lazımi adamlara təqdim edənlər də öz yerində... Bu gün sosial şəbəkələr, xüsusən də “Facebook”da çox ağıllı, savadlı, məlumatlı və maraqlı adamlar var. Şəxsən mənim dostluğumdakı adamların çoxu ziyalılardır və biz hamımız oxuduqlarımızı, düşüncələrimizi, ölkədə narahatlıq yaradan məsələlərə münasibətimizi həvəslə bölüşürük. Böyük əksəriyyəti müəllim, professor, akademik, tələbələr, magistrlərdir. Bekar bu kateqoriyanın adamlarıdır, yoxsa özləri? Milli məclisdə yatmaqya susmaq isə tarixi cinayətdir...

-Bəzi saytların qoyduğu aldadıcı başlıqlar barədə də sosial mediada yumşaq şəkildə narazılığınız bildirmişdiniz. Mətbuatda sizi qane etməyən hansı məsələlərdir?

-Bəli, özüciddi hesab etdiyimiz adamların rəhbərliyi altında olan saytların çoxunda bu başlıqlara rast gəlinir. Guya oxucu yığırlar, elmiestetik duyumu olmayan  bayağı adamların zövqünə işləməyi fərasətlilik hesab edirlər. Oxunuş sayı hələ düşüncəyə işləmək demək deyil. Ciddi kateqoriyaya aid mövzuları da hörmətdən salırlar. Özüçox vaxt rəqəmlərlə danışırlar. “10 ən yaxşı roman”, “3 ən yaxşı  şeir” və s.

-Açıqlamalarınızın birində iki ədəbi mətbu orqanda yazılarınıza qadağa qoyulduğunu bildirmişdiniz. Səbəb nə idi?

- Mənim yazılarını, kitablarını  tənqid etdiyim adamlar həmin redaktorların himayəçisi, “böyüyü”dür.  Qorxularından doğruya, həqiqəti deyənə və yazana düşmən kəsildilər... Söhbət ədəbiyyatdan gedir, ədəbiyyatla alver etmək anti-ədəbiyyat fəaliyyət hesab edilmir? Amma özlərini ədəbiyyat fədaisi kimi aparırlar...

-Ölkəmizdə, cəmiyyətimizdə  sizi  daha çox narahat edən problemlər hansılardı?

-Hər şey, bütün cahilliklər təhsilsizlikdən, elmsizlikdən başlayır. Ona görə də statusumda yazmışdım ki,  hazırda bu ölkənin 3 böyük dərdi var: elmsizlik, Qarabağsızlıq və həkimsizlik! Bəlkə, elə bilirsiniz ki, əsas dərd ancaq Qarabağdı?! Əslində isə elmsizlik və həkimsizlikdir. Çünki cahil, savadsız və xəstə adamlar vətən, millət, Qarabağ faciəsini anlamaz! Ona görə də elm, təhsil və səhiyyə inqilabına start verilməlidir ilk olaraq!

- Ədəbi tənqidçilərimizin nepotizmə yol verməsinə dair iddialar dolaşır. Bildirilir ki, bəzi şair və yazıçı tənqidçilərə qonaqlıqlar verib, “müsbət” rəy alırlar. Konkret olaraq, siz ədəbi tənqiddə kiməsə güzəşt edirsinizmi?

- Əlbəttə, yox! Heç vaxt qələmimə xəyanət etməmişəm. Başqalarının üzgörənliyini korrupsiya adlandırmazdım, ədəbiyyat adamları sadəcə mövqesiz və iradəsiz hərəkət edəndə, ya da həqiqətən ədəbiyyatı bilməyəndə yalan yazır. Və hansısa şəkildə bu yalandan bəhrələnir..  Doğrudan da elə ədəbi-mədəni mühitlər olur ki, orda əsl ədəbiyyatın, sənətin nə olduğunu izah etmək çətinlik yaradır. Məsələn, mən bugünlərdə sosial şəbəkədə bir video paylaşdım. Çox təbii, canlı, heç bir təsir, təzyiq olmadan çəkilmiş kadrlar. Səfil uşaqların küçə həyatı və ən əsası da onların içində yetişən, böyüyən, əzilən, formalaşan yeni, fərqli insan tipi. Mən deyirəm ki, baxın bu, bir roman materialıdır. Hüqo qələmi lazımdır, amma bizdə yoxdurs.

bu fikrimi az qala 10-15 ildir, deyirəm. Qarşıma çıxan az-çox  istedadlı yazıları isə gördüyünüz kimi, həmişə təbliğ etmişəm. Amma mən kiçik nəğmələr sızıltılar müəllifləri ilə dünyada meyara çevrilmiş yazıçıları yanaşı qoya bilmərəm axı! Bunu etmək üçün yalançı, saxtakar ədəbiyyatdan xəbərsiz biri olmalısan. Belə işlərə mən baxmıram”.

-Ədəbiyyat adamları yaman kövrək olur. Sonuncu dəfə sizi kövrəldən hansı məqamlar olub?

- Məsələ ondadır ki, hamının ağladığı mövzuya ağlamaya bilirəm, amma bəzən çoxunun fərqinə varmadığı nüanslar olur ki, ürəyimi göynədir. Məsələn, hamı kimi yetim kimsəsiz uşaqların  taleyi məni incidir. Lakin məni bəzən taledən çox söz ağladır. Sözün canı var mənə görə. Adamların yox, sözlərin, kəlmələrin acizliyinə  göz yaşı tökə bilərəm. Bu yaxınlarda da elə oldu.Bir video qarşıma çıxdı. O videodakı görüntülərin təsiri məni çox sıxdı. Amma 4 cümlə qulağımda qışqırıq kimi əks-səda verdi. Cümlələr təxminən belə idi:

Birinci, dostlarım svetaforda dilənib mənə dərman-zad aldılar sağaldım. İkinci,  Zaurun verilişində anamı gördüm, getdim o yeri tapdım, anamı mənə vermədilər, Zaur 7 manat verib dedi ki, çıx get. Üçüncü, böyüyəndə polis olacam, oğruları tutacam, amma dilənçilərə dəyməyəcəm, qoy dilənsinlər. Dördüncü, məni uşaqlığa götürürdülər, dostuma görə razı olmadım, ona qardaş demişəm, onu tək qoyub gedə bilməzdim.

-Status yazmışdınız ki, 1970-80-ci illərdə məşhur olan şairlər indi məşhurdur. Bunun ziyanı nədir ki?

-Bəli, yazmışdım. Oxucu bilmir ki, o adamlar 40 ildir yerində sayır, 40 il əvvəl üzünü göyə tutub deyirdisə, elə o sözü deyir.  40 ilin içərisində dünya 40 dəfə dönüb, insanın insanlığın başına 40 min oyun açılıb, şeirin tərifi, nəzəriyyəsi belə dəyişib, sevdikləti  qızlar təqaüdə çıxıb, onlar isə  "Gülüm", "Sevgilim", "İlahi", "Qardaşım", "Qonşu qız", "Yandım-yandım", "Gözlər, gözlər" deyib dayanıb. Maraqsızdırlar...

-Cəmiyyətdə, mənim bəyənmədiyim bir tendensiya var. İnsanlar jurnalist, yazıçı olduğumuzu biləndə başlayır ki, filan problemdən niyə yazmırsınız. Halbuki, özləri o problemi evlərində, bağlı qapı arxasında pıçıltı ilə müzakirə edirlər...

-Həqiqəti eşitmək xoşdur, dilə gətirmək ziyan. Hamı onu başqalarından eşitmək istəyir.

-Ölkədə azca nüfuzu olan gənc parlament seçkilərində gücünü sınamağı düşünür. Artıq bəzilərinin namizədliyi təsdiqlənib. Feysbuku vaxt açırıq, bir neçə gənc qələm adamı da daxil olmaqla seçkidən, imzatoplamadan danışırlar, yazırlar. Bu halı təqdir edənlərlə yanaşı tənqid edənlər az deyil. Sizcə, bu yaxşı əlamətdirmi ümumiyyətlə, bir ziyalı olaraq parlament seçkilərindən gözləntiləriniz nədir?

- Bilirsiniz, mən illərin pedaqoquyam həm . İnsanların faydalı ya faydasızını, özü üçün, yoxsa millət, xalq üçün nəsə etmək istəyənləri çox uzaqdan da olsa, görürəm. Elə gənclər deputat olmaq istəyir ki, indidən bilirəm ki,  onların heç bir yöndən bizim arzuladığımız deputat olmaq şansları yoxdur. Bilik, təcrübə, mədəniyyət, intellektuallıq, böyük arenalarda polemika etmək potensialı hamıda olmur axı... İndi sizin xəyalınıza ilk olaraq gələn gənc namizədlər hara, mənim nəzərdə tutduğum, məsələn, professor Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova hara? Təəssüf ki, belə ziyalılar özü təşəbbüs göstərmir, başqaları da maraqlı deyil...

-Deyirlər ki, daha bütün sahələrdə rüşvət ləğv olunacaq...

- Hə, bu barədə də zarafatla  yazmışdım “Facebookda”: Adama elə gəlir ki, rüşvət həqiqətən ləğv olunsa, cəmiyyətdə xaos və anlaşılmazlıq yaranar. Çünki bizdə rüşvət qanuni və səliqə- səhmanlı, ədalətli formadadır.Təsəvvür edin ki, yatdıq oyandıq və səhər məlum oldu ki, rüşvət sıfır həddindədir. Məsələn, mən gedirəm həkimə. Ürəyim ağrıyır və həkim deyir ki, gedin kardioqrammaya exo kardioqramma çıxarın. Ora da pul vermirəm, ürəyimin şəklini verirlər gətirirəm həkimə. Həkim başqa analizlərə də göndərir, sonra deyir ki. əməliyyat olunmalısan. Heç kim pul istəmir... (Uzaq olsun) Səhər gəlirəm və yüksək səviyyədə, psixoloqun, kardioloqun, travmotoloquns. mütəxəssislərin iştirakı ilə əməliyyat olunuram (uzaq olsun) və tibb bacısı da bir dəstə çiçəklə 1 həftədən sonra məni sağlam vəziyyətdə şirinliksiz-filansız liftə qoyub maşına qədər yola salır. Sizcə, adam dəli olar, ya yox?!

-Çalışdığı sahədən asılı olmayaraq bütün müsahiblərimə Dağlıq Qarabağla bağlı sual verirəm. Və düşünürəm ki, hər bir Azərbaycanlı bu ağrını öz dərisində yaşadığı üçün istənilən halda sualıma cavab verə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nə düşünürsünüz

 -Bizim yerimizə ermənilər olsaydı, 20-30,50 il gecə-gündüz baş sındırıb. Amerika və Rusiyanın “saqqızını oğurlayıb” ikiyə bölünmüş Azərbaycan məsələsinin həlli yollarında nələrsə edərdi. Ən azından bu birləşmə üçün tarixi şərait yarananda o fürsətdən istifadə edərdi. Qarabağ siyasətini xatırlayın... 50 illik gizli siyasətin ermənilər ücün inanılmaz nəticəsi.. Bizimkilər isə hər şeydən əlini üzüb oturub...

-Söhbətə Nəsimi ilə başladıq Nəsimi ilə də bitirək.  Yaradıcılığının ana xəttini “Kamil insan” amili təşkil edən cahanşümul şair Nəsiminin 2019-cu ildə 650 illiyi ilə bağlı 800 səhifədən ibarət "Bir əsrlik Nəsimi araşdırmaları" kitabını hazırladınız. Kitab hansı məziyyətlərinə görə, fərqlənir və ümumən bu kitaba maraq varmı? 

-Hazırladığımız 800 səhifədən ibarət "Bir əsrlik Nəsimi araşdırmaları" kitabını əldə etmək, oxumaq istəyənlər həddindən çoxdur.   Çox zənglər və mesajlar alıram bununla bağlı. Diqqətinizə çatdırıram ki, kitab satışda deyil. Respublikanın kitabxanalarına, universitetlərə, elmi-mədəni mərkəzlərə, nazirliklərə və başqa qurumlara göndəriləcək. Türkiyənin və Rusiyanın da bir çox kitabxanasına göndərəcəyik. Qısa bir zamanda istənilən kitabxanada oxuya biləcəksiniz.

 

 Ayyət Əhməd

Şərq  2020.- 11 yanvar.- S.5-6.