"Bu qatarın dalınca baxma"

 

Flora Kərimova mahnının yaranma hekayəsini danışıb

 

Bəzi mahnıların ərsəyə gəlmə prosesi də bir tarixdir. Hələ də yaranmasında əsl sənətkarların imzası varsa, o əsərin hekayəsi daha gözəl olur. Bu qatarın dalınca baxma mahnısı da həmin bəstələrdən biridir.

Sherg.az xəbər verir ki, xalq artisti Flora Kərimova Özəl proqramında qonaq olarkən unudulmaz ifası haqda danışıb:

Mahnı mənim xahişimlə yarandı. Bəstəkar Mobil Babayevdən rica etdim. Sözlərini də Ramiz Rövşən yazıb.

 

Uzun müddət sözlərinin Vaqif Səmədoğluna məxsus olduğunu zənn edirdim. Ramiz bəy də yanımda oturubdinmir. Mən də Vaqif müəllimin adını çəkib tərifləyirəm.

 

Düzü elə insanlar var ki, onlar haqda tərif sözü işlətmək günahdır. Çünki onun varlığını, həqiqəti və səcdəmi dilə gətirirdim. Ramiz müəllim bir dəfə də demədi ki, ay bacı, sözləri mənimdir axı. Sonra biləndə nə günə düşdüm.

 

Ondan dəfələrlə üzr istədim. Qayıtdı ki, nə danışırısnız, V.Səmədoğlu mənim sevimli şairimdir. Baxın, bir klassik, digər klassik üçün mənim sevimli şairimdir deyir. Bu məqamda özünün klasisk olduğunu yaddan çıxarır.

 

Mən səsimi, mahnını tanımadım. Qızım nasaz idi, ağlaya-ağlaya başını sığallayırdım. Qəfildən eşitdim ki, bir səs fəryad edir. İfam xoşuma gəlmədi. Televiziyadan xahiş etdim ki, mahnını yayımlamasınlar. Beş il bu mahnıya qadağa qoydum.

 

Tariyel Vəliyev məşhur trilogiyanı yazanda ifa etdiyim bütün mahnıların səs yazısını götürdü. Məni yaşatdı.

 

Samirə

 

Şərq 2021.- 6 avqust.- S.14.