Amerikalı müğənni Qarabağda gördüklərindən şoka düşüb

 

Della Maylz həmkarı Qoçaq Əsgərovla birlikdə Azərbaycanın Şuşa şəhərinə, Ağdam və Füzuli rayonlarına səfər edib.

 

BAKI, 13 avqust - Sputnik. Maykl CeksonUitni Hyuston kimi ulduzlarla əməkdaşlıq etmiş müğənni Della Maylz Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edib.

 

Maylzı müşayiət edən əməkdar artist Qoçaq Əsgərovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səfəri Azərbaycanın Mədəniyyət Nazirliyi təşkil edib.

 

Onun sözlərinə görə, Della Maylz Bakıya birgə layihə üçün gəlib - onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərini yazdığı "Xarı-bülbül" kompozisiyasını ifa etmək niyyətindədirlər.

 

"Della Maylz Vətən müharibəsinin gedişini izləyirdi və azərbaycanlıların öz torpaqlarını azad etdiklərinə görə çox şaddır. O hətta bizim qələbəmizə türkiyəli musiqiçi Turqay Evrenin yazdığı "Many years ago" (İllər öncə) adlı kompozisiya həsr edib. Della Qarabağa gəlmək arzusundaydı, ona görə də onun üçün belə imkan yaradıldı. Biz təkcə Şuşa şəhərinə deyil, Ağdam və Füzuliyə də getdik. O, gördüklərindən şoka düşdü", - Əsgərov deyib.

 

Amerikalı müğənni Della Maylz və Azərbaycanın əməkdar artisti Qoçaq Əsgərov Şuşa qalasının qapıları önündə. 

Xanəndə Füzulidə doğulub, ona görə də vətəninə getmək imkanını qaçırmayıb. Ancaq təəssüf ki, doğma yurddan əsər-əlamət qalmayıb. "Dağıdılmış evimi görmək çox ağırdır", - Əsgərov deyib.

 

Azərbaycanlı və amerikalı ifaçılar tezliklə "Xarı-bülbül" kompozisiyasını yazdırmağa hazırlaşırlar. Ona həmçinin klip də çəkiləcək.

 

Qoçaq Əsgərovla Della Maylzın uğur hekayələri

Qoçaq Əsgərov əslən qarabağlıdır. O, 1988-1993-cü illərdə Ermənistanla müharibə zamanı cəbhəyə könüllü gedənlərdəndir. On beş yaşı olarkən bir neçə güllə qəlpəsi gözünə dəyərək görməsinə qismən əngəl törədib. Bu, onun musiqili şöhrəti haqda həyat hekayəsinin ilk səhifəsi olub.

 

Amerikalı müğənni Della Maylz Qarabağda

Qoçaq Əsgərovu televizorda görən BBC teleradioşirkətinin prodüserləri 2007-ci ildə onu Londona, Albert hollda çıxış etməyə dəvət ediblər. Həmin vaxtdan onun həyatı qastrollarda keçir. Əsgərov həm Azərbaycanda, həm xaricdə səhnələrə çıxır, musiqiçilərin gənc nəslini yetişdirir. Əsgərov İngiltərədə, Fransada, Yunanıstanda hətta Yeni Zelandiyada konsertlər verib.

 

Della Maylz Texasdandır. O, uzun illər dünyaca məşhur müğənnilərin bek-vokalçısı olub, sonra isə solo karyerasına başlayıb. Populyar caz ifaçısı 2019-cu ildə islamı qəbul edib.

 

 

Şərq  2021.- 14 avqust.- S.14.