Jurnalistikamızın şəhidləri:

 

Onlar öz qanları ilə tarix yazıblar

 

Azərbaycanın onlarla media fəalı erməni terrorunun qurbanı olub

 

İllər boyu Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verib. Onlar arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər var. Bu ay baş verən hadisədə olduğu kimi...

4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov Azərbaycan Dövlət İnformasiya Agentliyinin – "AzərTAC"-ın müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak oldular. Xatırladaq ki, onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdular. Əlbəttə ki, onların əllərində çiyinlərində silah sursat deyil, mikrofon kamera idi. Məqsədləri isə bir idi - 30 ildir vəhşi düşmən, vandal erməni tapdağında qalaraq viran edilən dədə-baba torpaqlarımızın viran edilmiş halını çəkib dünyaya göstərmək. Aylardır bu media nümayəndələri azad edilmiş torpaqlarımızı qarış-qarış gəzərək işıqlandırır, sənədləşdirir ermənilər tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi üçün öz vəzifə borclarını yerinə yetirirdilər. Təbii ki, onların topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım olacaq.

Bir məqamı diqqətə çatdıraq ki, "AzərTAC" Azərbaycan Televiziyası tərəfindən ezamiyyəti dəyişdirmək barədə müraciətin olmasına baxmayaraq onlar geri dönmək istəmirdilər. Bu işi böyük əzmlə, fədakarlıqla, həvəslə yerinə yetirirdilər. Çünki Sirac Abışov hələ uşaq olarkən işğal nəticəsində Qubadlıdan məcburi köçkün düşmüş, illər sonra öz kəndlərini azad görə bilmişdi. "Mən çəkdiyim o kadrlarda 1 milyon məcburi köçkünün hissini yaşaya-yaşaya çəkirəm... 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxıram hamısına..."- deyirdi Sirac. Təəssüf ki, onların arzuları yarımçıq qaldı mənfur ermənilər tərəfindən xaincəsinə basdırılmış minanın qurbanı oldular. Bu, eyni zamanda, Azərbaycan jurnalistikası mediası üçün böyük itki idi. Çox təəssüf ki, Birinci Qarabağ müharibəsi (1988-1992-ci illər) dövründə 13 azərbaycanlı jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Onlardan 9-u isə şəhid olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov digər qəhrəman şəhid jurnalistlərin müqəddəs yolunu davam etdirən Sirac Məhərrəm uğrunda bütün təhlükəni gözə aldıqları Vətən torpağında minanın qurbanı oldular.

Vətən müharibəsi dövründə jurnalistlərimiz kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində isə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər ki, onlardan 2 nəfər döyüşlərin gedişində yaralanıb müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, dünya KİV-ləri Kəlbəcərdə media nümayəndələrinin minaya düşərək həlak olması ilə bağlı Azərbaycanın media ictimaiyyəti ilə həmrəylik nümayiş etdiriblər. Məsələn, İspaniyanın “El Boleten” onlayn qəzetində dərc edilmiş “Jurnalistika matəm içərisindədir” sərlövhəli məqalədə Kəlbəcərdə minaya düşmüş həmkarlarımız barədə yazıblar. Ümumiyyətlə, dünyanın bir çox KİV-ləri jurnalist həmrəyliyi nümayiş etdirərək, faciəvi hadisədən bəhs edən çoxsaylı informasiya şərhlər yayaraq bu mövzunu gündəmdə saxlamışdılar. Məsələn, iyunun 11-də Avropa Xəbər Agentlikləri Alyansının onlayn seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb. Dünyanın ən mötəbər xəbər agentliklərindən biri olan “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal EANA-nın rəhbərliyi adından Azərbaycanın media ictimaiyyətinə başsağlığı verib. Qardaş Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalı digər KİV-ləri Ermənistanın mülki əhalini jurnalistləri hədəfə alan əməllərini pisləyib, bu hadisəni terror aktı adlandırıb. Həmçinin, Rusiya, Ukrayna, Qırğızıstan, Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin saytları ərəbdilli digər informasiya resursları azərbaycanlı jurnalistlərin həlak olması barədə xəbərlər dərc etməklə yanaşı, Azərbaycan media ictimaiyyətinin kədərinə şərik çıxdıqlarını bildiriblər.

Azərbaycanlı jurnalistlərin minaya düşərək faciəli şəkildə həlak olmaları Qərb mətbuatının da diqqət mərkəzində olub. “Reuters”, “Associated Press” agentlikləri, ABŞ-ın “The USA Tribune” və “Wabash Plain Dealer” qəzetləri, Fransanın “Mediapart”, “Musulmansenfrance”, “Lorientlejour”, “Caucasefrance” informasiya portalları, Kanadanın “Alkalimanews” saytı, ispandilli KİV-lər - “Horrarpress” (İspaniya), “Snoticias” (Kolumbiya), “Expresionmexico”, “Mipuntodevista”, “Clubjuridico” (Meksika), “Innova.news” (Paraqvay), “Espacocaspio” (Braziliya), “Eldiariodehonduras” (Honduras) və digər informasiya portalları oxucularına bununla bağlı operativ xəbərlər çatdırıblar.

Qeyd edək ki, şəhidlərimiz hər zaman dövlətin diqqətindən kənarda qalmır. Bu dəfə də, yəni iyunun 14-də dövlətimizin başçısının imzaladığı Sərəncamla Kəlbəcərdə minaya düşərək həyatlarını itirmiş hər üç şəhidimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Təbii ki, bu, onun göstəricisidir ki, Vətən uğrunda canından keçənlər heç vaxt nə xalqımız, nə də dövlətimiz tərəfindən unudulmur.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən media eksperti Tural İsmayılov vurğulayıb ki, Azərbaycanda hər zaman media fəalları erməni terrorunun qurbanı olublar: "Jurnalistlərin müxtəlif qaynar bölgələrdə həyatlarını itirmələri onların peşə fəaliyyətlərinin riskli mahiyyətindən irəli gəlir. Çox təəssüf ki, müharibə başa çatsa da, mina qurbanlarının sayı günbəgün artır. Üzücü haldır ki, jurnalistlərimiz də onların sırasındadır. Bu, bir daha onu göstərir ki, minalanmış ərazilər problemi eyni zamanda jurnalistikanın fəaliyyətini də məhdudlaşdırır. Buna görə də Ermənistana beynəlxalq təzyiqlər olmalı və minalanmış ərazilərin xəritələri alınmalıdır".

T.İsmayılov əlavə edib ki, hətta Birinci Qarabağ savaşında da jurnalistlərimiz arasından həm şəhidlərimiz, həm də itkilərimiz olub:

"Sonuncu olaraq iki jurnalistimizin Kəlbəcərdə düşmənin mina terroruna qurban çevrilməsi isə həddindən artıq üzücü bir hadisədir. Təəssüflər olsun ki, beynəlxalq media qurumları, əslində dünyada jurnalistlərin hüquqlarını qorumaqda məsul olan qeyri-hökumət təşkilatları iki azərbaycanlı jurnalistin erməni terroruna qurban getmək məsələsində istənilən fəallığı və aktivliyi nümayiş etdirmədilər. Ölkə başçısı İlham Əliyevin şəhid olan iki jurnalistimizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi, həm vətəndaşlarımızın, həm də bütün jurnalistlərimizin ürəyincə olmuş bir qərar oldu. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyev həmkarlarımızın fədakarlıqlarını hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxladı. Bu, dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu, həm də dövlətimizin başçısının həmkarlarımızın fədakar fəaliyyətinə verdiyi qiymətin təzahürüdür. Əslində peşə fəaliyyətlərini yerinə yetirərkən, yəni işğaldan azad olunmuş torpaqlarımızda çəkilişlər hazırlayarkən həmkarlarımız terrora qurban getdilər. Bu hadisə bir daha göstərdi ki, erməni terrorunun hədəfi nə qədər çox rakursluçox sahəlidir. Təkcə jurnalistlər deyil, istənilən peşə sahibi olan mülki vətəndaşlarımız da erməni terrorunun həmişə hədəfində olublar".

İşğaldan azad edilmiş ərazilərdə çəkiliş aparan qrupun üzvü, AzərTAC"-ın fotomüxbiri Roman İsmayılov şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb, onların yüksək ordenlə təltif olunmalarının onda böyük qürur hissi oyatdığını bildirərək söyləyib:

“Bu onu göstərir ki, Vətəni uğrunda canından keçənlər heç vaxt nə xalqımız, nə də dövlətimiz tərəfindən unudulur”.

 

 Aynurə Pənahqızı

Şərq  2021.-  18 iyun.- S.11.