Cinayətin cəzası mütləq verilməlidir

 

Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiasına baxılacaq

 

"Əlimizdəki faktlardan maksimum yararlanmalı və prosesi sürətləndirməliyik"

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

 

Oktyabrın 18-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiasına baxılacaq. Bu barədə Respublikanın Baş Prokuroru Kamran Əliyev deyib. Baş Prokuror bildirib ki, Vətən müharibəsi başlayan gündən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin və hərbiçilərin törətdiyi cinayətlər Baş Prokurorluq tərəfindən rəsmiləşdirilib: “Prosessual qanunvericiliyin tələbinə uyğun olaraq cinayətlər sənədləşdirilib. Bizim əlimizdə kifayət qədər sübut və dəlillər var. Birinci Qarabağ müharibəsindən cinayətlərin araşdırılması işləri də gedirdi. Bizdə Hərbi Prokurorluqda xüsusi istintaq şöbəsi mövcuddur. O şöbə yalnız Ermənistan tərəfindən Azərbaycan və Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin istintaqının aparılması ilə məşğuldur. Şöbədə işlər araşdırılır və sübutlar yığılır”. K.Əliyev qeyd edib ki, hazırda əldə olan sübut və dəlillər realizasiya edilir: “Biz iki istiqamətdə işlərimizi qurmuşuq. Birincisi, cinayət törətmiş şəxslərin bizim tərəfimizdən beynəlxalq axtarışa verilməsi, onların saxlanılaraq ədalət məhkəməsinə cavab verməsinə nail olmaqdır. İkincisi isə beynəlxalq məhkəmələrdə Ermənistanın cinayətkar rəhbərliyinin, digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına nail olunmasıdır. Bununla bağlı Prezident tərəfindən imzalanan sərəncam əsasında komissiyalar yaradılıb. Məqsəd cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması və onların kompensasiya ödənməsinə nail olmaqdır. Artıq Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinə iddia ərizəsi verilibicraata qəbul edilib”.

Kamran Əliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 nəfər erməni beynəlxalq axtarışa verilib: “Ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb. Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı axtarışa verilənlər var. Onların da sayı 300-ə yaxındır”.

 

Baş Prokuror vurğulayıb ki, müharibənin gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülüb: Xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi atəşə məruz qoyması, namərd hücumlarla onlarca dinc sakinin qətlə yetirilməsi ilə bağlı işğaldan azad edilmiş 7 şəhər, 11 qəsəbə və 519 kəndə baxış keçirilib. Bu məqsədlə erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

 

Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də bildirib ki, cinayət törədən ermənilərin cəzalandırılmaları üçün tədbirlər görülür: “Koryun Qumaşyan barəsində məhkəmənin müvafiq qərarı ilə həbs-qətimkan tədbiri seçilibo, beynəlxalq axtarışa verilib. Qeyd etmək lazımdır ki, erməni hərbi birləşmələrinin törətdikləri təxribat faktlarına, hərbçilərimizi və dinc sakinlərimizi öldürmələrinə və ya onların sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə və digər cinayət əməllərinə görə işğalçı ölkənin cəzalandırılmasını təmin etmək məqsədi ilə bütün zəruri tədbirlər həyata keçirilir”.

 

Cinayətkar ermənilərə qarşı atılan hüquqi addımlarla bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, bunun çox vacib olduğunu söyləyib. Deputat vurğulayıb ki, erməni vəhşiləri 30 il ərzində xalqımızın başına min-bir oyun gətiriblər. Azərbaycan xalqına qarşı soyqırımlar həyata keçirib, çoxsaylı faciələrə səbəb olublar. İnsanlarımızı ən qəddar və vəhşi üsullarla məhv ediblər. Paralel olaraq maddi-mədəniyyət abidələrimizi dağıdıblar, ekologiyamıza böyük ziyan vurublar. Yəni bütün istiqamətlərdə dövlətimizə, xalqımıza qarşı əsl terror həyata keçiriblər:

 

Bu cinayətlərin cəzası mütləq verilməlidir. Ermənilər hər əməllərinə görə layiqli cavab almalıdırlar ki, yenidən bu cür barbarlığa cəhd etməsinlər. 1905-1918-ci illər ərzində erməni vəhşiliyinin qarşısı alınmadığı, cəzalandırılmadıqları üçün 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində yenidən dəhşətli faciələrlə üzləşdik. Erməniləri beynəlxalq məhkəməyə vermək üçün əlimizdə kifayət qədər dəlil-sübut var. Hesab edirəm ki, əlimizdəki faktlardan maksimum yararlanmalı və prosesi sürətləndirməliyik. Əgər bunu etməsək, yenidən növbəti erməni həyasızlığının və vandalizminin şahidi ola bilərik. Prosesi mümkün qədər sürətləndirmək lazımdır. Çünki ermənilər törətdikləri öz vəhşilikləri bizim adımıza çıxmaq istəyirlər. Dünyaya sübut etməliyik ki, əsl cinayətkar Ermənistan və erməni xalqıdır. Məsələ ondadır ki, beynəlxalq məhkəmələr xüsusən Azərbaycana qarşı çox vaxt öz ədalətsizlikləri ilə seçilib. Ancaq buna baxmayaraq, öz işimizi görməli və ilk növbədə məhkəmənin özünü real faktlar qarşısında qoymalıyıq. Haqq-ədalət bizim tərəfimizdədir. İnanıram ki, sonadək qəti mübarizəmizi apararaq istəyimizə nail olacağıq”.

 

 

İsmayıl Qocayev

 

Şərq .-2021.-2 oktyabr.-S.6.