Erməni yalanlarını ifşa etməliyik

 

Qlobal platformalar Azərbaycanın mövqeyinin güclənməsində, nüfuzunun artmasında öz mühüm rolunu oynayır

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

 

 

Dünən Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. İclasın rəsmi hissəsinə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sədrlik edib. Dövlət başçısı tədbirdə videoformatda geniş nitq söyləyib və mühüm məqamlara toxunub. Ölkə rəhbəri ilk olaraq vurğulayıb ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb:

 

“BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktualvacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi”.

 

Prezident Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini daim dəstəkləməsini yüksək qiymətləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək olduqca dəyərlidir: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır: “Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək”.

 

Ölkə rəhbəri bəyan edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi üçün ciddi çalışacaq. Habelə ədalətin, beynəlxalq hüququnQoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

 

2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyası ilə bağlı cəld və adekvat reaksiya verilməsi, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində atılan addımlar Azərbaycan rəhbərliyinin uğuru kimi səciyyələndirilir. Pandemiya ilə bağlı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına yarısı Qoşulmama Hərəkatının üzvü olan dövlətlər üçün nəzərdə tutulan 10 milyon dollar həcmində könüllü maliyyə töhfə verməsi, ölkə başçısının beynəlxalq kürsülərdə “peyvənd milliyyətçiliyi” mövzusunu qabartması və dünyada vaksinləşmənin qeyri-proporsional şəkildə paylanmasını aktuallaşdırması vacib məqamlardan sadəcə bir neçəsidir. 

 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını “Şərq”ə dəyərləndirən Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib ki, öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq, erməni cinayətlərini daha geniş auditoriyaya çıxartmaq üçün beynəlxalq platformalardan istifadə mütləqdir. Deputat vurğulayıb ki, qlobal platformalar Azərbaycanın mövqeyinin güclənməsində, nüfuzunun artmasında öz mühüm rolunu oynayır:

 

“Vətən müharibəsi zamanı Azərbaycana qarşı qətnamə qəbul etmək istərkən ilk reaksiya verən və buna qarşı çıxan ölkələr məhz Qoşulmama Hərəkatının üzvləri oldu. Qətnaməyə qarşı çıxış etdilər və bunun yolverilməz olduğunu söylədilər. Hesab edirəm ki, Azərbaycanın sözügedən qlobal platformada təmsilçiliyi tamamilə doğru qərardır. Ölkəmiz qurumdakı missiyasını uğurla həyata keçirir, təşkilatın işinə önəmli töhfələr verir. Qoşulmama Hərəkatı da bizim üçün vacibdir.

 

 O səbəbdən əməkdaşlığımızı daha da gücləndirməliyik. Çoxlu sayda dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı Azərbaycanın dünyada nüfuzunun artmasına və mövqeyimizin güclənməsinə mühüm töhfə veribbundan sonra da verəcək. Sədrlik etdiyimiz beynəlxalq platformanın bütün imkanlarından səmərəli istifadə edərək Azərbaycan həqiqətlərinin təbliğatını gücləndirməli, erməni yalanlarını ifşa etməliyik. Fikrimcə, Qoşulmama Hərəkatı ilə bağlı subyektiv yanaşmalara fikir vermək lazım deyil.

 

Görülən işlər, atılan addımlar və əldə olunan nəticələr göz önündədir. Platforma uğurludurPrezident İlham Əliyevin hərtərəfli çıxışları böyük əhəmiyyət kəsb edir”.

 

 

İsmayıl Qocayev

 

Şərq .- 2021.- 12 oktyabr.- S.6.