Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir

 

Ana dilinə diqqətin artırılması yalnız cərimə xəbərdarlıqlarla həll ediləcək məsələ deyil

 

““Baş tutmaqkeçirilməksözlərinin fərqini anlamayan şəxslər TV- rəhbərlik edirsə, vəziyyət çox ağırdır

 

"Ölkə başçısının da qeyd etdiyi kimi dilimizdə əcnəbi sözlərin çoxluğu ilə bağlı məsələlər mövcuddur".

 

Bunu Audiovizual Şurasının sədri İsmət Səttarov parlamentdəAzərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət perspektivlərmövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün əcnəbi sözlərin reklam çarxlarından çıxarılması ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericiliyə uyğun işlər görülüb. Bu sahədə dilin normalarına ciddi riayət edilir. Amma televiziya verilişlərində bu vəziyyət o qədər ürəkaçan deyil”.

 

Şura sədri bildirib ki, televiziyalarda əcnəbi dillə bağlı monitorinqlər aparılır: “Süni intellekt proqramı sayəsində 40-a yaxın əcnəbi sözlərin monitorinqi aparılıb. Məsələn, “oksözündən gün ərzində telekanallarda aparıcılar kifayət qədər istifadə edir. Ona görə , biz bununla bağlı kanallara xəbərdarlıq göndərəcəyik. Bununla bağlı cərimələr da var. Biz mediamızı cərimələmək istəməsək , bundan başqa çıxış yolu qalmır”.

 

İctimai Televiziya Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət Sherg.az-a bildirib ki, televiziya kanallarında ana dilinə diqqətin artırılması yalnız cərimə xəbərdarlıqlarla həll ediləcək məsələ deyil. Onun sözlərinə görə, bu sahədə daha sistemli strukturlaşdırılmış tədbirlərə ehtiyac var:

 

Cərimə yaxud xəbərdarlıqların edilməsi müəyyən qədər yerinə düşə bilər, amma əsas məsələ televiziya kanallarının rəhbərlərini bir araya gətirib ciddi təlimatlar vermək, seminarlar keçməkdir. Xüsusən dövlət dili ilə bağlı məsələlərdə konkret davamlı işlərin görülməsinə böyük ehtiyac var. Prezidentin son çıxışlarını bu baxımdan önəmli addım kimi dəyərləndirirəm. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı bir müddət əvvəl dil məsələsinə toxunaraq, onun qorunması inkişafı istiqamətində göstərişlər verdi. Ardınca AMEA-nın 80 illik yubiley tədbirində dövlət dili mövzusu müzakirə olundu. Daha sonra isə Audiovizual Şura Mətbuat Şurası birgə şəkildə AMEA-nın Mərkəzi elmi kitabxanasında tədbir keçirərək televiziya media sahəsində dil normalarının tətbiqi məsələsini yenidən gündəmə gətirdi. Oradakı çıxışda da öz təklif iradlarımı qeyd etdim. Ümumiyyətlə, illərdir eyni məsələni qaldırıram, həll yollarını təklif edirəm, hamı deyirdüz deyirsən”, amma heç kim real addım atmır. Hər hansı tədbir keçiriləndə jurnalistlər sadəcəfilan tədbir baş tutdubaşlıqlı yazılar təqdim edir. Bunu da bütün kanallar, o cümlədən AzTV yayımlayır. Halbuki mən tədbirdə çıxış edərkən hər bir televiziya rəhbəri iştirak edib. Lakinbaş tutmaqkeçirilməksözlərinin fərqini anlamayan şəxslər TV- rəhbərlik edirsə, sadəcə cərimə xəbərdarlıq vermək məsələnin həlli deyil”.

 

Azər Həsrət qeyd edib ki, televiziya rəhbəri efirdə yayımlanan bütün verilişlərin, hətta reklamların belə dilinə nəzarət etməlidir.

 

Əgər bu məsuliyyət düzgün yerinə yetirilərsə, cəriməyə ehtiyac qalmayacaq. Əsas məsələ sistemli işdir, rəhbərlik səviyyəsində məsuliyyətin dərk edilməsi dilin qorunması üçün ardıcıl tədbirlərin görülməsidir. Dövlət dili məsələsində uğur əldə etmək üçün məsuliyyətli rəhbərlik, davamlı nəzarət peşəkar yanaşma əsas amillərdir”.

 

 

Şəymən

 

Şərq .- 2025.- 9 dekabr (¹224).- S.6.