22 milyardlıq sərmayə

 

 Qarabağ Şərqi Zəngəzurun ölkənin iqtisadi inkişaf drayverlərindən birinə çevriləcəyi gözlənilir Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

 

Vüqar Bayramov: Qarabağdan başlayacaq ixrac dalğası Azərbaycanın valyuta gəlirlərini artıracaq

 

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ Şərqi Zəngəzurdur.

 

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında deyib. Baş nazir bildirib ki, cənab Prezidentin birbaşa iştirakı rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür: “Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır (2026 - 3.5 mlrd.manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”.

 

Ə.Əsədov əlavə edib ki, hökumətin əsas xərc istiqamətlərindən biri təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir: “Növbəti ilin dövlət büdcəsində müdafiə milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini (8.7 mlrd.manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. cənab Prezident tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. İllərlə işğal altında qalmış torpaqların yenidən dirçəldilməsi həm mühəndislik tikinti layihələrinin icrası, həm tarixi ədalətin bərpası, məcburi köçkünlərin doğma yurdlarına layiqli şəkildə qayıdışı regionun təhlükəsiz gələcəyinin qurulması deməkdir. Tarixi Zəfərdən qısa zaman sonra işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş quruculuq işləri start götürdü. Yeni yollar tikildi, kommunikasiya xətləri bərpa edildi, beynəlxalq hava limanları istifadəyə verildi. Paralel olaraq "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı"na uyğun olaraq yaşayış məntəqələrinin tikintisi aparıldı. İşğaldan azad olunmuş ərazilərin iqtisadi inzibati reinteqrasiyasını sürətləndirmək məqsədilə ölkənin inzibati ərazi quruluşunda dəyişikliklər edilərək Mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu (ərazisi: 1660,83 kv.km) yaradıldı. Eyni zamanda Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın Şuşa rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparıldı, bəzi kəndlərin inzibati tabeliyi faktiki yerləşdikləri rayonlara uyğunlaşdırıldı. Torpaqların işğaldan azad edilməsindən cəmi iki il sonra ilk köç Zəngilanın Ağalı kəndinə baş tutdu. "Ağıllı kənd" konsepsiyasını özündə ehtiva edən bu yaşayış məntəqəsi ən son innovativ həllərdən istifadə olunmaqla ən yüksək səmərəlilik meyarları ilə inşa edildi. Kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 hidravlik turbindən müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilib. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri yerləşdirilib. İsidilmə xərclərini istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun briket ilə işləyən mətbəx sobası yüksək səmərəli elektrod boyler, digər tərəfdən suyun isidilməsi üçün yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41 000 kubmetr texniki su əldə edilə bilər. "Ağıllı kənd"də evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilib. İzolyasiyalı evlərin sayəsində istilik itkisi enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılıb. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə "ağıllı" video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi avtomatik meteo müşahidə stansiyası olan çoxfunksiyalı işıq dirəkləri quraşdırılıb. Ağalı kəndinə tətbiq edilən yanaşma faktiki olaraq digər yaşayış məntəqələrinin bərpası üçün etalon rolu oynayır. Şəhərlərin planlaması müasir texnologiyalar urbanistik meyarlar nəzərə alınmaqla hazırlanır. Onlar "ağıllı şəhər", "yaşıl enerji", "ekoloji balans" "təhlükəsizlik" prinsipləri əsasında qurulur. Şəhərlər yaşayış zonaları, sosial obyektlər sənaye parkları ilə balanslaşdırılmış olacaq, enerji təchizatı alternativ bərpa olunan mənbələrə əsaslanacaq, müasir idarəetmə nəzarət sistemləri tətbiq ediləcək. Bu günə kimi 8 şəhərin Baş Planı, 3 şəhərin Müfəssəl Planı təsdiq olunub. Xankəndi, Ağdərə Xocavənd şəhərlərinin Baş Planları işlənmə mərhələsindədir, habelə Xocalı şəhərinin Baş Planı hazırlanaraq aidiyyəti dövlət orqanlarına (qurumlarına) razılaşdırılması məqsədilə göndərilib. Belə ki, 13 rayon üzrə 123 yaşayış məntəqəsi sifariş verilib, 8 şəhərin Baş Planı 93 kənd qəsəbənin şəhərsalma əsaslandırması təsdiq olunub, 18 yaşayış məntəqəsi isə razılaşdırma mərhələsindədir. Prezident İlham Əliyevin dediyi kimi, "Bu gün bütün Qarabağ Şərqi Zəngəzur tikinti meydançasıdır". Şəhərlər kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır. Füzuli şəhərində 2, 3 4 otaqlı olmaqla 846 mənzil istifadəyə verilib. Yaşayış binalarının birinci mərtəbələri qeyri-yaşayış obyektləridir ki, bu da müxtəlif təyinat üzrə sakinlərə icarəyə verilib. Şəhərdə marketlər, apteklər, dərzi, bərbər, geyim mağazaları, stomatoloji klinikalar, poçt, müxtəlif dövlət özəl qurumların ofisləri fəaliyyət göstərir, 3 min 141 nəfərdən ibarət 824 ailə yaşayır. İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhərində beş məhəllə konsepsiyası üzrə tikinti işləri həyata keçirilir. Yaşayış binaları, məktəblər, körpələr evi, parklar yollar inşa olunur. Rayonun Sarıcalı, Xıdırlı Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir. Xocavənd rayonunun Hadrut Qırmızı Bazar qəsəbəsi, eyni zamanda, Sos kəndinə sakinlərin köçü reallaşıb. Burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, müxtəlif həcmlərdə su anbarları içməli su şəbəkəsi təmir edilib. İctimai obyektlərin bərpası çərçivəsində isə market restoran binası bərpa edilərək fəaliyyətə başlayıb. Hazırda Zəngilan şəhərində Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir. 2026-cı ilin sonunadək 87 yaşayış məntəqəsinin (12 şəhər, 5 qəsəbə, 70 kənd olmaqla) bərpası nəzərdə tutulur. Bu günə kimi görülən işlərin icra tempi keyfiyyət göstəriciləri yaxın gələcəkdə bütün Qarabağın Şərqi Zəngəzurun müasir infrastruktura malik, investisiyalar üçün cəlbedici bölgələrə çevriləcəyini deməyə əsas verir.

 

Millət vəkili Vüqar Bayramov "Şərq"ə deyib ki, Qarabağ Şərqi Zəngəzur bölgələrində aparılan bərpa, yenidənqurma eyni zamanda məskunlaşma prosesi hazırda intensiv şəkildə həyata keçirilir. Deputatın sözlərinə görə, ötən dövrdə, bu istiqamətdə görülən işlərə dövlət büdcəsindən ümumilikdə 22 milyard manatdan artıq vəsait ayrılıb: "Dövlət büdcəsi hesabına işğaldan azad olunmuş ərazilərimizin bərpası yenidən qurulması prosesi məskunlaşmanın sürətlənməsinə şərait yaradır. Artıq ötən müddət ərzində 50 minə yaxın vətəndaşımız bu ərazilərə qayıdıb, onlardan 16 mindən çoxu isə daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Eyni zamanda, Qarabağ Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası reinteqrasiya prosesi uğurla davam etdirilir. Həmin bölgələrdə yeni sənaye müəssisələrinin qurulması, infrastrukturun inkişafı müşahidə olunur. Bu isə öz növbəsində, bu ərazilərin Azərbaycan iqtisadiyyatına töhfəsinin artmasına səbəb olur. Növbəti mərhələdə Qarabağ Şərqi Zəngəzurun ölkənin iqtisadi inkişaf drayverlərindən birinə çevriləcəyi gözlənilir. Artıq bu istiqamətdə görülən işlər sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin bərpası inkişafı prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun sürətlə bərpası ilə yanaşı, həmin bölgələrə sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. İnfrastrukturun, nəqliyyat logistikanın inkişafı Şərqi Zəngəzura daha çox sərmayənin yönəlməsinə şərait yaradır. Hazırda Şərqi Zəngəzur regionun mühüm nəqliyyat habına çevrilməkdədir. Sərmayələrin artması isə iqtisadi rayonun ixrac imkanlarını genişləndirəcək. Bu baxımdan Şərqi Zəngəzurun sənaye, aqrar turizm sahələrində böyük potensiala malik olması xüsusi əhəmiyyət daşıyır. Bölgənin təbii ehtiyatlarla zəngin olması sənayenin inkişafı üçün əlavə imkanlar açır Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verir".

 

Deputat əlavə etdi ki, Şərqi Zəngəzur Qarabağda istehsal edilən məhsulların mövcud nəqliyyat dəhlizləri vasitəsilə ixracı ölkəyə əlavə valyuta axını təmin edəcək: "Nəticə etibarilə, yaxın gələcəkdə qeyri-neft sektorundan əldə olunan gəlirlərdə Qarabağ Şərqi Zəngəzur əsas drayverlərdən birinə çevriləcək. Bu isə həmin iqtisadi rayonlarda iqtisadiyyatın formalaşması sürətli reinteqrasiya prosesinin göstəricisidir".

 

İsmayıl

Şərq  2025.- 10 dekabr (¹225).- S.6.