“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığında bir ilkdir
Tamamilə mübaliğəsiz demək olar ki, “Radio jurnalistikası” əsəri
Azərbaycan xalqının
böyük mənəvi
sərvəti olan, Azərbaycan radiosunun 100 yaşına ən qiymətli və dəyərli töhfədir.
Əsərdə mövzular
müasir üsullarla təqdim edilərək, “çağdaş radionun dolğun obrazı” ustalıqla yaradılıb.
Bir əsrlə yaşıd
olan radiomuz “xalqımızın tribunası,
aynası və Vətənin səsi” kimi təqdim edilir. Bu səsin əbədi olacağında
və milyonlarla dinləyicinin qəlbini fəht edəcəyində
radiojurnalistikanın əməyi
danılmazdır.
Televiziya
və internetin sürətlə inkişafı
radionu sıxışdırıb
aradan çıxaracaq
fikirləri nə yaxşı ki, bu gün özünü doğrultmadı. Əksinə,
internetin yaranması
radio üçün “yeni və
hüdudsuz arena” qazandırdı
və radio hər
zaman evdə, avtomobildə,
ən ucqar məkanda belə etibarlı həmsöhbətimizə,
qulaq yoldaşımıza
çevrilərək, bizimlə
canlı ünsiyyət
qurur. Radio bizə yalnız informasiya vermir, o, həm də müxtəlif məzmunlu verilişləri,
könlü oxşayan
musiqiləri ilə hər zaman ruhumuza hakim kəsilir, diqqətimizi cəlb edir, problemlərimizi dilə gətirir, dərdlərimizə,
sevincimizə şərik
olur. Deməli, təcrübə bir daha deməyə imkan verir ki, bu “danışan qutu” hər zaman, hər yerdə gərəyimizdir. Məhz
buna görə onu daha mükəmməl öyrənmək və öyrətmək lazımdır.
Qarşımdakı “Radio jurnalistikası”
əsəri radionu mükəmməl şəkildə
öyrənməyə və
öyrətməyə ünvanlanıb.
Əsərin müəllifləri
“müasir jurnalistikanın,
həmçinin, kütləvi
kommunikasiya mediasının
incəliklərini dərindən
bilən” və bu sahədə uzun illər çalışaraq zəngin
təcrübə toplayan,
gənc pedaqoq-alim Aynur Nəsirova və Xatirə Hüseynovadır. BDU-nun nəşriyyatında
yenicə işıq üzü görən
“Radio jurnalistikası” adlı
dərslik bu sahədə son illər yazılan əsərlərdən
bir çox xüsusiyyətlərinə görə
fərqlənir.
“Radio jurnalistikası” əsəri “Radiojurnalist hansı vərdişlərə
yiyələnməlidir?” sualına
çox mükəmməl
cavab verir. Dərslik radio-televiziya sahəsində görkəmli
tədqiqatçı-alim, filologiya
elmləri doktoru, professor Qulu Məhərrəmlinin elmi
redaktorluğu və məsləhəti ilə
ərsəyə gəlib.
Odur ki, əsərdə “müasir
radio jurnalistikasında
önəmli olan bütün əsas istiqamətlər əhatə
edilib”. Radionun müasir media sistemindəki yeri, rolu ən kiçik
detallarına kimi geniş şəkildə
təhlil edilib və ən əsası “audio materialların QR kod şəklində mətnə
əlavə edilməsidir”.
Bu vasitə ilə “tələbə
QR kodu oxudaraq sözügedən audiomaterialı
rahatlıqla dinləmək
və təhlil etmək imkanı qazanır”. Ona görə də bu gün qürurla
deyə bilərik ki, bu “bizim
dərslik yaradıcılığımızda
ilk dəfə məhz burada tətbiq olunan təcrübədir”.
Dərsliklə tanış olarkən bu “danışan qutu”nun nə
qədər görünməz
və sehirli bir möcüzələr
aləmi olduğunun şahidi oluruq. Doğrudur, televiziyanın
əsrarəngiz cazibəsi
var, amma bu da danılmaz
bir faktdır ki, “radionun da
zəngin səslər
palitrasına əsaslanan
fərqli təbiəti
var”. Gənc pedaqoq-alim A.Nəsirova və X.Hüseynova əsərdə bu sehirli aləmin görünən tərəfləri
ilə yanaşı, görünməyən tərəflərini
də ustalıqla oxucusuna aça biliblər. Müəlliflər
jurnalistikanın bir qolu kimi tədqiqata
cəlb edilən radioda xəbərin, musiqinin və s. hazırlanmasında və
təqdimində səsyazmanın,
montajın, redaktənin,
musiqi tərtibatının
incəliklərini peşəkarlıqla
əks etdiriblər. Ən əsası “danışan qutu”da
müasir tələblərə
yüksək səviyyədə
cavab vermək üçün “onlayn radioproqramın yaradılması
və sayta yüklənməsi yolları
göstərilir, praktik
vərdişlər aşlanır”.
Tələbə dərsliklə
tanış olarkən
dinləyici auditoriyasını
cəlb etməyin yollarını öyrənir,
“sirr”lərini mənimsəyir və dinləyici auditoriyası haqqında ətraflı, düzgün bilgiyə yiyələnir.
Əslində, mən dəfələrlə
bu dərsliyin müəlliflərinin mühazirə
və seminarlarını
praktik şəkildə
auditoriyadan kənarda,
dövlət və özəl radiolarda keçdiklərinin şahidi
olmuşam. Onlar bu zaman tələbələrinə
canlı olaraq efirdə işləməyin
sirlərini öyrətməklə
yanaşı, həm də dinləyici auditoriyasını cəlb
etməyin yollarını
göstərirlər.
“Radio jurnalistikası” əsəri prof. Qulu Məhərrəmlinin
təbirincə desək,
“radio, televiziya və internetlə rəqabətdə öz varlığını necə
qoruyub saxlayır?” kimi aktual suala
mükəmməl cavab
verir. Müəlliflər
dünya təcrübələrinə
istinad etməklə, oxucusunda “çağdaş
radionun dolğun obrazını” yaradaraq tələbələrinə faydalı
tövsiyələr, maraqlı
fikirlər, mülahizələr
təqdim edərək
bələdçi rolunu
oynayırlar.
On iki mövzunu
əhatə edən dərslikdə müasir elektron KİV sistemində
radionun olduqca mühüm rol oynadığı əsaslandırılır.
Müəlliflər bu
fikrini bir daha təsdiqləmək üçün əsər
boyu öz qənaətlərini, mülahizələrini
dünyanın məşhur
radio tədqiqatçılarından
gətirdikləri sitatlarla
zənginləşdirir, möhkəmləndirir
və radionun media mühitindəki yerini müəyyənləşdirirlər.
Bu qənaət əsərin elmi redaktoru “Radio dünyanın
səs yaddaşı”
adlandırdığı ön
sözdə də vurğulanır: “Müəlliflərin
dünya radioyayımında
gedən ən müasir tendensiyaları əhatə etmələri
dərsliyin dəyərini
artıran amillərdəndir”.
Radionu “media
sistemində ən operativ” vasitə adlandıran müəlliflər
radioyayımın tarixinə
də nəzər salaraq onun inkişafını,
keçdiyi yolu, vəzifələrini, xarakterik
xüsusiyyətlərini oxucunun
gözləri qarşısında
canlandırırlar. Azərbaycanda
radio yayımın tarixindən başlayaraq, çağdaş dövrümüzdəki
fəaliyyətinə kimi,
uzun bir yola nəzər salınır və uğurlu layihələrdən,
görülən işlərdən
bəhs edilir.
Əsərin sonunda “Peşəkar təcrübəsindən seçmələr”
başlığı altında
verilən yazılar da diqqəti cəlb edir. Burada milli radiomuzun
yaranmasında, inkişafında,
cəmiyyət tərəfindən
sevilməsində və
yaddaşlara həkk edilməsində əməyi
olan görkəmli radio əməkdaşlarının,
aparıcılarının, mütəxəssislərinin də
fikir və düşüncələrinə yer verilib. Əsərin
sonunda verilən cümlə yuxarıda söylədiklərimizə öz
möhürünü vurur:
“İnternetin mediaya hökmranlıq etdiyi dövrdə radionun gənc nəsillər arasında hələ də populyarlığını
qoruyub saxlaya bilməsi, şübhəsiz
ki, onun müxtəlif yenilikçi
məzmunlar vasitəsilə
gənc nəsillərə
xitab edə bilməsindən irəli gəlir”. Milli adət-ənənələri qoruyan,
yaşadan, böyük,
zəngin tarixə malik olan Azərbaycan
radiosu haqqında çox dəqiq və yerində söylənilən bir fikirdir.
İngilis filosofu
Alfred Teylor yazırdı ki, “Kitab gənclərin yol bələdçisidir”.
Biz də əminliklə deyə bilərik ki, “Radio jurnalistikası” kitabı yalnız, jurnalistika ixtisasında təhsil alan tələbələr
üçün deyil,
həm də bu sahə üzrə
araşdırma aparan tədqiqatçılar, mütəxəssislər,
milyonlarla radiosevərlər
üçün də
çox faydalı və maraqlı bələdçisi rolunu
oynayacaq.
Qərənfil Dünyaminqızı,
Filologiya elmləri doktoru,
professor, Əməkdar journalist
Şərq 2025.- 10 dekabr (¹225).-
S.7.