Qarabağ gözümüzün
önündə yenidən doğulur
İşğaldan azad olunmuş ərazilərə “Böyük
Qayıdış"
50 min insan
artıq yaşayır,
bu, başlanğıcdır
- qarşıda daha böyük köç olacaq
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə
"Böyük Qayıdış"
davam edir. Dekabrın 12-də respublikanın
müxtəlif yerlərində,
əsasən, yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdən ibarət
növbəti köç
karvanı Ağdərə
rayonunun Həsənriz
kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz
kəndinə 16 ailə
- 74 nəfər köçürülür.
Həsənrizə köçən
ailələr Tərtər
şəhərindəki Bayraq
meydanından yola salınıb. Uzun illərdən sonra yurdlarına yola salınan sakinlər qayıdışı böyük
məmnunluq və sevinc hissi ilə
qarşılayıblar. Ailələr
bildiriblər ki, doğma torpaqlarına qayıdış onlar üçün təkcə
yaşayış şəraitinin
yaxşılaşması deyil,
həm də illərlə davam edən Vətən həsrətinin sona çatması deməkdir.
Onlar hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib,
torpaqlarımızı işğaldan
azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman
əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə
rəhmət diləyiblər.
Ağdərənin Həsənriz
kəndinə köç
edən keçmiş
məcburi köçkün
Təhminə İsayeva
deyib ki, bu gün həm
sevincli, həm də qürurludur: "Çünki şanlı
Ordumuzun qəhrəmanlıqla
azad etdiyi torpaqlara qayıdırıq.
Şəhid qanı tökülən bu torpaqlar indi bizim üçün daha əziz, daha müqəddəsdir. Doğma yurda qayıtmaq sevincini bizə yaşatdığına
görə Ali Baş Komandana, Ordumuza minnətdaram". Dekabrın 11-də Xocalı
rayonunun Şuşakənd
kəndinə köçən
ailələrə də
evlərinin açarları
təqdim olunub. Bu mərhələdə Şuşakəndə 51 nəfərdən
ibarət 14 ailə köçürülüb. ANAMA-nın əməkdaşları
tərəfindən mina
və partlamamış
hərbi sursatların
yaratdığı təhlükələr
barədə ətraflı
məlumat verilib. Ailələrə tanımadıqları
naməlum əşya
və cisimlərdən
uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Evlərin açarlarının
təqdimat mərasimində
çıxış edən
Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı
direktorunun müavini Mahmud Əfəndiyev işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa
və yenidənqurma işlərinin sürətlə
davam etdiyini, yol, su, elektrik,
qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb. Sakinlər
də doğma yurda qayıtmağın sevincini bölüşüb,
açarları təhvil
alaraq evlərində məskunlaşıblar.
Həmin gün
Xocalı rayonunun Badara və Ballıca kəndlərinə
çatan ailələrə
də yeni evlərinin açarları
təqdim olunub. Qeyd olunub ki,
Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə isə 9 ailə - 38 nəfər köçürülüb.
Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif
yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən
ibarət olub. Açarların təqdimat
mərasimində, Xankəndi
şəhərində, Ağdərə
və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
Xüsusi nümayəndəliyinin,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
rəsmiləri və
digər şəxslər
iştirak ediblər. Açarları təqdim edən Prezidentin Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
xüsusi nümayəndəsinin
müavini Səbuhi Qəhrəmanov sakinləri
doğma yurdlarına qayıtmaları münasibətilə
təbrik edib, Ballıca və Badara kəndlərində
rahat yaşayış
üçün hərtərəfli
şəraitin yaradıldığını
deyib. Onun sözlərinə görə,
yaşayış məntəqələrində
müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya
xətləri və yeni yollar istifadəyə
verilib.
Məlumat üçün
deyək ki, doğma yurduna qayıtmağa hazırlaşan
və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış
məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi tərəfindən
aparılan məlumatlandırma,
təbliğat-izahat və
maarifləndirmə işləri
çərçivəsində onlara sosial müdafiə
tədbirləri, o cümlədən
vahid aylıq müavinətin qanunvericilikdə
nəzərdə tutulan
başaçatma müddətləri,
müddətin axımı,
habelə bunun qanuniliyi və zəruriliyi məsələləri
ətraflı izah edilir. Növbəti tədbir Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca,
Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə köçürülən
ailələr arasında
keçirilib. Tədbirdə
məcburi köçkünlərin
sosial müdafiəsi məsələləri və
mina təhlükəsi
haqqında hazırlanmış
videoçarxlar məcburi
köçkünlər üçün
nümayiş etdirilib.
Mina təhlükəsi
ilə bağlı hazırlanan videoçarx insanları ayıq-sayıq
olmağa, xəbərdarlıq
nişanlarının tələblərinə
əməl etməyə
çağırır, sosial
müdafiə məsələləri
haqqında videoçarx
isə vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə
tutulan hallarını
izah edir. Bu videoçarxlar mediada mütəmadi olaraq yayımlanır. Qeyd edək ki, məcburi köçkünlərlə iş
sahəsində dövlət
siyasətinin ən mühüm istiqamətlərindən
biri onların sosial müdafiəsinin səmərəli təşkilidir.
Həmçinin Prezident
İlham Əliyevin tapşırığına əsasən,
doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının
və təhlükəsizliyinin
təmin edilməsi prioritet məsələlərdəndir.
"Məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında"
qanunda keçmiş məcburi köçkünlər
üçün bir sıra sosial müdafiə tədbirləri
nəzərdə tutulur.
Bunlardan biri də sosial müdafiəyə ehtiyacı
olan məcburi köçkünlərin yararlandığı,
dövlət büdcəsinin
vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Xatırladaq ki, “Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində
Dövlət Komitəsi
tədbirlər planına
uyğun olaraq aidiyyəti şöbə,
yerli nümayəndəliklər
və Mənzil-Kommunal
İstismar Sahələri
tərəfindən məcburi
köçkünlərlə görüşlər keçirilir,
sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları
və broşürlər
hazırlanaraq məcburi
köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi
işğaldan azad olunmuş ərazilərimizdə
özünüməşğulluq proqramının icrasını
davam etdirir. Bu dəfə Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup
şəxsə proqram
çərçivəsində “Çatdırılma xidməti”,
“Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Kombi ustası və sanitar qovşağın quraşdırılması
xidməti”, “Arıçılıq
təsərrüfatı”, “Keçiçilik təsərrüfatı”,
“Maldarlıq təsərrüfatı”
və “Qoyunçuluq təsərrüfatı” zərfləri
üzrə aktivlər
təqdim edilib. Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri
üzrə kiçik
ailə bizneslərini
yaradıblar. Proqram iştirakçıları onlara
göstərilən dəstəyə
görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə
ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində
qurduqları təsərrüfatlarını
daim genişləndirməyə
səy göstərəcəklərini
bildiriblər. İndiyə
qədər Böyük
Qayıdış proqramı
çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq
633 şəxs özünüməşğulluq
proqramının dəstəyi
ilə öz kiçik ailə təsərrüfatlarını yaradıb.
Millət vəkili
Samir Vəliyev "Şərq"ə deyib ki, yeni strateji
mərhələdə "Böyük Qayıdış"
ölkəmizin beş
əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib.
Deputat bildirib ki, Azərbaycan dövləti Qarabağı
cənnətə çevirmək
və otuz il ərzində ağır məcburi köçkünlük həyatı
yaşamış soydaşlarımızın
doğma yurdlarına layiqli qayıdışını
təmin etmək əzmindədir: "Hazırda
işğaldan azad olunmuş ərazilərdə
intensiv minatəmizləmə
əməliyyatları aparılır.
İqtisadi və sosial təyinatlı müasir infrastruktur yaradılır. Yaşayış
məntəqələri yenidən
qurulur və ərazilərin məskunlaşdırılması
uğurla davam edir. Bir sözlə,
göz önündə
yeni Qarabağ formalaşır. Böyük
qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən
qurulmasını şəxsi
nəzarətində saxlayır
ki, bu da
layihələrin daha sürətli və keyfiyyətli icrasına təsir göstərir. Dövlət başçısı
işğaldan azad olunmuş ərazilərə
səfəri zamanı
bir sıra açılış və
təməlqoyma mərasimlərində
iştirak edir, dəyərli tövsiyələrini
verir. Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin
uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərlə görüşərək
onlara xoş arzularını çatdırır.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrasına indiyədək
dövlət büdcəsindən
təxminən 22 milyard
manat vəsait yönəldilib. Təkcə
cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon
manatı təhsil, səhiyyə, mədəniyyət
və idman yönümlü layihələrə,
41 milyon manatı isə minalardan təmizlənmə işlərinə
ayrılıb. Hazırda
azad edilmiş ərazilərdə 50 mindən
çox insan yaşayır, çalışır
və təhsil alır. "Böyük Qayıdış"a dair
I Dövlət Proqramı
çərçivəsində Qarabağ və Şərqi Zəngəzur
bölgələrinə ümumilikdə
140 min insanın köçürülməsi planlaşdırılır".
Parlament üzvü bildirib ki, "Böyük Qayıdış"
strategiyası gələcəkdə
də eyni ardıcıllıqla davam
etdiriləcək: "Prezidentin
2025-ci il 30 may tarixli Sərəncamı ilə "2027-2030-cu illərdə
sosial-iqtisadi inkişaf
strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın
hazırlanması üçün
Nazirlər Kabinetinə
tapşırıq verilib.
Həmin tapşırığın
icrası məqsədilə
2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiqlənib. Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və
Ağalı kəndlərinin
sakinləri ilə görüşündə "Böyük Qayıdış"ın
növbəti mərhələsinin
başladığını bəyan edib".
İsmayıl
Şərq
.- 2025.- 13 dekabr (¹228).- S.6.