70 il, min xatirə, saysız uğur

 

Gözəl günlər hələ qarşımızdadır

 

 70 yaşlı Tofiq müəllim həyat hekayəsini danışır

 

İnsan ömrünü qatara bənzədirəm. Hamımız ömür qatarının sərnişinləriyik. Qatar gedirsə, deməli, onun müəyyən dayanacaqları da olur. Mənim üçün həmin dayanacaqlar həyatımın önəmli hadisələrinin baş verdiyi günlərdirdedi, professor, filologiya elmləri doktoru, publisist Tofiq Əbdülhəsənli. Tofiq müəllim uzun illər həm publisist-jurnalist, həm pedaqoq olaraq çalışıb, bu gün Azərbaycan İqtisad Universitetinin Azərbaycan dili kafedrasının müdiridir, pedaqoji fəaliyyətini davam etdirir. Onunla həmsöhbət olduqca həyatındakı önəmli hadisələr bir-bir göz önündə canlandı... Hazırda dediyi ömür qatarının 70 yaşlı sərnişinidir. Onun ömür qatarının önəmlidayancaqlar”ı isə özünün dediyi kimiİqtisadiyyat da poeziyadır”, “Cəmiyyətin iqtisadi təkamül mərhələsi: ədəbi proses söz yaradıçılığı”, “İşgüzar yazışmalar”, “İşgüzar Azərbaycan dili”, “Poetik sözün vüsəti”, “Vətəndaş yanğısı”, “Dilimiz-varlığımız” “Azərbaycan dilində işgüzar akademik kommunikasiya”, “Azərbaycan dili nitq mədəniyyəti digər dərsliklərin, publisistik elmi kitablarımın dərc olunduğu tarixlərdir. Həyatının unudulmaz hadisələri Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməsidir. Bu, uzun illər ərzində rəsmi dövlət qəzetlərində mətbuat işçisi kimi onun əməyinə verilən çox böyük bir qiymətdir. Tofiq müəllim UNEC-in 90 illik yubileyində təhsildə qazandığı uğurlara görəTərəqqimedalı ilə təltif olunub. Bu təltiflərə görə cənab Prezidentə dərin təşəkkürünü bildirir. Tofiq müəllimin elmi yaradıcılığı barədə Azərbaycanın bir çox böyük alimləri müsbət fikirlər söyləyiblər. Müxtəlif illərdə Xalq şairi Məmməd Araz, professorlar Cəlal Abdullayev, Teymur Əhmədov, Yaşar Qarayev, Əfqan Əsgərov, Hacı İmamverdi Əbilov, Maarifə Hacıyeva digər görkəmli ziyalı, yazar alimlərimizin onun elmi publisistik əsərləri barədə söylədikləri Tofiq müəllimə yüksək dəyər etimadın göstəricisidir.

 

- Tofiq müəllim, 70 yaşına çatdınız. İnsanların əksəriyyəti, bəlkə , elə hamımız keçmişə - arxaya baxmağı daha çox sevirik edirik bunu. Yəqin ona görədir ki, insanın keçmiş ömründə şirin xatirələr daha çoxdur. Qayğısız uşaqlıq, yeniyetməlik, bir qədər gənclik keçmişdədir. Yaşa dolduqca bu hisslər daha da dərinləşir. Siz, Tofiq müəllim, ötən illərinizdə nələri daha çox xatırlayırsınız?

 

- Doğma kəndimdən - Pirəbbədən çıxıb arzularımın dalınca yollananda təxminən 17 yaşım vardı. Həmin vaxtdan xeyli keçib, illər arxada qalıb. Bakıdayam o zamandan. Amma bu uzun illər ərzində bir gün qəlbən, ruhən Pirəbbəsiz olmamışam. Elə görüşünə tez-tez gedirəm doğma kəndin. Hər dəfə gedəndə ürəyim mənzil başına çatmağa tələsir. Əvvəllər, yəni cavanlıqda mindiyim bəzən kiçik, bəzən iritutumlu avtobusların sürücülərini tələsdirmək istəyirdim. Sonralar artıq sükan arxasında özüm olanda yol boyu hiss məni üstələdikcə ürəyimdə özümə əmr edirdim: “Yavaş, Tofiq, maşınında tək deyilsən, ailən var, uşaqların var!” Elə ki, kəndə çatıram, dərhal dərindən nəfəs almaq istəyirəm. Sanki ciyərlərim genişlənib daha çox hava udmaq istəyir... Yadıma gəlir ki, orta məktəbdə oxuyanda bizə belə bir mövzuda inşa yazdırardılar: “Haradan başlanır Vətən?” Əlbəttə, hər birimiz yazırdıq ki, Vətən Pirəbbədən başlanır. Yazmağına düz yazırdıq. Amma bəlkə , verilən sualın dərinliyinə bir o qədər vara bilmirdik. Onda çoxumuzun anlayışında Vətən elə Pirəbbənin ərazisi qurtaranda bitirdi. Axı o zaman az qala hamımız kəndimizdən qırağa çıxmamışdıq. Vaxt gəldi, ömür qatarı bizləri o biri kəndlərə, şəhərlərə apardı. Həm təkcə öz yurdumuzda, öz ölkəmizdə deyil. Qatarlarla təhsil, elm, , qazanc dalınca digər məmləkətlərə gedənlər oldu. Mənim üçün mənzil başı Bakı oldu, baş şəhərimiz, paytaxtımız, canımız Bakı. Bakı bizə qucaq açdı, burada oxuduq, təhsil aldıq, işə düzəldik. Uğurlarımızın, gözəl günlərimizin, sevgimizin, ümidlərimizin reallaşdığı şəhər oldu Bakı. Ömrün bu yaxın-uzaq yollarında qədər gözəl yerlər görsəm , Bakı mənim üçün çox əziz bir şəhər olaraq qalacaq.

 

- Sizin ədəbiyyata, klassik irsimizə bağlılığınız məlumdur. Şübhə etmirəm ki, bu bağlılıq doğma kəndinizin ab-havasıyla ötürülüb sizə.

 

- İllərin o tayından hələ qulaqlarıma çox həzin bir səs, bir ana laylası gəlir:

 

Laylay beşiyim laylay,

 

Evim-eşiyim laylay,

 

Sən get şirin yuxuya,

 

Çəkim keşiyin laylay.

 

Nərgizi üzüm laylay,

 

Telinə düzüm laylay,

 

Sən böyü, mən qocalım,

 

Toyunda süzüm laylay

 

Bu, anam Xanımnazın mənə çaldığı həmin layla idi ki, sonralar kiçik bacı-qardaşlarımın beşiyi yanında başımı onun dizinə söykəyib dinlədikcə yaddaşıma hopmuşdu. Uzun, soyuq qış gecələrində bu layla sürətlə axan Kürün şaqraq səsinə qarışar, ilıq, aydın yay axşamlarında isə sanki çayın həzinnəğmə”si ilə həmahəng olardı. Çox həqiqətlər var ki, biz onların mənasını, mahiyyətini illər sonra daha aydın dərk edirik. Bəli, sözə, şeirə, poeziyaya, folklora meylim, məhəbbətim bax, onda yaranıbmış! Mən bunu sonralar başa düşdüm.

 

- İnsanın formalaşmasında doğulub boya-başa çatdığı ailənin xüsusi önəmi var. Valideynləriniz haqqında danışın.

 

- Uşaqlıqdan qanıma-iliyimə hopan həm atam Əbdüləziz kişinin öyüd-nəsihətləri olub. Zəhmətkeş bir insan idi. Yurda, torpağa bütün qəlbi ilə bağlanmışdı. Zamanın gərdişində ali təhsil ala bilməsə , sanki bütün varlığı hikmətlə dolmuşdu. Yaşadıqca, işlədikcə, xeyirdə-şərdə yaxından iştirak etdikcə, insanlarla sıx ünsiyyətdə olduqca geniş dünyagörüşü qazanmışdı. Övladlarına aşıladığı da yalnız müsbət keyfiyyətlər idi. Həyətimizdə torpaq belləyəndə, ağac əkəndə , axşamlar hamımız ocaq başına yığışanda da, bir sözlə, hər yerdə, hər zaman öyüdləri yadından çıxmazdı: “Bax, ay oğul, zəhmət çəkməsən, bu torpaq sənə heç verməz. Torpaq deyər ki, öldür məni, dirildim səni. Əkdiyin ağaca qulluq etməsən, onu su ilə doyurmasan, meyvəsindən əlini üz. Hər sahə belədir. Elm, təhsil həmçinin. Zəhmətə qatlaşmasan, gecəni gündüzə qatıb oxumasan, aydın məqsədin, möhkəm iradən olmasa, heç nəyə nail ola bilməzsən. Yalnız bunlara sahiblənsən, yaxşı həkim ola bilərsən, yaxşı müəllim, yaxşı mühəndis . Bir az da əziyyət çəkən, əmək sərf edən elmin lap dərinliyinə varar...” Ciddi adam idi. Həmişə üzündə xoş bir təbəssüm vardı. Amma sənət seçməkdə bizə sərbəstlik verdi. “Niyyətin hara, mənzilin ora”, - dedi atam. Biz hərəmiz öz ürəyimiz istəyən, qabiliyyətimiz çatan sahəyə yollandıq. Bildiyiniz kimi, mənim həvəsim ədəbiyyata olub. Bu, bəlkə , Xəlil Rza Ulutürkün bizimlə qohumluq əlaqəsi olması ilə bağlı idi. Orta məktəbin yuxarı siniflərində artıq özüm-özümə qərar vermiş, yolumu müəyyənləşdirmişdim. 

 

- Yəni ədəbiyyatı, şeiri, söz sənətini seçdiniz...

 

- Neftçala rayonunun qonşu Yuxarı Qaraymanlı kənd orta məktəbini bitirəndən sonra 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olundum. Həm ali təhsil aldım, həm istehsalatda çalışdım. Heç vaxt yolun asanını seçmədim. Ordu sıralarında da oldum, dövrün qayda-qanunu ilə əsgəri borcumu yerinə yetirdim. Ali təhsilli mütəxəssis kimi ilk yerimGəncliknəşriyyatı oldu. Klassiklərdən tutmuş, müasir ədəbiyyatın ən görkəmli nümayəndələrinə qədərMirzə İbrahimov, Xəlil Rza Ulutürk, Musa Cəlil, Söhrab Tahir, Sabir Rüstəmxanlı digər yazıçıların əsərlərininkitablarının redaktoru olmaq çox qürurverici idi. Mübaliğəsiz deyim ki, kitaba, ədəbiyyata çox həris idim. Anam deyərdi ki, ay bala, sən məktəbin kitabxanasını evə daşıdın ki.... Kitabları oxuduqca bəzən onların təkcə necə yazıldığı ilə deyil, hansı şəraitdə, hansı proseslərlə araya-ərsəyə gəldiyi barədə fikirləşərdim. Azərbaycanın klassik müasir yazıçılarının əsərlərini, rus dünya ədəbiyyatının nümunələrini oxuyardım. Amma gizlədim, bunların arasında bir müəllifin kitabları da var idi ki, mütaliə etməyi bacardığım vaxtdan onları oxuyub köksümə sıxar, gözümün üstünə qoyardım. Bu, Ulutürkün kitabları idi. Xalqımızın, Türk dünyasının böyük oğlu, ölməz şairi mənim ustadım Xəlil Rza Ulutürkün... Dediklərimin bir səbəbi Ulutürk poeziyasının möhtəşəmliyi idisə, digər bir səbəbi bu dahi şairin Pirəbbənin övladı olması idi. Mən onu yetişdirən torpağın havası-suyu ilə böyümüşəm. qədər şanlı-şöhrətli olsa da, Ulutürk biz – Pirəbbə uşaqları gəncləri üçün həm Xəlil əmi idi. Mənim üçün isə eyni zamanda bir məktəb, bir universitet idi. Mən bu məktəbin dərslərini hələ Pirəbbədə keçmiş, bu universitetin mühazirələrini doğma kəndimdə dinləmişdim...

 

- Kitabları redaktə etmək, həm tanınmış, özünü təsdiqləmiş yazıçı, şairlərin əsərlərini, etibar edirdilər sizə?

 

- “Gənclik" nəşriyyatında redaktor kimi altı ilə qədər - 1985-1990-cı illərdə çalışdım. Çox təcrübə topladım orada. Mən deyərdim ki, redaktə etmək elə yazmağa bərabərdir, bəlkə , daha çətindir. Bəziləri düşünürlər ki, yazmağı bacarmasan da, redaktə işi ilə məşğul ola bilərsən. Belə deyil. Moskvada Mətbuat İnstitutunda təhsil alarkən bunu bir daha dərk etdim. Təvazökarlıqdan kənar olmasın, həmin vaxtadək mən artıq öz qələmimi sınamışdım. Azərbaycan dövlət radiosunda televiziyasında verilişlərim səslənmişdi, dövri mətbuatda oçerk məqalələrim dərc olunmuşdu. Beləcə, bu dəfə yollar məni jurnalistikaya gətirdi. 1991-ci ildən rəsmi dövlət qəzeti olanAzərbaycan”da işləməyə başladım. Bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri idim (2002-ci ilədək). İqtisadi biliklərimi artırmaq, qəzetin yazarlarının müxbirlərinin məqalələrini daha səriştəli redaktə etmək üçün İqtisad Universitetində ikinci ali təhsil aldım. Bu həmin illər idi ki, məlum səbəblər üzündən tənəzzülə uğramış ölkə iqtisadiyyatı dirçəldilir, bazar iqtisadiyyatı tətbiq olunur, torpaq islahatı aparılır, beynəlxalq şirkətlərlə neft müqavilələri imzalanır, ixrac marşrutları çəkilirdi s. bütün bu, eləcə müstəqilliyini təzəcə bərpa etmiş respublikamızın iqtisadiyyatı üçün digər taleyüklü məsələlər qəzet səhifəsində istər şöbənin müdiri, istərsə əməkdaşları tərəfindən operativ tam dolğunluğu ilə işıqlandırılırdı.

 

– Amma sonra “Respublika” qəzetində çalışdınız.

 

- 15 illik həmin missiyanı mən digər bir iqtidar qəzetində - “Respublika”da da uğurla davam etdirdim. 2003-2018-ci ilədək “Respublika” qəzetində şöbə müdiri olaraq çalışdım. Bu da gündəlik bir qəzet idi hər yeni nömrəsində günün tələb etdiyi aktual mövzularda yazılarımız dərc olunurduhəm mənim, həm rəhbərlik etdiyim şöbənin. Bir sözlə, ömür qatarı irəliləyirdi, bəlkə , şütüyürdü. Deyim ki, həmin vaxtadək keçdiyim yollarda elmi unutmamışdım. Dövri mətbuatın arı pətəyi kimi qaynayan həyatını yaşamağa, kərpic-kərpic ev-eşik qurmağın çətinliyinə, üç körpənin atası olmağın məsuliyyətinə paralel olaraq ömür qatarımda elm daim mənimlə idi. Özünü öymək kimi çıxmasın, mən buna da vaxt tapırdım. Çünki istək ürəkdən gəlirdi, çünki oxuduqlarımı, öyrəndiklərimi, gəldiyim nəticələri ümumiləşdirmək gərək idi. Hələ universitetin filologiya fakültəsində təhsil alarkən müasir Azərbaycan ədəbiyyatını, xüsusilə siyasi lirikanı mükəmməl öyrənməyə çalışırdım. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı, Sabir Rüstəmxanlını dönə-dönə oxuyurdum. Diplom işimi ustadım Ulutürkün yaradıcılığına həsr etmişdim. Diplom rəhbərim, filologiya elmləri doktoru, professor Cəlal Abdullayev işimdən çox razı qalmışdı bu mənə böyük həvəs stimul vermişdi. Professor tövsiyə etmişdi ki, bu yolu davam etdirim. Beləliklə, “Müasir Azərbaycan şeirində siyasi lirikaadlı namizədlik dissertasiyamı yazdım müvəffəqiyyətlə müdafiə etdim. Bu tədqiqatatın mərkəzində Rəsul Rzanın, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun, Sabir Rüstəmxanlının, Söhrab Tahirin poeziyamızın digər görkəmli nümayəndələrinin siyasi lirikası dayanır.

 

- Tofiq müəllim, siz danışdıqca, “necə geniş fəaliyyət göstərmisinizkeçir fikrimdən. Bu işlərin hamısına vaxt ayırmaq hər insana nəsib olan deyil

 

- Bilənlər bilir, elmi axtarış elə bir məşğuliyyətdir ki, başladınsa dayanmaq olmur. Bu yolda bir axtarışdan digərinə, bir tapıntıdan digərinə doğru gedirsən. Bir sualdan yeni birisi doğulur onun cavabı üçün bir az da irəliləyirsən. Ədəbiyyat, filologiya sahəsində təxminən belədir. Mövzunu, əsərləri öyrəndikcə, tədqiq etdikcə daha bir kamillik görürsən onu dərindən təhlil etmək, öyrənmək, gəldiyin elmi qənaətləri hamıyla bölüşmək istəyirsən. Doktorluq dissertasiyam üzərində işimi şərtləndirən elə bu dediklərim oldu. Bu bir qədər çox vaxt apardı, lakin uğurla nəticələndi. Tarix boyu sübut olunub ki, əsl alimlər elmin çətin, bəzən əzablı yollarında, yuxusuz gecələrdə, rahatsız gündüzlərdə sərvət, qazanc, var-dövlət haqqında düşünməyiblər. Onların məqsədi bambaşqa olub... Yüzlərlə misal gətirmək mümkündür. Əgər mən öz tədqiqatlarımla Azərbaycanın böyük şairlərinin yaratdıqlarını lazımınca mənalandıra, tədqiq edə bilmişəmsə, bu zəhmətim xalqımızın ədəbi irsini öyrənməkdə insanlara, xüsusilə gənc nəslə, filoloqların gələcək nəsillərinə bir fayda verəcəksə, bu, ən böyük mükafatım qazancımdır. 

 

- Pedaqoji fəaliyyətinizi davam etdirirsiniz?

 

- Əlbəttə. Neçə illərdir mənim ömür qatarımın sərnişinləri arasında tələbələrim var. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiriyəm. Hörmətli rektorumuz, professor Ədalət Muradovun rəhbərliyi ilə bu universitet Azərbaycanın dünyanın ən nüfuzlu, ən qabaqcıl təhsil ocağına çevrilib. Burada işləməklə qürur duyuram. Çalışıram ki, bir müəllim olaraq da etimadı doğruldam. Çünki müəllim adının məsuliyyəti böyükdür. Ulu Öndərimiz Heydər Əliyevin: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıramsözləri harada işləməsindən asılı olmayaraq hər bir müəllimin boynuna böyük məsuliyyət yükü qoyur. Mən bu sözləri cəmiyyətə bir mesaj kimi qəbul edirəm. Belə ki, müəllim hər yerdə sayılıb-seçilən insan olmalıdır bu hörməti, nüfuzu təbii ki, ilk növbədə özü qazanmalıdır. Mən tələbələrimə qayğı ilə yanaşıram. Onlar da mənə hörmət bəsləyirlər. Zəngin dilimiz, onun ifadə imkanlarının genişliyi bu kimi mövzularda dərslərimiz həmişə marağa, müzakirə diskusiyalara çevrilir.

 

Ömür qatarımda uzun illərdir mənimlə qoşa gedən bir əziz insan da var. Bu, həyat yoldaşım Nazilə xanımdır. Onun barəsində danışmasam, özümü bağışlamaram.

 

- Buyurun, təbii ki

 

- Nazilə xanım səmimi insan, təcrübəli pedaqoq, sadiq ömür-gün yoldaşı, gözəl ana, qayğıkeş nənə. Dolaylı-dolanbaclı ömür yollarında qoşa addımlaya-addımlaya, çətinlikləri, qayğıları tən bölə-bölə, hər uğura birgə sevinə-sevinə üç övladımızıbir qız iki oğlumuzu boya-başa çatdırmışıq, necə deyərlər, onları cəmiyyətə layiqli vətəndaş kimi təqdim etmişik. Qızım həkimdir, əhalinin sağlamlığı keşiyində dayanıb. Yüksək ixtisaslı onkoloq-cərrah kimi dövlət xəstəxanasında öz missiyasını şərəflə yerinə yetirir. Oğlum Tural ali təhsilli maliyyəçidir. İqtisadiyyat üzrə fəslsəfə doktorudur. SOCAR sistemində çalışır. Həm UNEC-in dosentidir. Digər oğlum Eltac hüquq-mühafizə orqanlarında ictimai asayişin təhlükəsizliyin keşiyində dayanıb. Övladlarım bizi yeddi gül nəvə ilə sevindirib. Böyük nəvəm Əli yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Ailəmizə sevinc bəxş edib. Digər nəvələrim ona baxıb həvəsləniblər.

 

- Özünüz dediyiniz kimi, ömür qatarı sizə sürətlə irəli aparıb. İtirdiyiniz sərnişinlər olub, yəqin

 

- Bir zamanlar, yəni 1955-ci il dekabrın 30-da mənim ömür qatarım baş dayanacağından - Pirəbbədən tərpənəndə onun digər sərnişinləri vardı: nənəm, babam, atam, anam... Sonralar dünyaya göz açan bacı-qardaşlarım qoşuldu bizə... Anamı tez itirdim bu yollarda. Bu itkinin göynərtisi hələ qəlbimi yandırır, baxmayaraq ki, özüm artıq babayam. Dəli Kürün əlimizdən erkən yaşında aldığı qardaşım Mübarizin itkisi çox ağır oldu bizim üçün. Ömür qatarımda çoxlu dostlar da vardı. Bir çoxu ilə indi çiyin-çiyinəyik. Bəzilərinə ömür vəfa etmədi. Bəziləri isə... dostluğa, əhd-ilqara vəfasız çıxdıqları üçün yarı yolda düşməli oldular qatardan...

 

- Ömür qatarının artıq qocaman sərnişini kimi pəncərədən baxanda düşünürsünüz? 

 

- ...Hər gün paytaxtımızın küçələrindən keçdikcə sözün əsl mənasında qürurlanıram. Gündən-günə böyüyüb artıq meqapolisə çevrilən Bakımız üçün, azad Vətənimiz, qalib ölkəmiz, qüdrətli dövlətimiz, yaxşı mənada tanınmaz olan şəhərlərimiz, kəndlərimiz üçün... Bunların arasında doğma Pirəbbəm var.

 

Böyük Xəlil Pza Ulutürkün dediyi kimi:

 

Ey ata vətənim Pirəbbə kəndi,

 

Ürəyim səninçün titrəyir indi

 

Bu səbəbdən vaxt imkan verdikcə yollanıram ata yurduma. O yurdda gör neçə əzizimin ruhu yaşayır. Düşünürəm ki, rahat uyuyurlar. Çünki yurdun ocağını sönməyə, ağaclarını qurumağa qoymadım. Artıq öz ömrünü yaşamış olan ata-baba evinin yerində təzə bir ev tikdim. Tikdim ki, balalar, nəvə-nəticələr yurda bağlılığın nümunəsini əyani görsün, ənənələri yaşatsınlar. Qatarımız yenə yoldadır, səfərləri davam edir. Qatar hərəkətdədirsə, onun sərnişini ətrafı seyr edir, gördüklərindən, eşitdiklərindən yeni nəticələr çıxarır, yeni planlar qurur, ürəyi daha gözəl sabaha qanadlanır. Müşfiqimizin təbirincə ifadə etsək:

 

Mənim könlüm deyir ki,

 

Hələ bunlar nədir ki...

 

Böyük günlər, şanlı günlər, şən günlər,

 

Yoluna düşən günlər

 

Hələ qarşımızdadır!

 

İnşallah, qarşıda çox səfərlərimiz olacaq. Təzədən cənnətə dönən Şuşaya, Ağdama, Kəlbəcərə gedəcək, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruğu, ordumuzun səyi ilə düşmən tapdağından azad edilmiş torpaqlarımızı oba-oba, oymaq-oymaq gəzəcəyik. Mən Ağdamı xüsusilə qeyd etmək istərdim. Bütün gəncliyim, cavanlığım yay aylarında Ağdamda keçib. Mənə əziz olan insanların yanına həyat yoldaşımla birgə maşınla, qatarla getdiyim vaxtlar heç vaxt yaddan çıxmaz. Elə ki, qatardan düşərdik, bizi qarşılamağa gələnlərin xoş çöhrəsini, gülər üzünü, səmimi münasibətini görərdik. Hələ Sabir küçəsindəki evimizə çatanda İsa dayı ilə Fatma xalanın qaymaqlı-ballı süfrəsini, ən başlıcası isə ata-ana nəvazişi ilə bizi necə qarşılamalarını heç vaxt unutmarıq. Şair demiş, hələneçə qohum toyu, dost nişanı var”. Nəvə toyu görmək xoş bir niyyət, ülvi bir arzudur!... Odur ki, digər bir şairimizin misrası ilə desək, “hələ yaşamağa dəyər bir az da”...

 

 

Məlahət Rzayeva

 

Şərq.-2025.-13 dekabr.-S.7.