Səsin sehri, radionun gücü
Gənc
alimlərin dərsliyi
medianın gələcəyinə
işıqdır
“Radio jurnalistikası” əsəri Azərbaycan radiosunun 100 illik yubileyinə ən layiqli töhfədir
Radio dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza
bir körpüdür.
O, qəlbimizin duyğusu,
qulaqlarımızın səsi,
mənəviyyatımızın, mədəniyyətimizin qalasıdır.
Radio həmçinin evlərin
istilik və ünsiyyət məkanıdır.
Xalq və dövlət arasında körpü olan radio, sənətkarların,
şairlərin, alimlərin
səsidir.
Bu
günlərdə BDU-da
gənc alimlərimizdən
Aynur Nəsirovanın
və Xatirə Hüseynovanın “Radio jurnalistikası”
adlı dərsliyinin təqdim etmə mərasimi oldu. Mərasim haqqında dövri mətbuat çox geniş və maraqlı informasiyalar verdiyi üçün, mən əsərin özü barədə fikirlərimi
bildirmək istərdim.
Əvvala onu qeyd edim ki,
“Radio jurnalistikası” əsəri
Azərbaycan radiosunun
100 illik yubileyinə gözəl bir töhfədir. Çünki,
bu 100 illik tarix sadəcə bir texniki yol
deyil, xalqımızın
həyat tərzinin və kimliyinin səsidir. Yuxarıda qeyd etdiyimiz kimi, radio keçmişlə
bu günü birləşdirən körpü,
gələcəyə aparan
yoldur. O, dəyişir,
yenilənir, rəqəmsallaşır,
amma həyatımızdan
silinmir. Radio bizimlədir-qulaqlarımızda
səs, qəlbimizdə
duyğu, yaddaşımızda
tarix olaraq qalır. Bu gün bir media
sistemi kimi, onun ən böyük
vəzifəsi milli irsimizi qorumaq, yaşatmaq, gənc nəsli milli-mənəvi
dəyərlərə bağlı
böyütmək və
ən əsası qlobal informasiya məkanında öz yerini qoruyub saxlamaqdır. Gələcəkdə
Azərbaycan radiosunun həm ənənəvi səsli yayım, həm də rəqəmsal media platforması kimi inkişaf etməsi reallıqdır. Çünki
radio sadəcə xəbər yox, səsi ilə insanları birləşdirən
emosional bağdır.
“Radio jurnalistikası” əsərini
oxuyarkən bir daha əmin oldum ki, əsərin
belə samballı və mükəmməl olmasında ilk növbədə, onun elmi redaktoru, məsləhətçisi, görkəmli
radio-televiziya mütəxəssisi,
filologiya elmləri doktoru, professor, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri
Qulu Məhərrəmlinin
əməyi danılmazdır.
Professor “Radio-dünyanın
səs yaddaşı”
adlı başlıqda
yazır ki, “Bu gün bəşəriyyət
öz tarixində heç vaxt görünməz bir dövrü-informasiya bolluğu
mərhələsini yaşayır.
Bu bolluqda ən çevik informasiya daşıyıcılarından
biri də radiodur”. Professor tamamilə haqlıdır.
Mən də radionun iş faliyyətinə həm nəzəri, həm də təcrübü baxımdan bələd olduğum üçün
əminliklə deyə
bilərəm ki, radio təkcə media sistemində deyil, o həm də cəmiyyətdə
öz təsirini, varlığını, gərəkliliyini,
cazibə qüvvəsini
qoruyub saxlayan bir vasitədir. Onu daha cazibəli,
gərəkli etmək
üçün radio
mütəxəssislər, nəzəriyyəçi alimlər
yorulmadan çalışırlar,
bunun yollarını arayıb-axtarırlar, tövsiyyələrini
verirlər. Belə əsərlərdən biri
də “Radio jurnalistikası”
dərsliyidir.
Gənc alimlər əsərdə ilk olaraq “Radiojurnalist hansı vərdişlərə
yiyələnməlidir?” sualına
ətraflı və mükəmməl cavab verirlər. Onlar ilk gündən Jurnalistika fakültəsinin
tələbələrində radiojurnalistikaya həvəs,
maraq, sevgi oyatmaq üçün bu sehirli aləmin
özünəməxsusluqlarını öyrədirlər. Bunun üçün dərslikdə
radionun mahiyyəti, incəlikləri, görüntü
olmadan yalnız səsin köməyi ilə təsvir etmək, dinləyici auditoriyasını cəlb
etmək və ən əsası müasir dövrün tələblərinə uyğun
olaraq onlayn radioproqramın yaradılması,
sayta yüklənməsi
yolları göstərilir.
Əsərlə tanışlıq
zamanı hiss edilir ki, müəlliflərin
radiojurnalistika sahəsində
zəngin təcrübələri
var və həmin təcrübəni,
radionun sirli-sehirli aləmini, özünəməxsusluğunu
ustalıqla tələbələrinə
öyrədirlər. Elə
buna görə də gənc alim -pedaqoqlar A.Nəsirova və X.Hüseynova “Radio jurnalistikası”
dərsliyində “çağdaş
radionun dolğun obrazını” canlandırmaqla
yanaşı gələcəkdə
də daha mükəmməl inkişaf
etdirməyin müasir
yollarını, üsullarını
təqdim ediblər.
Bu gün elmin-texnikanın
sürrətlə inkişafı
nəticəsində, nəyinki
günbəgün, hətta
anbaan radio jurnalistikası “həm məzmun, həm də texnoloji baxımdan dəyişir, yenilənir”. Bu yeniliyə nail olmaq və dinləyici
auditoriyasını cəlb
etmək üçün
radiojurnalistlər də
daima yeni forma axtarışındadır.
Həmin axtarışların
yollarını və
tədbiqini “Radio jurnalistikası”
dərsliyi tələbələrə
öyrədir. Elə
müəlliflər də
dərsliyi “tələbələri
müasir radio işi ilə tanış etmək üçün” yazıblar.
Gərgin
iş, zəhmət bahasına başa gələn dərslikdə
bir daha vurğulanır ki, “media sisteminin ən operativi radiodur”. Bu radionun
mobilliyindən irəli
gəlir o, hər yerdə əlçatandır,
bütün gün ərzində insanlarla canlı ünsiyyət qurur. Avtomobildə, evdə, işdə, səyahətdə bir sözlə hər yerdə bizə yol və qulaq
yoldaşı olan radionu “əvəzedilməz”
adlandıran müəlliflər
yanılmırlar. Doğrudan
da radio auditoriya üçün çox rahat, əlçatan kütləvi
informasiya vasitəsidir.
Onu dinləmək üçün işindən-gücündən
qalmırsan. Əksinə
onları yerinə yetirə-yetirə radiodan informasiya alırsan, maarifləndirici və bilgiləndirici materiallarla
tanış olursan, hisslərinə və duyğularına təsir edən, ruhunu dincəldən musiqilər
dinləyirsən. Bir anlıq da olsa
qayğılardan, gündəlik
stresdən “yaxa qurtarırsan”. Deməli, dinləyicisinin təxəyyülünə
birbaşa təsir edən “radioyayımın
psixoloji təsiri şübhəsisizdir”.
Yola
saldığımız 20-ci yüzilliyin sonlarından və yenicə qədəm qoyduğumuz
21-ci yüzilliyin əvvəllərindən
başlayaraq “radio televiziyaya uduzmamaq üçün əlindən
gələni edir” fikri daha çox
vurğulanır. Bu “mübarizə” nəticəsində
hər ikisi də mükkəmmələşir.
Burada bir faktı da qeyd
etmək yerinə düşərdi ki, ötən əsrin sonlarında bəzi mütəxəssislər belə
bir iddiada idilər ki, televiziyanın populyarlaşması
radioya marağı azalda bilər. Əksinə son 20-30-il ərzində aparılan sosioloji tədqiqatların
nəticələrindən belə aydın olur ki, “əhalinin
90 faizi radioya üstünlük verir”.
KİV sistemində mühüm
yeri və rolu olan radio
və televiziya dünən də, bu gün də
rəqabət şəraitində
fəaliyyətlərini davam
etdirirlər. Görkəmli
alim, professor Qulu Məhərrəmli bu rəqabəti “olduqca effektli rəqabət” adlandırır.
Doğru söylənilən
bir fikirdir. Çünki hər ikisi daha yaxşı
işləmək və
liderliyi ələ almaq üçün işlərini yüksək
səviyyədə qurmağa
çalışırlar, yeniliklər
uğrunda mübarizə
aparırlar.
“Radiojurnalistikanın zamanla
sıx bağlı olduğunu” vurğulayan müəlliflər əsərdə
radionun bu gün media sistemində öz yerini və rolunu qoruyub saxlamaq üçün çox ciddi rəqabət apardığını,
bu rəqabətə necə davam gətirdiyini də açıqlayırlar. Müəlliflər
bu sahədə dünya təcrübəsinə
də nəzər salırlar. Onalar yazırlar ki, “Birləşmiş Ştatlarda
radiostansiyalar televiziyadan
daha gəlirli hesab olunur. Sözügedən
ölkələrdə 10-15 ildə radiostansiyaların
sayı xeyli artıb”. A.Nəsirova və X.Hüseynova buna səbəb olaraq “radionun ilk növbədə, dinlənmə şəraitinin
əlverişli olmasını”
vurğulayırlar.
Ümumiyyətlə
əsərdə dünya
alimlərinin, mütəxəssislərinin
fikri və təcrübələrinə geniş
yer verilib və onlardan bəhrələnməyin yolları
da göstərilib. Onlar “dünya radioyayımında gedən
ən müasir tendensiyaları, qabaqcıl
radioların təcrübəsini
əks etdirən” nüyansları verməklə
“dərsliyin dəyərini”
artırıblar. Müəlliflər
bununla yanaşı əsərdə radionun media sistemindəki rolundan tutmuş, bu günkü müasir radionun vəzifələrini, etik
və hüquqi problemlərini, proqramlaşmanı
və s. məsələləri
geniş çəkildə
tələbəyə şərh
edirlər.
Əsərin quruluşu haqqında da fikrimi bildirmək istərdim. Əsərdə
dərsliyin qarşısında
qoyulan tələblərə
düzgün əməl
edilib. Hər bir mövzu haqqında ayrı-ayrılıqda
sualllar, tapşırıqlar
və ədəbiyyat
siyahısı verilib.
Bu tələbənin
işini daha da yüngünləşdirir.
O, hər bir mövzu haqqında geniş informasiya və bilgi əldə
etmək, ona ünvanlanan suallara cavab vermək üçün həmin ədəbiyyatdan bəhrələnir.
Əminliklə bildirirəm
ki, müasir dövrün tələblərinə
uyğun yazılan
“Radio jurnalistikası” əsəri
yalnız jurnalistika ixtisasında təhsil alan tələbələrin
deyil, bütün radiosevərlərin stolüstü
kitabı olacaqdır.
Sevil Həsənova,
Filologiya elmləri doktoru.
BDU-nun
Multimedia və elektron
Kommunikasiya kafedrasının professoru
Şərq 2025.- 16 dekabr (¹229).- S.6.