Minlərlə insan, minlərlə
ailə sevinəcək
Əfv sərəncamları, Amnistiya
aktları dövlət
siyasətinin əsas meyarlarından biridir
İnsan hüquq və azadlıqlarının müdafiəsi,
vətəndaşların hüquqi,
siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi,
sosial və siyasi fəallığının
artırılması
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra insan hüquqlarının
müdafiəsi, hüquqi
bazanın formalaşması,
qanunvericilik aktlarının
təkmilləşməsi istiqamətində
bir sıra mühüm addımlar atıldı. Amnistiya aktlarının qəbulu,
Əfv sərəncamlarının
imzalanması dövlət
siyasətinin humanist prinsiplər əsasında
bərqərar olduğunun
təsdiqi idi. Azərbaycan suveren, demokratik, hüquqi dövlət olaraq insan azadlığını
təməl hüquq kimi tanıyaraq vətəndaşlarına islah
olunmaq imkanı yaradır. Ölkə başçısı tərəfindən
imzalanan istər Əfv sərəncamları,
istərsə də qəbul olunan Amnistiya aktlarının əsas qayəsi humanizm prinsiplərinin əsas götürülərək
insanların azad yaşamaq hüququnun təminidir. Azərbaycanda
əlamətdar tarixi günlərdə, milli bayramlar ərəfəsində
çoxsaylı insanların
cəzadan azad edilməsi ənənəsi
mövcuddur. Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” olmasını əsas tutaraq, bu münasibətlə amnistiya elan olunması təşəbbüsü
irəli sürüb.
Aministiya Aktı təxminən 20 min nəfəri əhatə edəcək. Amnistiya Aktının layihəsinə
əsasən, Azərbaycan
Respublikasının suverenliyinin
və ərazi bütövlüyünün qorunması
uğrunda aparılan döyüş əməliyyatlarında,
o cümlədən Vətən
müharibəsində və
2023-cü il sentyabrın
19–20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslərin, eləcə
də bu əməliyyatlarda həlak
olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın
qohumlarının, Ermənistan
Respublikasının mülki
əhaliyə qarşı
hərbi təxribatı
nəticəsində əlil
olmuş şəxslərin,
habelə qadınların,
60 yaşına çatmış
şəxslərin, cinayət
törədərkən yetkinlik
yaşına çatmayanların
və digər şəxslərin cəzadan
və ya cinayət məsuliyyətindən
azad edilmələri nəzərdə tutulur. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra indiyədək 13 Aministiya Aktı qəbul edilib. Bunların bir qismi Ulu Öndər
Heydər Əliyevin prezidentliyi dövründə
qəbul edilən Aministiya aktlarıdır. Ümumiyyətlə, Azərbaycanda
əfv və amnistiya təsisatları xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin dövründə
formalaşıb. Heydər
Əliyevin prezidentliyi
dövründə (1995-2003-cü illər) 7 Amnistiya Aktı qəbul edilib. Milli Məclis
tərəfindən 22 may
1996-cı il, 17 oktyabr
1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may
2003-cü il tarixlərində
qəbul edilən Aministiya aktları ümumilikdə 77 mindən
çox insana şamil edilib, bunlardan 21 min 325 nəfər cəzasının
çəkilməyən hissəsindən
azad olunub. Ümummilli Liderin imzaladığı əfv
fərmanları ilə
3 mindən artıq şəxs bağışlanaraq
cəzalarından azad
edilib. Azərbaycanın
Birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü
təşəbbüs nəticəsində
2007-ci il mayın 8-də
Milli Məclisdə Amnistiya Aktı qəbul edilib. Konstitusiya dəyərləri
və hüquqi islahatlar kontekstində qəbul edilən amnistiya ümumilikdə
9000 nəfərə şamil
olunub. Onlardan 1500 nəfər azadlığa
buraxılıb, 7500 nəfərin
isə cəza müddəti azaldılıb.
Milli Məclis 2009-cu il martın 17-də Mehriban xanım Əliyeva tərəfindən
təqdim edilən
"Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında"
qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb. Birinci xanımın daha bir təşəbbüsü
ilə milli həmrəyliyin gücləndirilməsi
məqsədilə 2013-cü il 7 may tarixində
qəbul edilən qərarla 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Ölkənin birinci xanımının təşəbbüsü
ilə 2016-cı ildə
28 May - Respublika Günü münasibətilə
də amnistiya elan edilib. Amnistiya
qərarı ümumilikdə
10868 nəfərə şamil
olunub. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində
cəza çəkən
3545 məhkuma tətbiq
edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad
olunub, 635 məhkumun cəzasının çəkilməmiş
müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin
qərarı ilə ləğv edildikdən sonra onların azad edilməsi qərara alınıb.
2018-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə
elan edilən Amnistiya Aktı ən əhatəli aktlardan biri olub. Bu aktdan
15 minə yaxın şəxs faydalanıb. Təşəbbüs Milli
Məclisin deputatı
Mehriban xanım Əliyeva tərəfindən
irəli sürülüb.
Konstitusiya Araşdırmaları
Fondunun prezidenti, hüquqşünas Əliməmməd
Nuriyev Sherg.az-a açıqlamasında
qeyd etdi ki, əfv sərəncamları,
Amnistiya aktları Azərbaycanda dövlət
siyasətinin əsas meyarlarından biridir:
- Hüquqi, demokratik
dövlətçilik prinsipləri
üzərində idarə
olunan Azəbaycan dövləti vətənaşdaşlarının
hüquq və azadlıqlarının qorunmasına
xüsusi önəm verir. İmzalanan Əfv sərəncamları,
qəbul olunan Amnistiya aktları da buna sübutdur.
Tarixə baxsaq, demək olar, hər il ya
Əfv sərəncamı
imzalanır, ya da Amnistiya Aktı
qəbul olunur. Bu onu təsdiq
edir ki, dövlətimiz vətəndaşlarına
yüksək humanizm prinsipi ilə yanaşır. Minlərlə
ailə sevinir, illərlə məhbəs
həyatı yaşamış
insanlar ailələrinə
qovuşur və onların cəmiyyətin
bərabərhüquqlu üzvü
olmasına şərait
yaradılır, islah olunacaqlarına inanılır.
Ə.Nuriyev qeyd
etdi ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən Zəfər
günü münasibətilə
2021-ci ildə elan edilən Amnistiya Aktı isə ən böyük amnistiya kimi tarixə düşüb:
- Həmin Amnistiya
Aktı 17 min 267 şəxsə şamil olundu. Bu qərar
tətbiq olunan şəxslərin sayına
görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən
733-ü Vətən müharibəsinin
iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.
Amnistiya qərarı azadlıqdan məhrumetmə
yerlərində cəza
çəkən 5971 məhkuma
tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə
cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş
müddəti 6 ay azaldılıb. Həmçinin
azadlıqdan məhrumetmə
ilə əlaqədar
olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb.
Belə ki, azadlığın məhdudlaşdırılması
cəzasına məhkum
edilmiş 1909, islah işləri cəzasına
məhkum olunmuş
2471, ictimai işlər
cəzasına məhkum
edilmiş 86, cərimə
cəzasına məhkum
edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi
təxirə salınmış
və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub. Bundan əlavə, məhkəmələrin icraatında
olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə
amnistiya tətbiq edilib. İnanırıq ki, növbəti Amnistiya Aktı da minlərlə insanın, minlərlə ailənin sevincinə səbəb olacaq.
Məlahət Rzayeva
Şərq .- 2025.- 17 dekabr (¹ 230).- S.6.