Şəffaf biznes üçün
vergi yükü azalır
Azad sahibkarlığın
və liberal iqtisadiyyatın təşviqi;
Bu proses
eyni zamanda istehlakçı hüquqlarının
qorunmasına səbəb
olacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində
edilən dəyişikliklərin
sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, palatalar, auditorlar və konsaltinq şirkətləri
üçün təqdimatı
keçirilib. Dövlət
Vergi Xidmətindən
verilən məlumata görə, tədbirdə
bir sıra dövlət qurumlarının
nümayəndələri və
iqtisadçı ekspertlər
də iştirak ediblər. Tədbirdə çıxış edən
Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı
təşviq etmək,
“kölgə iqtisadiyyatı”nın miqyasını
azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri
tərəfindən daxil
olan 170 təklifdən
103-ü son illər ərzində qanunvericiliyə
dəyişikliklər zamanı
nəzərə alınıb.
Son dəyişikliklər
üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi,
büdcə gəlirlərinin
tənzimlənməsi və
vergi nəzarətinin
təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər
vergi yükünün
optimallaşdırılmasına və vergiödəyiciləri
ilə səmərəli
əməkdaşlığa xidmət edəcək. Daha sonra tədbir
iştirakçıları üçün geniş təqdimat edilib.
Baş idarə
rəisinin müavini Əvəz Quliyev diqqətə çatdırıb
ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan
azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün
dövriyyəyə uyğun
tənzimlənməsi, yerli
avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı
kimi prioritet sektorlara güzəştlərin
verilməsi nəzərdə
tutulur. Həmçinin
nağdsız ödənişlərin
stimullaşdırılması üçün pərakəndə
ticarət və xidmət sahələrində
POS-terminal vasitəsilə
nağdsız dövriyyə
limiti 400 min manata çatdırılacaq
və nağdsız dövriyyənin yalnız
50 faizi ƏDV qeydiyyatı
məqsədləri üçün
nəzərə alınacaq.
Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə
vergi yükü optimallaşdırılacaq. Bundan
başqa, orta və iri vergiödəyiciləri
ilə münasibətlərin
şəffaflaşdırılması məqsədilə elektron
audit sistemi ləğv ediləcək,
əvəzində üfüqi
monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi
məqsədilə bərbərxana,
gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən
xidmətlər üzrə
"ƏDV geri al"
mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə
gəlirləri üzrə
vergi dərəcəsinin
14 faizdən 10 faizə
endirilməsi də qanunda öz əksini tapıb.
Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi
Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən
sahibkarlarla görüş
keçirilib. Əvvəlcə
muxtar respublikada sahibkarlığın inkişafı
məqsədilə həyata
keçirilən tədbirlərlə
bağlı təqdimat
olub. Təqdimatda dövlət dəstəyi
və güzəşt
paketləri mexanizmləri
barədə məlumat
verilib. Görüşdə
çıxış edən
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Ceyhun Cəlilov bildirib ki, dövlət
başçısı İlham
Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm
layihələrin icrasına
başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət
göstərən sahibkarlar
üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq
olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə
üstünlüklər yaradacaq,
yeni iş yerlərinin yaradılmasına,
istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm
töhfə verəcək.
2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini
təhlil edən səlahiyyətli nümayəndə
diqqətə çatdırıb
ki, ÜDM istehsalı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
3,6 faiz artıb. Qeyd olunan dövrdə
istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
14,1 faizdən çox
olub. Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini,
dəmiryolu infrastrukturunun
qurulmağa başlanıldığını
vurğulayaraq bildirib ki, bu da
turizmin və digər sahələrin canlanmasına şərait
yaradacaq, nəticədə
iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər. Səlahiyyətli
nümayəndə muxtar
respublikada dövlət
proqramlarının və
digər layihələrin
icrası çərçivəsində
görülən işlərdən
danışıb. Azərbaycan
Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti, Naxçıvan
Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış
edərək sahibkarlıq
sahəsində mövcud
problemlər, qarşıda
duran vəzifələr
və gözlənilən
nəticələrdən danışıb.
2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında
olan ictimai iaşə fəaliyyəti
ilə məşğul
olan şəxslər
tərəfindən ƏDV hesablanarkən onların
POS-terminal vasitəsilə
nağdsız qaydada ödəmələr əsasında
formalaşan dövriyyəsinin
50 faizinin 3 il müddətinə ƏDV tutulan
ümumi dövriyyəsindən
çıxılması nəzərdə
tutulur. 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin
ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər
tərəfindən POS-terminal
vasitəsilə nağdsız
dövriyyə üzrə
sadələşdirilmiş verginin dərəcəsinin
6 faizə endirilməsi
təklif edilir. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi
xidmətlərin dəyəri
50 min manat məbləğində olub
və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi
və əvəzləşdirdiyi
ƏDV-nin məbləği
isə 3 min manat olub. Bu
halda büdcəyə
ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa,
dəyişiklikdən sonra
həmin məbləğ
2.400 manat təşkil
edəcək. İctimai
iaşə fəaliyyəti
ilə məşğul
olan sadələşdirilmiş
vergi ödəyicisinin
ay ərzində göstərdiyi xidmətlərin
dəyəri 50 min manat məbləğində
olub və bu məbləğin 10 min manatı nağd şəkildə,
40 min manatı isə POS-terminal vasitəsilə nağdsız
qaydada ödənilib.
Bu halda büdcəyə ödənilməli
sadələşdirilmiş verginin məbləği 4
min manat hesablanacaqdısa, dəyişiklikdən
sonra həmin məbləğ 3.200 manat
təşkil edəcək.
Göründüyü kimi,
nağdsız ödənişlərin
xüsusi çəkisi
artdıqca, dəyişiklik
sahibkarlar üçün
vergi yükünün
azalmasına, daha çox qazanc əldə etməsinə
imkan yaradacaq.
Bununla yanaşı,
Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək.
Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz
əksini tapıb. Nazirlər Kabineti 2026-2028-ci
illərdə Dövlət
Gömrük Komitəsi,
İqtisadiyyat Nazirliyi
və Maliyyə Nazirliyi ilə birgə beynəlxalq təcrübə nəzərə
alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları
üzrə gömrük
ödənişlərindən azadolma məbləğinin
hədlərinin dəyişim
templərinə uyğun
olaraq güzəşt
mexanizmlərinin öyrənilməsi,
gömrük ödənişlərindən
azadolma məbləğinin
tətbiqi dairəsinin
müəyyənləşdirilməsi və normativ hüquqi bazanın formalaşdırılması və
güzəşt mexanizminin
tətbiqini həyata keçirəcək.
İqtisadçı-ekspert
Xalid Kərimli bildirib ki, bu,
fəaliyyətini şəffaf
quran sahibkarlar üçün vergi yükünün azaldılmasına,
eyni zamanda istehlakçı hüquqlarının
qorunmasına səbəb
olacaq: "Həmçinin,
müştərilərin də
hüquqları qorunur.
Müştərilər ödəniş
formasını seçməkdə
sərbəstdirlər. Onlar
həm kart, həm də nağd ödəniş edə bilərlər. Praktikaya əsasən isə sahibkarlar həm vergidən yayınmaq, həm də pulu nağdlaşdırmaq
üçün müştərini
nağd ödəniş
etməyə vadar edirlər. Bu da vətəndaşların
hüquqlarının pozulmasına
gətirib çıxarır".
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə və
Naxçıvan Muxtar
Respublikasında vergi mexanizmləri biznes üçün daha əlverişli şəkildə
qurulub. Ekspert xüsusilə vurğulayıb
ki, vergi sistemi çox mürəkkəb mexanizmdir:
"Hətta dövlət
vergi, gömrük və digər güzəştlər hesabına
bu bölgələrdə
bir növ “güzəştlər vadisi”
yaradıb ki, bu da sahibkarlar
üçün çox
əlverişli şərait
formalaşdırır. Ölkənin
digər bölgələrində
əvvəllər mövcud
olan vergi güzəştlərinin müddəti
bitdiyi üçün
sahibkarların xərcləri
artıb. Məsələn,
investisiya təşviqi
sənədi 2019-cu ildən
2026-cı il yanvarın
1-dək qüvvədə idi
və artıq bir aydan sonra
başa çatır.
Həmçinin mikro və kiçik sahibkarlara tətbiq edilən bəzi güzəştlər son
illərdə tədricən
dəyişdirilib. Buna
görə də, işğaldan azad olunmuş ərazilər və Naxçıvan istisna olmaqla, ölkənin digər regionlarında vergi mexanizmlərinin "yüngülləşdiyini"
demək düzgün
olmaz".
İsmayıl Qocayev
Şərq .- 2025.- 18 dekabr (¹231).- S.6.