Zərərçəkmişlər üçün yeni hüquqlar

 

Məişət zorakılığı qurbanları dövlət rüsumundan azad edilir

 

Gender, ailə demoqrafiya məsələlərinin işıqlandırılması

 

Qanuna təklif olunan dəyişikliklə uzunmüddətli mühafizə orderi müraciəti asanlaşır

 

İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının təşəbbüsü, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı iləKlinik müayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması mexanizmlərimövzusunda maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib. Tədbir Azərbaycan səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası tərəfindən təşkil olunub.

 

Görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Respublika QİÇS- Mübarizə Mərkəzinin, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sosial Xidmətlər Agentliyi nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, İAQMQHT Koalisiyası, Zərərin Azaldılması Şəbəkəsi üzvləri, eləcə səhiyyə sosial sahə üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutları digər maraqlı tərəflər iştirak ediblər. Tədbirin əsas məqsədi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə klinik müayinələr zamanı insan alveri qurbanlarının aşkarlanması üzrə diaqnostika istiqamətləndirmə modelinin müzakirəsi, qurbanların müəyyən edilməsində yeni yanaşmaların formalaşdırılması, həmçinin bu sahədə fəaliyyət göstərən qurumların mövcud problemlərə dair baxış bucağının genişləndirilməsi olub. Eyni zamanda, İİV/QİÇS- mübarizə sahəsində mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, səhiyyə hüquq-mühafizə qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsi beynəlxalq təcrübələrin müzakirəsi tədbirin əsas istiqamətləri sırasında yer alıb.

 

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova çıxış edərək klinik müayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, səhiyyə müəssisələrində çalışan tibb işçiləri insan alveri qurbanları ilə ilkin təmas nöqtəsi kimi mühüm rol oynayır bu prosesdə düzgün diaqnostik yanaşmaların tətbiqi, davranış sağlamlıqla bağlı risk göstəricilərinin tanınması olduqca vacibdir. Çıxışda həmçinin qeyd olunub ki, insan alveri qurbanları çox zaman fiziki psixoloji travmalarla səhiyyə müəssisələrinə müraciət etdiklərindən, tibb personalının müvafiq bilik bacarıqlarla təmin edilməsi, qurbanların təhlükəsizliyinin məxfiliyinin qorunması, eləcə onlara qarşı həssas travmaya yönümlü yanaşmanın tətbiqi böyük əhəmiyyət kəsb edir. Mehriban Zeynalova Koalisiyanın təşəbbüsü ilə qurbanların aidiyyəti dövlət qurumlarına, sosial hüquqi dəstək xidmətlərinə operativ düzgün istiqamətləndirilməsi mexanizmlərini təqdim edib, səhiyyə sektoru, hüquq-mühafizə orqanları vətəndaş cəmiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Respublika QİÇS- Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV/QİÇS- mübarizə sahəsində görülmüş işlər, profilaktik tədbirlər ölkədə mövcud epidemioloji vəziyyət barədə təqdimatla çıxış edib. Təqdimatda erkən diaqnostikanın əhəmiyyəti, müalicəyə çıxış imkanlarının genişləndirilməsi risk qrupları ilə aparılan məqsədyönlü fəaliyyətlər xüsusi olaraq qeyd olunub. Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşı Emin Əsədov insan alveri qurbanlarının aşkarlanması sahəsində mövcud yeni tendensiyalar çağırışlar barədə məlumat verib, sahələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüş interaktiv müzakirə sual-cavab formatında davam edib.

 

M.ZeynalovaŞərq”ə açıqlamasında insan alveri ilə mübarizə sahəsində klinik müayinələrdə iştirak edən tərəflərlə belə bir görüşün ilk dəfə idi ki, keçirildiyini məhsuldar olduğunu dedi:

 

- İnsan alveri ilə mübarizədə iştirak edən həm dövlət qurumları, rəsmi orqanların nümayəndələri, həm vətəndaş cəmiyyətinin təmsilçiləri ilə çox faydalı görüş oldu, mövzu ətrafında müzakirələr aparıldı. İştirakçılar İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüslərinin genişləndirilməsinin, praktik mexanizmlərin təkmilləşdirilməsinin davamlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar. Qeyd olundu ki, İİV/QİÇS insan alverinə qarşı mübarizə yalnız institusional tədbirlərlə məhdudlaşmamalı, bu sahədə mövzunun davamlı şəkildə aktuallaşdırılması sistemli əməkdaşlıq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları beynəlxalq tərəfdaşlar arasında sıx koordinasiya əsasında həyata keçirilməlidir. Bu baxımdan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istər insan alverinə qarşı, istərsə məişət zorakılığının qarşısının alınmasında son illərdə bir sıra vacib fəaliyyətlər həyata keçirilir. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış monitorinq əlaqələndirmə qrupunun cari il üzrə toplantısında dövlət komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkədə məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində görülmüş işlər, İsveç Krallığında keçirilən təcrübə səfəri çərçivəsində əldə olunan müsbət təcrübənin milli qanunvericiliyə tətbiqi imkanları haqda danışıb, eləcə monitorinq əlaqələndirmə qrupunun Tədbirlər Planının icrası ilə bağlı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib. İclasda monitorinq əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri qonaq qismində iştirak ediblər.

 

M.Zeynalova bildirdi ki, məişət zorakılığının qarşısının alınması, zərərçəkmişlərin hüquqlarının artırılması müdafiəsi istiqamətində Milli Məclisdə aparılan müzakilər zamanı bir sıra qanunvericilik aktlarına zəruri dəyişikliklər edilib. Onlardan biri məhkəməyə iddia ərizəsinin, digər ərizənin ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsinin genişləndirilməsidir ki, bu siyahıya məişət zorakılığından əziyyət çəkənlər daxil edilib:

 

- Bu barədə məsələDövlət rüsumu haqqındaqanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər bu siyahıya əlavə ediləcək. Bildirilib ki, qanun layihəsi məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb. Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur. Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. HazırdaDövlət rüsumu haqqındaqanuna əsasən xüsusi icraat qaydasında baxılan üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilib, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib. Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib. Məişət zorakılığından zərər çəkmiş şəxs dedikdəMəişət zorakılığının qarşısının alınması haqqındaQanunda göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki ya mənəvi zərər çəkmiş şəxs nəzərdə tutulur. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Hesab edirəm ki, qanuna təklif olunan dəyişiklik məişət zorakılığından əziyyət çəkən şəxslərə əlavə hüquqlar verməklə onların məhkəməyə müraciətini xeyli asanlaşdıracaq. Real təzyiqə məruz qaldığı təsdiqlənən şəxslərə belə bir imkanın tanınması onların müdafiəsini artıracaq. Çünki bəzən məişət zorakılığına məruz qalmış şəxslərin məhkəməyə müraciət etmək imkanı olmurdu, bu müddət ərzində onlar təkrar zorakılığa məruz qala bilirdi. Məişət zorakılığı qurbanlarının hüquqlarının müdafiəsini həyata keçirən qurum ya şəxslər bu dəyişiklik sayəsində üstün imkanlar əldə edəcəklər.

 

Məlahət Rzayev

 

Şərq  2025.- 20 dekabr (¹233).- S.6.