Gənclərimiz bundan sonra
daha ayıq-sayıq olmalıdırlar
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;
Düşmənlərlə müharibənin
hərbi fazası bitsə də, informasiya cəbhəsində
hələ davam edir
Həzi Aslanov
adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində
Müdafiə Nazirliyinin
təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rəşad
Sadıqova həsr olunmuş anım mərasimi, eləcə də onun həyat
və döyüş
yolundan, nümunəvi
zabit kimi xidmət illərindən bəhs edən "Xatirələrin işığında:
Rəşad Sadıqov"
kitabının təqdimatı
keçirilib. Tədbirdə
Müdafiə Nazirliyinin
əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları
və döyüş
yoldaşları iştirak
ediblər. Əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
Sonra şəhid polkovnik-leytenant Rəşad
Sadıqovun həyat və xidmət illərini əks etdirən videoçarx nümayiş olunub. Şəhidin anası Fəlakət Hüseynova,
qardaşı Səbuhi
Sadıqov, övladı
Nihad Sadıqov, əmisi Sadıq Həsənov Rəşad
Sadıqovla bağlı
xatirələrini bölüşüb,
onun elmə, təhsilə olan marağından, Vətən
sevgisindən və hərbi xidmətə sonsuz bağlılığından,
ailəsinə, tabeçiliyində
olan şəxsi heyətə qayğıkeş
münasibətindən geniş
söhbət açıblar.
R.Sadıqovun doğmaları
göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərliyinə, eləcə
də Müdafiə Nazirliyinə minnətdarlıqlarını
bildirib, anım tədbirinin təşkilində
əməyi keçən
hər kəsə təşəkkür ediblər.
"Xatirələrin işığında:
Rəşad Sadıqov"
kitabının müəllifi,
eləcə də Rəşadın döyüş
yoldaşı Amil Məhərrəmoğlu şəhid
zabit yoldaşı barədə xatirələrini
bölüşüb, kitabın
hazırlanması ilə
bağlı görülən
işlərdən danışıb
və iş prosesində, kitabın ərsəyə gəlməsində
zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Müəllif belə kitabların şəhidlərin xatirəsinin
daima ehtiramla yad edilməsində, gənc nəslin və hərbi qulluqçuların hərbi
vətənpərvərlik tərbiyəsində səmərəli
vasitə olduğunu xüsusi qeyd edib. Şəhid zabitin hələ xidmət dövründə
göstərdiyi bir çox qəhrəmanlıq
nümunələrinin insanlıq
adına, zabit şərəfinə nümunə
çəkiləcəyi bir
daha diqqətə çatdırılıb. Belə
ki, onun 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında baş verə biləcək faciəvi qəzanın qarşısını
alaraq kursantların həyatını xilas etməsi, 2019-cu ildə Goranboy rayonunda xidməti yerinə gedərkən Ballıqaya
kəndi ərazisində
yanan evin söndürülməsində və iki yaşlı
körpəni yanğından
xilas etməsində göstərdiyi şücaətin
dillər əzbəri
olduğu vurğulanıb.
Daha sonra kitabın redaktoru ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov Rəşadı
şəxsən tanımadığına
heyifsilənsə də,
kitabın hazırlanması
prosesində onun haqqında xatirələri
oxuduqca şəhidin savadlı, peşəsini sevən bir zabit, Vətən, xalq üçün canını verməyə
daima hazır olan bir insan
kimi tanıdığını
deyib: "Rəşad
xidmətdə nə qədər ciddi idisə, evdə ailədə bir o qədər gülərüz,
şən, xoşbəxt
olurdu. O, qayğıkeş
ailə başçısı,
ünsiyyətdə səmimi,
mədəni zabit kimi xatirələrdə yaşayır, ehtiramla anılır. “Kitab var ki, dağlar
boyda abidə, kitab var ki,
ömür boyda xatirə. "Xatirələrin
işığında: Rəşad
Sadıqov" kitabı
da şəhidlərimizin
həyat xatirəsini yaşadan kitablar silsiləsindəndir. Allah
qatında şəhidlər
ölü sayılmırlar,
diridirlər, insanlar qatında isə biz onları xatırladıqca onlar daima yaşayacaqlar, ruhları şad olacaq. Bu kitab
da məhz şəhidlərin xatirəsini
yaşatmağa, əbədi
etməyə, hörmətlə
anmağa xidmət edir”. Daha sonra
hörmət, ehtiram əlaməti olaraq kitabın ilk nüsxəsi şəhidin
anasına təqdim edilib. Kitab, həmçinin müəllif
tərəfindən şəhidin
oğlu Nihad Sadıqova da təqdim olunub. Çıxış edənlər
- ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, zabit yoldaşları Elnur Tarverdiyev, Yalçın Alıyev şəhid zabitimiz Rəşad Sadıqovla olan görüşlərindən, onunla
birlikdə xidmət dövründə şahid
olduqları maraqlı
hadisələrdən, xidmət
və Vətən müharibəsi dövründə
göstərdiyi şücaətlərindən
danışıblar. Tədbir
bədii hissə ilə davam edib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət
Mərkəzinin solistləri
hərbi vətənpərvərlik
mövzusunda musiqi nömrələri səsləndiriblər.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Rəşad
Sadıqov hərbi əməliyyatlarda göstərdiyi
şəxsi igidlik nümunələrinə və
hərbi hissənin qarşısına qoyulmuş
döyüş tapşırıqlarının
icrasında fəal iştirak etdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə ölümündən
sonra "Cəbrayılın
azad olunmasına görə", "Laçının
azad olunmasına görə", "Qubadlının
azad olunmasına görə" medalları
və 3-cü dərəcəli
"Rəşadət" ordeni ilə təltif olunub.
Vətənpərvərlik
tərbiyəsi Vətəni
sevməkdən qaynaqlanır.
Vətənin tarixinə,
mədəniyyətinə, adət-ənənələrinə, tarixi qəhrəmanlarına,
sərkərdələrinə dərindən bələd
olmaq lazımdır. Ümummilli Lider gənc nəslin vətənpərvər ruhda
tərbiyə olunması
üçün öz
müdrik məsləhət,
tövsiyə və tapşırıqlarını verirdi.
Ulu Öndər bu məsələ ilə bağlı deyirdi: "Gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı
bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi
də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli
ənənələrimizi yaxşı
bilməyən, tarixi yaxşı bilməyən
gənc vətənpərvər
ola bilməz. Hər bir gənc
vətənpərvər olmalıdır.
Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik!".
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev də hər zaman gənclərin vətənpərvər
ruhda tərbiyə olunmasının vacibliyini
vurğulayıb. Çıxışlarının
birində deyib: "Gənclərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır.
Çünki sirr deyil ki, bu
gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini
zəhərləmək, onlara
xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər.
Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi
dəyərlər əsasında
tərbiyə almalıdır,
Vətənə bağlı
olmalıdır, Azərbaycan
dəyərlərini hər
şeydən üstün
tutmalıdır, öz
tarixini, ədəbiyyatını,
ana dilini mükəmməl bilməlidir,
fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona
görə bu məsələyə çox
böyük diqqət
verilməlidir. Mən
gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm".
Yeniyetmə və
gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik,
dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən, peşəsindən
asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Ali
Baş Komandanın rəhbərliyi altında
cəmi 44 gün davam edən haqq savaşımızla bütün dünyaya Azərbaycan Ordusunun gücünu sübut edərək, tarixi ədaləti bərqərar
etdik. Əlbəttə,
bu qələbəni bizlərə bəxş edən şəhidlərimiz,
qazilərimiz və ordumuzun rəşadəti
oldu. Guşədə
gördüyünüz oğullarımızın
və onların timsalında olan bütün şəhidlərimizin
canı bahasına torpaqlarımız düşməndən
azad olundu. Məhz onların sayəsində doğma Qarabağımızın üzərindən
qara buludlar çəkildi və xalqımız doğma diyarına qovuşdu. Bu gün hər
bir Azərbaycan vətəndaşının borcudur
ki, belə qəhrəman oğullarımızı
tanısın, onların
döyüş yollarını
örnək bilsinlər.
Çünki gənc
nəslin milli vətənpərvər ruhda
tərbiyə olunması
son dərəcə vacib şərtdir və qarşımızda
duran ən mühüm vəzifələrdəndir.
"İslahatçı Gənclər" İctimai
Birliyinin sədri Fərid Şahbazlı
Sherg.az-a açıqlamasında bildirib ki, Vətən
müharibəsinin əsas
hərəkət qüvvəsi
də məhz vətənpərvər, milli-mənəvi
dəyərlərə bağlı
olan gənclər olub. Ekspert bildirib
ki, Azərbaycanın gənc nəsli milli-mənəvi kimliyinə
sadiqdir və bu dəyərləri yaşatmaqda əzmli davranır:
"Əgər bir xalqın gələcəyi onun gəncləri ilə ölçülürsə, bu
gün Azərbaycanın
gələcəyi üçün
ümidli olmaq üçün kifayət
qədər əsaslarımız
var. 44 günlük Vətən müharibəsi
zamanı Azərbaycan
gəncliyinin nümayiş
etdirdiyi fədakarlıq,
qəhrəmanlıq və
milli birlik ruhu bunun ən
bariz sübutudur. Minlərlə gəncin könüllü şəkildə
cəbhəyə yollanması,
torpaqlarımız uğrunda
canından keçməsi
təkcə vətən
sevgisinin deyil, həm də nəsildən-nəslə ötürülən
milli-mənəvi dəyərlərin
yaşadığını göstərdi. Bundan əlavə, sosial şəbəkələrdə, ədəbi mühitdə,
könüllülük hərəkatlarında
və mədəni təşəbbüslərdə aktiv olan gənclərin
əksəriyyəti öz
milli kimliyinə sahib çıxmağı
və onu qürurla təmsil etməyi bacarır. Gənclər öz təşəbbüsləri ilə
Azərbaycan tarixi, mədəniyyəti, dili və dini dəyərləri
ilə bağlı layihələr həyata keçirir, milli bayramlarımızı coşqu
ilə qeyd edir, həm də bu dəyərləri
beynəlxalq platformalarda
tanıtmağa çalışırlar".
F.Şahbazlı qeyd edib ki,
gənclərin vətənpərvərlik,
milli ruhda tərbiyəsi, milli dəyərlərə bağlı
yetişdirilməsi çox
vacibdir:
"Şəhidlərimizlə
bağlı, onların
şərəfli həyat
yolu və qəhrəmanlığı ilə
bağlı kitabların
nəşri və təqdimatı, eyni zamanda orta məktəblərdə
mütəmadi tədbirlərin
keçirilməsi çox
mühüm və vacibdir. Bu işi
davamlı həyata keçirmək lazımdır.
Ümumən, illərdir
Azərbaycanda gənclik
sahəsində, gənclərin
milli, vətənpərvərlik
ruhunda tərbiyəsi
istiqamətində dövlətin
həyata keçirdiyi
çoxsaylı layihələr
öz müsbət nəticəsini verib və bu gün
də verməkdədir.
Gənclərin həm
genetikadan gələn,
həm də vətənpərvərlik tərbiyəsi
nəticəsində formalaşan,
xüsusən orta məktəblərdən şagirdlərə
aşılanan milli ruh çox-çox önəmlidir. Düşmənlərlə
müharibənin hərbi
fazası bitsə də, informasiya cəbhəsində hələ
davam edir. Ona görə də gənclərimiz bundan sonra daha
ayıq-sayıq olmalıdırlar.
Bütün gənclərimiz
bilikli, savadlı, intellektual, ən əsası milli dəyərlərə, dövlətçiliyə
bağlı olmalıdırlar.
Bunun üçün
də yeniyetmə və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə
böyük ehtiyac var".
İsmayıl Qocayev
Şərq 2025.- 23
dekabr (¹234).- S.6.