Multikultural ailə mühitində qadın empavermenti: Sürəyya Ağaoğlu

 

 XX əsr Türkiyə Azərbaycan ictimai-siyasi mühitinin ən görkəmli simalarından biri olan Əhməd bəy Ağaoğlu, təkcə fəaliyyəti ilə deyil, həm öz dövrü müasir zaman üçün nümunəvi sayılan ailə modeli ilə seçilir. Əhməd bəy Ağaoğlunun yeddi övladı olmuşdur: iki oğluVəzir Bəşirerkən yaşda vəfat etmiş, digərləri isə böyük qızı Sürəyya, Tezər, Gültəkin oğlu Səməd olmuşdur. Avropa Şərq mədəniyyətlərini dərindən bilən Əhməd bəy, dövrünün radikal mənasız dini adətlərinə qarşı çıxan bir mütəfəkkir idi. Qeyd etmək lazımdır ki, o, qadın azadlığı məsələsini gündəmə gətirən bu mövzuda silsilə məqalələr qələmə alan ilk ziyalılardan olmuşdur. Şübhəsiz ki, bu idealları müdafiə edən bir ziyalının ailə strukturu da həmin prinsiplər üzərində qurulmuşdu. Ağaoğlu ailə modeli XX əsrin əvvəllərində nadir rast gəlinən bir nümunə olaraq multikulturalizm demokratik dəyərləri özündə birləşdirirdi. Şərq Qərb mədəniyyətlərinin sintezi əsasında formalaşan bu model gender bərabərliyi, intellektual sosializasiya ailədaxili demokratik qərar qəbulu kimi elementləri ehtiva edirdi. Məsələn, Əhməd bəyin ailəsində övladlar, xüsusilə qızlar, erkən yaşlardan intellektual müzakirələrə cəlb olunurdu ki, bu da ailəni patriarxal strukturlardan uzaqlaşdıraraq egalitar prinsiplərə yaxınlaşdırırdı. XX əsrdə, xüsusən Osmanlı Azərbaycan kontekstində, qadınların təhsil ictimai fəaliyyətdə məhdudlaşdırıldığı bir dövrdə bu cür ailə modeli olduqca nadir idi. Buna baxmayaraq, Ağaoğlu ailəsi transkultural dialoq inklüzivlik dəyərlərini ön plana çıxarırdı. Bu müasir multikultural dəyərləri əks etdirən ailə modelində Əhməd bəyin böyük qızı Sürəyya Ağaoğlunun həyat fəaliyyətinə diqqət yetirdikdə, bütün ailə haqqında hərtərəfli təsəvvür formalaşdırmaq mümkündür.

 

Ailə mühitinin Sürəyya Ağaoğluya təsiri

 

Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atasının peşəkar fəaliyyəti mövcud siyasi şərait səbəbindən erkən yaşlarında Osmanlı İmperiyasına köçməyə məcbur olmuşdur. Bu köçü xatırlayan Sürəyya Ağaoğlu yazırdı: “Uşaqlığımı, Bakıdan İstanbula gəlişimizi sanki bir yuxu kimi xatırlayıram: "Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu altı yaşında olan məni, bacı-qardaşlarımla birlikdə qatarla apardı. Qohumlar ağlayırdı. Anam Humay bibim . Sonra Batumdan gəmiyə mindiyimizi mənə çox izdihamlı görünən Qalata körpüsünə çatdığımızı, orada atamın bizə əl etdiyini xatırlayıram". (Bir Ömür Belə Keçdi S.A)

 

Bu andan etibarən Sürəyya Ağaoğlu həyatının qalan hissəsini Türkiyə Cümhuriyyətində keçirmişdir. Azərbaycanda olduğu kimi, Türkiyədə Əhməd bəy elm ziyalı cameəsində tanınan hörmət edilən bir şəxs idi. Onun evi dövrün görkəmli mütəfəkkir ziyalılarının toplaşdığı bir mərkəzə çevrilmişdi. Sürəyya Ağaoğlu məhz bu intellektual mühitdə böyümüşdür. O, xatirələrində yazırdı:

 

 “Dövrün tarixi şəxsiyyətləri qələm sahibləri evimizə yığışardılar. Atam uşaqlıqdan bizlərlə fəxr edər, qonaqlara bizi təqdim edər, bir müddət söhbətlərini dinləməyə icazə verərdi. Bir çox məşhura "əmi" deyə xitab edirdik".

 

Xatirələrdə təsvir edilən hadisələrin zamanına diqqət yetirdikdə görünür ki, Sürəyya Ağaoğlu hələ kiçik yaşlarından ətrafında baş verənləri dərk edir təhlil edirdi. Bu isə Əhməd bəyin övladlarına sadəcə uşaq kimi deyil, şəxsiyyət gələcəyin vətəndaşı kimi yanaşmasının nəticəsi idi. Beləliklə, bu ailə mühiti gender stereotiplərini aşan bir sosializasiya modeli kimi dəyərləndirilə bilər.

 

Təhsil yolu gender bərabərliyi uğrunda mübarizə

 

Maraqlıdır ki, bu düşüncəli ağıllı qız məktəb illərində heç sakit olmamışdır. Oxumaqda üstün olsa da, dəcəllikləri müəllim məktəb rəhbərliyini bezdirirdi. O, xatirələrində qeyd edirdi: “Dəcəlliklərimdən bezən məktəb müdiri məni yanına çağırıb dedi: ‘Ya məktəbi adam kimi bitir, ya da səni qovacağam".

 

Buna baxmayaraq, Sürəyya dərs almayaraq məktəbin həyətindəki ərik ağacına çıxır kömürçüyə ərik atırdı. Kömürçü “Bu qara saçlı qız bütün günü mənə ərik atırdeyə şikayət etdikdə, Sürəyya belə cavab vermişdi: “Şükür eləsin! Daş atmırıq ki, ərik atırıq.” Bu hadisələr onun azad ruhunu sərbəst mühitdə böyüdüyünü açıq şəkildə göstərir. Məktəbi bitirdikdən sonra Sürəyya Ağaoğlu hüquq sahəsində ali təhsil almaq qərarına gəlir. Lakin həmin dövrdə Türkiyədə qadınlar üçün hüquq fakültələri mövcud deyildi. 17 yaşında, başına çarşab bağlamadan hüquq fakültəsinin dekanı Səlahəddin bəyin yanına gedərək deyir: “Mənim adım Sürəyya Ağaoğludur. Bu il Bəzmi-Aləm Validə Sultan liseyini bitirmişəm. Hüquq təhsili almaq istəyirəm. Məni hüquq fakültəsinə qəbul edərsinizmi?”

 

Səlahəddin bəy buna müsbət cavab verərək demişdir: “Üç nəfər yoldaş tap, dərhal açarıq”.

 

Beləliklə, Sürəyya Ağaoğlu Türkiyədə qızlar üçün hüquq fakültəsinin açılmasına səbəb olan Türkiyədə ilk hüquq təhsili alan qadın olmuşdur. Bu addım gender bərabərliyi qadın hüquqlarının institusionallaşması baxımından mühüm əhəmiyyət daşıyırdı. Universitet illərində atası Maltada sürgündə olsa da, Sürəyya atasından aldığı tərbiyədən güc alaraq təhsilini davam etdirmişdir. O, 1925-ci ildə məzun olmuş Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşmüşdür.

 

 

 

Bu nailiyyət Avropada da diqqət çəkmiş, Rokfeller Fondu ona Paris Beynəlxalq Hüquq İnstitutunda üç aylıq seminar proqramı təklif etmişdir. Lakin İsmet İnönünün etirazı səbəbindən bu səfər baş tutmamışdır. Mustafa Kamal Atatürk isə Sürəyya Ağaoğlunu bacısını türk qızlarının simvolu hesab edirdi. O, bu barədə yazırdı: “Atatürk bizim təhsilli türk qızları kimi yetişməyimizlə fəxr edirdi: ‘Bax, İsmet, Sürəyya hüquq fakültəsini bitirdi, Tezər fəlsəfə fakültəsinin son kursundadır. Türk qızları necə gözəl irəliləyir".

 

Peşəkar fəaliyyət beynəlxalq səfərlər

 

Hüquq fakültəsini bitirdikdə sonra Sürəyya Ağaoğlu vəkil kimi peşəkar fəaliyyətə başlamışdır. Onun ilk xarici səfəri Buxarest olmuş, həyatının sonuna qədər isə 70-dən çox ölkəyə istirahət məqsədilə səfər etmişdir. 1941-ci ildə Misirə səfəri zamanı yazırdı: “Bu səfər zamanı Yaxın Şərqi yaxından tanıdım. Livanı, Suriyanı gördüm. Hələ rüşeym halında olan İsrailə getdim. Bir tərəfdə zibil həşərat içində Yaffa, digər tərəfdə isə kiçik Avropa şəhərini xatırladan Tel-Əvivçox təəccüblü bir mənzərə idi”.

 

Bu səfər mətbuatda maraq doğurmuş, Misir qəzetləri Qahirəyəbir türk qadın vəkilingəlişi haqqında yazmışdı.

 

1945-ci ildə Londona gedərək orada müxtəlif qurumlarla tanış olmuş, Londonun ilk qadın vəkili Normantonla görüşmüş Beynəlxalq Qadın Hüquqları Cəmiyyətinə üzv seçilmişdir. O, Londonda Türk Xalq Evində ingilis dilindəMüasir türk qadınının rolumövzusunda mühazirə oxumuşdur.

 

1946-cı ildə ABŞ- Qadınlar Birliyi Konqresinə dəvət olunmuş, lakin ora çata bilməsə , üç ay ərzində ciddi əlaqələr qurmuşdur. Yale Universitetində İslam müsəlmanlar haqqında mühazirə oxumuş, Kolumbiya radiosunda müsahibə vermiş Time jurnalının sahibləri olan Luce qardaşları ilə tanış olmuşdur. İstanbula qayıtdıqdan sonra İstanbul Vəkillər Kollegiyasının üzvü seçilmiş uzun illər idarə heyətində yeganə qadın olmuşdur. O, həmçinin Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinə rəhbərlik etmiş (1952–1954), Union Internationale des Avocats təşkilatının üzvü olmuşdur.

 

Sosial fəaliyyət ictimai töhfələr

 

ABŞ Böyük Britaniyada səfərləri zamanı Sürəyya Ağaoğlunun diqqətini çəkən əsas məsələlərdən biri evsiz uşaqlar olmuşdur. Bu sosial problemə qarşı mübarizədə ilk addımı 1949-cu ildə atan Sürəyya Ağaoğlu, Türkiyədə "Uşaq Dostları Dərnəyi"ni yaratmışdır. Əvvəlcə kimsəsiz uşaqları toplamaqda çətinlik çəkmişdir: "O zamanlar narkomanların yığışdığı topxanadakı Qılınc Əli Paşa Qübbəli hamamlarda yanımızda Qalata qəza müdiri bir polis ilə birlikdə gecələr axtarışa çıxdıq. Mənzərə qorxunc idi. Kiçik yaşlı uşaqlar hər cür səfalət əxlaqsızlığa qarşı müdafiəsiz halda hamam daşlarına uzanmış narkomanların arasında yaşayırdılar". 1954-cü ildə "Cümhuriyyət" qəzeti "Bunlar da bizim şəhərin uşaqları" adlı reportaj dərc etmişdir ki, burada dərnəyin fəaliyyəti geniş işıqlandırılmışdır. Bu fəaliyyət sosial rifah uşaq hüquqlarının müdafiəsi kontekstində qiymətləndirilə bilər.("Şuşadan İstanbula Sürəyya Ağaoğlu Yolu" Akif Aşırlı)

 

Sürəyya Ağaoğlunun irsi

 

Sürəyya Ağaoğlunun həyatını fəaliyyətini təhlil etdikdə görürük ki, o, XX əsrin gender dinamikasını dəyişdirən bir fiqur olaraq, multikultural demokratik dəyərləri təmsil edir. Bu, XX əsrdə nadir rast gəlinən bir fenomen idi, çünki dövrün dominant mədəni hegemoniyası qadınları məhdudlaşdırırdı, lakin Sürəyya Ağaoğlu bu hegemoniyanı sındırmışdır. Onun peşəkar nailiyyətləriTürkiyə Cümhuriyyətində ilk qadın hüquqşünas olması, beynəlxalq təşkilatlarda rəhbərliyi sosial layihələriqadın hüquqlarının institusionalizasiyasını sürətləndirmişdir. Sosial töhfələri, məsələn "Uşaq Dostları Dərnəyi", sosial rifah sistemlərinin inkişafına töhfə vermiş, uşaq hüquqlarını interseksional perspektivdən müdafiə etmişdir. Atasından miras qalan demokratik ideyalar, onun həyatını obyektivlik inklüzivlik prinsipi ilə istiqamətləndirmişdir. Sürəyya Ağaoğlunun qələmə aldığı "Bir Ömür Belə Keçdi", "London Xatirələri" "Səssiz Gəmini Gözlərkən" kitabları isə, təkcə bioqrafik mənbələr deyil, dövrün sosial, iqtisadi siyasi vəziyyətini təhlil edən etnoqrafik sənədlərdir. Bu irs, qadın hüquqları sosial inkişaf sahəsində gələcək tədqiqatlar üçün əsas mənbə təşkil edir, çünki o, XX əsrin mədəni keçidini türk-islam kontekstində nümayiş etdirir. Nəticə olaraq, Sürəyya Ağaoğlu, minlərlə qadına ümid yüzlərlə uşağa ana olaraq, qadının potensialını qlobal miqyasda nümayiş etdirmiş, beləliklə, gender mədəni təhlillərdə daimi yer tutmuşdur.

 

 

Ayhan

 

Şərq  2025.- 23 dekabr (¹234).- S.6.