Azərbaycanın taleyinin əzablarına qatlaşan
qadın
: HELENA HOFFMANN
Helena Hoffman
haqqında danışarkən
nəvəsi Nilgün
Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat
hekayəsi Almaniyadan başlayıb Azərbaycan,
İran və Türkiyədə
davam edib. Sıxıntılar, qorxu,
cəlbedici məqamlarla
dolu bu yaşam
sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan
insanını simvolizə
edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi
onu geriyə yox, öz sevgilisi
İsmayıl Saryalın
alın yazısının
parçasına çevirdi.
Alman zadəganlığının
və aristokratyasının
özünəməxsus dəyərlərini
özündə canlandıran
Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus
və kültürlü
Azərbaycan türkü
bir qadına çevrildi. Onu dəyişən səbəblərin
başında Azərbaycan
türklərinin səmimiyyəti,
sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə
qarşı nifrət
dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi.
Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin
xaricə oxumağa göndərdiyi 100 tələbədən
biri Mir İsmayıl Seyidzadənin
Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur.
Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl
Seyidzadə yazmış
olduğu “Bakı Rüzgarı” kitabında
onunla tanışlığı,
sevgi həyatı, Azərbaycana gəlişləri,
burada onların başına gələnlər
və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə
soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə
mühacirətdə olarkən
İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında
bir dağın adı idi. Yurda,
onun təbiətinə
bağlılıq rəmzi
olaraq bu dağın adını soyadı götürmüşdülər.
Helena Hoffmann isə Azərbaycana
gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı
isə Seyidzadə olmuşdu. Türkiyədə
isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün
bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı
ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı.
“Bakı Rüzgarı” kitabında
İsmayıl Saryal
Helena ilə tanışlığı
ilə bağlı yazır :
Gəzintilərinin birində Elzanı
görmək məqsədi
ilə Hospisə getdi. Elza onu
sevinclə qarşıladı.
Söhbət əsnasında
Elza bir təklifdə bulundu :
Mən sabah günortadan sonra, bir dostumun
doğum gününə
dəvətliyəm. İstəyirsiniz,
sizdə mənimlə
gələ bilərsiniz.
Məktəbdən bəri
tanışlıq etdiyim
Helena yaxşı bir qızdı, görəcəksiniz.
Oğuzun cavabını almadan, tez dostuna zəng
etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi.
Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları
bir neçə il öncə rəhmətə
getmişdi.
Yaxın küçədə yaşayan
Helena Oğuzun xoşuna
gəlmişdi. Onun axtardığı xüsusiyyətlər
Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə
çatan şabalıdı
rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz
onunla dostluq eləmək fikrinə düşdü. Helenanın
xüsusi piano dərsi
aldığını, həftənin
iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün
dərsə gedəndə
onun qarşısına
çıxıb soruşdu :
Gedəcəyiniz
yerəcən sizinlə
yol yoldaşı olmağıma icazə verərsinizmi ?
Görüş
Helenanı həm çaşdırmış, həmdə
sevindirmişdi. Yanaşı
addımladılar. Getdiyi
yer uzaq deyilmiş, söhbətləri
uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə
gəzişib Helenanın
çıxmasını gözlədi
və onu evlərinəcən ötürdü.
Bu cür başlayan dostluq get-gedə möykəmləndi.
Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından
qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni
oğlanın təhsilini
bitirənəcən təxirə
salmasını məsləhət
gördü.
Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə
öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana
getməyin əleyhinə
çıxmadı, heç
bir şərt də irəli sürmədi :
Həyatımızı
birləşdirmək istəyirik,
- dedi, - vahid vücud kimi eyni yolla gedəcək,
sevincimizi-kədərimizi bölüşəcəyik.
Səni səndən yaxşı tanıyıram.
Sənə tamam inanıram. İrəlidə
nələrlə rastlaşacağımız
barədə indidən
düşünmək tezdir.
Azərbaycan mənə
yad görünə bilər,
amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz.
Oğuz Helenanın dediklərindən
razı qalmışdı.
Onu qucaqlayıb öpməkdən özünü
saxlaya bilmədi və dedi :
Sənə hər dəfə Azərbaycandan danışanda
tünd rənglər
qatırdım. Sözlərindən
belə başa düşdüm ki, yaranan
mənzərə heç
də səni qorxutmayıb. İndi həmin
mənzərəyə çəhrayı
və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi.
Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik
olmayacaq, həftələrlə
davam edən gəzintilərdə iştirak
eləyəcək, çoxlu
dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik.
Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan
söz açırlar.
Bunun müvəqqəti olduğuna
inanıram. Əlbəttə,
belə bir vəziyyət uzun sürməyəcək.
Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma
anası Azərbaycana
getmələri barədə
eşitmək belə
istəmirdi. Amma axırda
ailəsi onun Azərbaycana getməsinə
razılaşdılar. Onlar
çətinlikə Berlindəki
Sovet səfirliyindən
Azərbaycana gəlmək
üçün icazə
kağızı ala bildilər.
İndi onları min kilometrlərlə
yol gözləyirdi.
Berlinin Postdamer Bahnof vağzalından başlayan
yolculuq Riqa, Moskva, Gəncəyə qədər
davam etdi. Artıq O Gəncədə
idi. Almaniyadan Mirismayıl Seyidzadələr
ailəsinə alman gəlin
gətirmişdi. İlk 3 gün
qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi
düzəlmiş Helena öz
ərinə dedi :
Belə ziyarətçi axınını
nə görmüş,
nədə eşitmişəm.
Həyətdə, otaqlarda
adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı.
Sənə bir həqiqəti deyəcəyəm,
amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə
öz aləmimə qapılmşıdım.
Həyat yoldaşının bu cür danışması
Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi :
Azərbaycan gözəl qızları
ilə öyünür.
Sən gördüyün
qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən
bayıra az çıxırlar. Hələ
vaxtımız var. Gözəl,
zərif qızlarımızıda
görərsən.
Gəncəni
gəzdikdən sonra onlar evə döndülər. Onları
Oğuzun bacısı
qarşıladı. Helenada
şəhəri bəyənib,
bəyənmədiyini soruşdu.
Aldığı cavab
belə oldu :
Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası,
dağı, meşəsi
və adamlarıdır.
Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini
və xatirələrinidə
sevər.
Helena xanım
Gəncəyə gəldikdən
sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı
Seyidzadə soyadını
qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə
kimi tanınacaqdı.
Ad dəyişikliyi ilə
bağlı həyat yoldaşı İsmayıl
bəy “Bakı Rüzgarı” kitabında
işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib.
İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti
ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi.
Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl
bəy ilə Gəncədə qaldıqdan
bir müddət sonra Bakıya köçürlər və
beləliklə onların
ağır və keşməkeşli həyatı
başlayır.
Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər.
Dadaş Həsənzadə
və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən
sonra bu münasibətləri yenə
də saxlayırdılar.
Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı.
O həbsxanada olarkən
Leyla və Dadaş Həsənzadənin bacısı
(Pəri Həsənzadə,
C.N) ziyarətə getmişdilər.
Bu o zaman çox təhlükəli
bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında
həmin hadisə ilə bağlı qeyd edir :
Hazırladığı
tortu Dadaşın böyük bacısıyla
ürəklərini qorxu
bürümüş halda
ÇEKA-ya apardılar.
Girdikləri yeganə
pəncərəli və
içində boğanaq
hava olan gözləmə otağı
tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına
gətirirdilər, səssiz
ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin
üzünə baxmadan
ora-bura qaçırdılar.
Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki
silahlı əsgər
künclərdə keşik
çəkirdi.
Dadaşın
gətirilmə növbəsi
çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna
süngü sancıb
yoxladı. Dəlik-deşik
olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar.
Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin
arasında gətirildi.
Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə
üzünü örtüb
ağlamağa başladı.
Dadaş isə əhvalının yaxşı
olduğunu göstərməyə
çalışırdı. Hətta zarafat eləməyə çalışdı,
bir gözünü yumub dedi :
Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı.
Bu sözlərdə
şübhələnən əsgərlərdən biri
dilləndi :
Yerli özünə gəl. Burda eyhamla danışmaq
qadağandır. Əsgərlər
dərhal da Dadaşı
geri apardılar. Qadınlar oradan kədər içində
çıxdılar. Alya
ərinə şad xəbər apara bilmədi.
Əfsanəvi,
Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə
həbsdə olarkən
Leyla Seyidzadəyə onunla
görüşmək qismət
olmuşdu. Bu faktın
özüdə böyük
tarixi əhəmiyyətə
malik məlumatdır.
Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən
və təqiblərindən
özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər.
İran yolu ilə ayrı-ayrılıqda onlar
müxtəlif yollarla
Azərbaycanı tərk
edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət
edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu
dayanacaq Türkiyə
idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək
Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə
çətinliklər və
əzablar həmişə
onları izləyib.
Leyla xanımın
Türkiyə həyatıda
çox maraqlıdır.
Türkiyədə onun
ən yaxın dostları Məhəmməd
Əmin Rəsulzadənin
xanımı Leyla Rəsulzadə
və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və
Atatürk sevgisi idi.
Belə bir möhtəşəm qadın idi Helena Hoffmann,
Leyla Seyidzadə, Leyla Saryal.
Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm :
“ Nənəm
çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq
piano və şan dərsləri almış
tək qız idi.
3 yaşında
atasını itirmişdi.
Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında
Azərbaycan türkünə
aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım
oldu. 7 dayını qəbul etdirmək üçün çaba
göstərmişdi.
1924-cü ildə
ürəyinin izində,
Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük
evdən, Bakıdakı
1 otağa....
Stalin dönminə
qədər pis-yaxşı
idarə etdilər.
Bir qızı
oldu... 1 yaşında
öldü...
Stalin dönəminin
zülmü başlamışdı...
Bakının küçələrində
anasını, atasını
öldürdükləri və
ya sürdükləri
kimsəsiz uşaqlar,
pərişan halda qaçır, gecələri
küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını
güllələdilər...
9 aylıq hamiləykən, babamı
univeristetdə dərs
verdiyi tələbələrdən
ikisi Çeka-ya xəbərlədi. Babam,
atamın doğulduğu
gecə İrana qaçdı.
Qucağında 1 həftəlik
atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana
qaçdı.1 ilə yaxın
İranda yaşadılar.
1 il sonra öncə dəvə, sonra at üstündə
Türkiyəyə qaçdılar...
Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə,
bağımsızlığa, ümidə....
Sərhəddə türk
əsgəri, dağda
qaçaqlara aid olduğunu düşündükləri
bir çadırı
açıb, içində
yatan bir gənc, sarışın
gözəl qadın,
bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə
gözəl keçdi
həyatımız, Atatürk
və türk milləti sayəsində.
“Varlığını buna
borclusun” həmişə
dedi mənə.
Yeriməyə başladığım
gündən, məktəbə
başladığım günə
qədər, hər səhər Anıtqəbirin
ilk ziyarətçiləri
olduq ikimiz. Çıxarkən xatirələrini,
Atatürkü və cümhuriyyətin ilk illərini danışdı.
Enərkən danışdı,
bıkmadan, usanmadan hər gün.
Əsgərlər “Nilgün
gəlmiş” deyə
gülərək qarşıladı.
Evim kimi gəlirdi Anıtqəbir...
Atamın evi..
Son illərini daha çox danışırdı...
Hər danışdıqca sonda deyərdi:
Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün.
Almaniyada qalsam, yada
2-ci dünya müharibəsində
bir bomba ilə öləcəkdim,
yada həyatda qalsam da
tək həyat yaşayacaqdım. Mənim
həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki,
Atatürk və qurduğu
Türkiyə Cümhuriyyəti
vardı. O sayədə
varıq. Vətənini
sev. Heç bir zaman pes etmə, hər şey düzələr.
Anama gümüş çərçivəli
balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər
qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi
qarşısında, daha
məktəbə başlamamışdım
:
Türküm,
doğruyum, çalışqanam....
Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı.
1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin
Tələbələri (Tarixi
arayış, bəlgələr,
yaşamlar), Bakı,
2016.
2.
İsmail Saryal – “Bakü
Rüzgarı”, Ankara 1998.
3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir.
Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin
sədri
Ceyhun Nəbi
Şərq 2025.- 23 dekabr (¹234).- S.7.