Şəhərsalmaya strateji baxış
İqlim
dəyişikliklərinə səmərəli uyğunlaşma
təmin edilməlidir
Ekologiya və ətraf mühitin mühafizəsi
“Ölkəmiz iqlim dəyişmələri
və şəhərsalma
ilə əlaqədar
qlobal çağırışların
həllində, innovativ
yanaşmaların formalaşmasında
etibarlı tərəfdaş
kimi tanınır.
BMT-nin Məskunlaşma
Proqramı (“UN-Habitat”)
ilə birgə təşəbbüslər və
bu çərçivədə
memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın
beynəlxalq tərəfdaşlarla
ortaq fəaliyyətinin
uğurlu nümunəsidir.
BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun
13-cü sessiyasının (WUF13)
2026-cı ildə Bakı
şəhərində keçirilməsi
qərarı Azərbaycanın
dayanıqlı şəhərsalma
proseslərində artan
rolunu göstərir”.
Bu fikirlər Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2026-cı ilin
“Şəhərsalma və
Memarlıq İli” elan edilməsiylə bağlı imzaladığı
Sərəncamda yer alır. Cənab Prezidentin imzaladığı
Sərəncamda qeyd edilir ki, Konstitusiyanın
109-cu maddəsinin 32-ci bəndi
rəhbər tutularaq,
Azərbaycanın çoxəsrlik
tarixə malik şəhərsalma və
memarlıq mədəniyyəti
ənənələrinin yaşadılması,
eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab
verən mütərəqqi
yanaşmaların təşviqi
və tətbiqinin genişləndirilməsi məqsədilə
Azərbaycan Respublikasında
2026-cı il “Şəhərsalma
və Memarlıq İli” elan edilir. Müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan
Respublikasında 2026-cı ilin
“Şəhərsalma və
Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etməlidir.
Qeyd edək ki, sözügedən sərəncamda ölkəmizin
çoxəsrlik tarixi-memarlıq
ənənələrinin qorunması,
yaşadılması, gələcək
nəsillərə çatdırılması
ilə yanaşı, həmçinin müasir şəhərsalmanın qlobal
iqlim dəyişmələrinə
dayanıqlı olmasının
vacibliyi də vurğulanır.
Qarşıdan gələn 2026-cı ildə
ölkəmiz Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü sessiyasına
(WUF13) ev sahibliyi edəcək. Bu beynəlxalq miqyaslı tədbir 17-22 may tarixlərində Bakıda
keçiriləcək. Məqsəd
qlobal iqlim dəyişikliyinin normal həyat şərtlərini
təhdid etdiyi bir vaxtda şəhərsalma
prosesində dayanıqlı
inkişafa nail olmaqdır. Birləşmiş
Millətlər Təşkilatının
Ümumdünya Şəhərsalma
Forumunun XIII sessiyasının
(WUF13) təşkili ilə
əlaqədar yaradılmış
Təşkilat Komitəsinin
bu günlərdə keçirilən növbəti
toplantısında təşkilatı
məsələlər müzakirə
edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Təşkilat Komitəsinin
sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında
şəhərsalma fəaliyyətinin
prioritet istiqamətlərdən
biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların
iqtisadi dayanıqlılığın
möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və
iqlim dəyişikliklərinə
səmərəli uyğunlaşmanın
təmin olunmasına xidmət etdiyini söyləyib. Samir Nuriyev son beş
il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı
bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin
şəhərsalma sahəsində
strateji baxışını,
sistemli planlaşdırma
prinsiplərini rəhbər
tutduğunu və yüksək icra potensialını aydın
şəkildə nümayiş
etdirdiyini vurğulayıb.
Azərbaycanın postmünaqişə
dövründə tətbiq
edilən sürətli
bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını
deyib. Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə
beynəlxalq səviyyədə
də marağı artırdığını, ölkəmizi
bu sahədə etibarlı tərəfdaş
kimi tanıtdığını
qeyd edib. O, WUF13-ün
2026-cı ildə Bakı
şəhərində keçirilməsinin
Azərbaycanın beynəlxalq
şəhərsalma proseslərinə
verdiyi töhfənin,
dayanıqlı inkişaf
istiqamətində həyata
keçirdiyi siyasətin
və etibarlı tərəfdaş kimi qazandığı yüksək
etimadın bariz göstəricisi olduğunu
söyləyib. Samir Nuriyev WUF13-ə hazırlığın
dövlətimizin başçısının
birbaşa diqqət mərkəzində olduğunu
vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq
çərçivəsində görülmüş işləri
qeyd edib. Daha sonra ümumi
hazırlıq prosesinin
gedişatı, substantiv,
kommunikasiya, təşkilati-logistika
sahələrində görülmüş
işlər və gündəlikdə duran digər məsələlər
üzrə Təşkilat
Komitəsinin üzvlərinin
məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin
sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili
və keçirilməsi
ilə əlaqədar
qarşıya qoyduğu
vəzifəyə uyğun
olaraq WUF13-ə hazırlıq
prosesi, o cümlədən
Tədbirlər Planının
icrası və digər aidiyyəti məsələlər üzrə
tapşırıqlar verib.
Tədbir çərçivəsində
təşkil olunacaq
“Urban Expo” sərgisi üçün
müraciətlərin qəbuluna
başlanılıb. Beynəlxalq
miqyasda on minlərlə ziyarətçinin
iştirak edəcəyi
sərgi dayanıqlı
şəhər inkişafına
dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından
unikal platforma rolunu oynayacaq. 35 min kvadratmetr sahədə təşkil
olunacaq sərgidə ölkələr, şəhərlər,
bələdiyyələr, regional
qurumlar, BMT təşkilatları,
akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları,
fondlar və özəl şirkətlər
iştirak edə biləcək.
Kiçik stendlərdən
tutmuş genişmiqyaslı
ölkə və şəhər pavilyonlarınadək
müxtəlif formatlarda
təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq,
rəqəmsal innovasiyalar
və inklüziv şəhər inkişafı
kimi prioritet mövzular ətrafında
qlobal iştirakçıları
bir araya gətirəcək. Sərgi
çərçivəsində müasir şəhərlərin
üzləşdiyi əsas
problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə
tutulur. Həmçinin
WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək. Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında
2026-cı ilin “Şəhərsalma
və Memarlıq İli” elan edilməsi münasibətilə
açıqlamasında bildirib
ki, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhərsalma
və memarlıq sahəsində misilsiz nailiyyətlər əldə
olunub. Şəhərlərimizin
planlı inkişafı
yeni bir məzmun alıb. O vurğulayıb ki, Bakı şəhərinin,
eləcə də ölkəmizin digər şəhərlərinin planlaşdırma
sənədləri hazırlanıb
və Bakının Baş planı 2023-cü ilin sonlarında qəbul edilib: “Həmin plana uyğun olaraq Bakı şəhərində
ardıcıl və davamlı işlər görülür, yaşayış
məhəllələri salınır,
sənaye obyektləri
inşa edilir, yol-nəqliyyat infrastrukturu
yenilənir və bir sıra digər
zəruri tədbirlər,
o cümlədən ekologiyanın
sağlamlaşdırılması istiqamətində tədbirlər
görülür”. İ.İsbatov
bildirib ki, ötən dövrdə inşa edilmiş Heydər Əliyev Mərkəzi, Ağ Şəhər layihələri,
müxtəlif yaşayış
kompleksləri misilsiz şəhərsalma və
memarlıq nümunələridir
və növbəti illərdə ölkəmizdə
memarlığın və
şəhərsalmanın inkişafına
ciddi təkan verən amillərdir: “Mən əlavə olaraq xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdə landşaft memarlığında
da böyük nailiyyətlər əldə
olunub. İstər Dənizkənarı Milli Parkın yenidən qurulması, istərsə
də Mərkəzi Şəhər Parkının
salınması bu sahədə böyük nailiyyətlərdir. Şəhərimizin
ekoloji sağlamlığının
yaxşılaşdırılmasına və sakinlərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə
şərait yaradılıb”.
Ekoloq Rövşən Abbasov
Sherg.az-a açıqlamasında bildirdi ki, son
illərdə paytaxtda,
eləcə də regionlarda ekoloji mühitin sağlamlaşdırılması
məqsədilə məqsədyönlü
işlər həyata
keçirilir:
- Bu sırada
həm yaşıllıqların
artırılması, park
və istirahət zonalarının salınması,
ağacəkmə kampaniyalarının
davamlı şəkildə
aparılması, göllərin,
su hövzələrinin
sağlamlaşdırılmasını söyləyə bilərik.
Həmçinin işğaldan
azad edilmiş ərazilərimizdə “Ağıllı
şəhər”, “Ağıllı
kənd” layihələri
çərçivəsində tikinti-quruculuq işləri
aparılır, alternativ
və bərpaolunan enerji mənbələrindən
istifadə edilir. Bunlar ekologiyanın, ətraf mühitin qorunmasında ciddi əhəmiyyət daşıyan
məsələlərdir. “Qara şəhər”in Ağ şəhərə
çevrilməsinin özü
böyük nailiyyətdir.
Eyni zamanda çalışmalıyıq ki,
su hövzələrimizin
təmizliyinə, içməli
su mənbələrimizin
qorunmasına və imkanlarımızın azalmamasına
nail olaq. Günəş, külək
enerjisindən daha çox istifadə edilməli, atmosferə atılan emissiyaların faizi böyük miqdarda azaldılmalıdır.
Məlahət Rzayeva
Şərq 2025.- 25 dekabr (¹236).- S.6.