Miladi təqvimin kökündə
yanlışlıq var
Rafiq İsmayılov Professor Bibliyadan sitat gətirib
Bu gün
xristian dünyası Milad bayramını – İsa peyğəmbərin
doğum gününü
qeyd edir. Dünyada və ölkəmzidə yaşayan,
xristian dininə mənsub vətəndaşlarımızı
bayram münasibətiylə
təbrik edirik, dünyamıza sülh, əmin-amanlıq arzulayırıq.
Azərbaycan dini dözümlülüyün ən
üst səviyyədə
olduğu, dini inanclara hörmətlə
yanaşan, hər kəsin dini etiqad azadlığını
tanıyan ölkədir.
Bu, əlavə sübuta ehtiyacı olamayan həqiqətdir. Tarix də yanlışlığı
sevmir.
Sherg.az xəbər verir ki, professor
Rafiq İsmayılov Milad bayramının tarixi ilə bağlı sosial şəbəkədə maraqlı
paylaşım edib. R.İsmayılov Miladi təqvimin kökündə
yanlışlıq olduğunu
bildirir:
- Əslində, uydurulmuş bir tarixdir. Ümumiyyətlə,
Miladi təqvimin kökündə yanlışlıq
var. İsa Məsih heç də 2025 il əvvəl doğulmayıb.
Tarixçilər və
astronomlar artıq bunu sübut ediblər. Bu təqvimin yaranma tarixi maraqlıdır.
526-cı ildə Dionis
Ekzikus adlı bir rahib təklif
etdi ki, il hesabı İsa Məsihin doğum günündən
başlasın. Roma papaları məlum səbəbdən bu fikri dəstəklədilər
və VIII əsrdən
etibarən Miladi təqvim Avropada geniş yayıldı. Amma Dionis İsa
Məsihin doğum ilini düzgün hesablamamışdı.
Burada professor
Bibliyadan sitat gətirib: “Bibliyada deyilir: İsa Məsih Yəhudeya çarı İrodun (Herodun) dövründə,
“Körpələrin qətliamı”
baş verdiyi ildə doğulub. Hadisələrin qısa tarixçəsi belədir:
Qüdsdə peyda olmuş üç müdrik qoca bildirir ki, Beytləhmdə
(Qüds yaxınlığında
şəhərcik) Yəhudeyanın
gələcək padşahı
anadan olub. Qorxuya düşən İrod əmr edir ki, Beytləhmdə
2 yaşından aşağı
bütün körpələri
qətlə yetirsinlər.
İsanın atası
sayılan Yusif (İosif) bu xəbəri eşidəndə
Məryəm ananı
və körpə İsanı götürüb
Misirə qaçır.
İrod öldükdən
sonra onlar Yəhudeyaya (Nazaretə) qayıdırlar. Bu gün artıq tarixçilər sübut
ediblər ki, çar İrod e.ə. 4-cü ildə ölüb. Deməli, eradan ən azı 4 il əvvəl
İsa Məsih artıq dünyaya gəlmişdi. Bundan başqa, Bibliyada deyilir ki, İsa
Məsih anadan olan il Roma
imperiyasında əhalinin
siyahıyaalması keçirilirdi.
Tarixçilərin fikrincə,
Roma imperiyasında əhalinin siyahıyaalması
e.ə. VIII-VI əsrlərdə
baş vermişdir. Bu faktlardan belə
bir nəticə çıxarmaq olar ki, İsa Məsih
eramızdan təxmiinən
7 il əvvəl doğulub”.
Qeyd edək
ki, sonuncu səmavi kitabımız olan Qurani-Kərimdə İsanın (ə) dünyaya
gəlməsinin Allahın
(c.c.) iradəsi ilə möcüzəvi bir şəkildə baş verdiyi anladılır. Məryəm
(ə) ana müqəddəs
ruh – Cəbrayıl (ə)
tərəfindən pak
bir uşaqla müjdələnir. Məryəm
ananın qorxuya düşərək “mənə
indiyədək bir insan əli toxunmayıb” deməsi qarşılığında cənab
Cəbrayıl “bu, Rəbbin əmridir. Onun üçün mümkünsüz iş yoxdur”, deyir. Bu hadisə Adəm peyğəmbərin
(ə) torpaqdan yaradılması
ilə müqayisə
edilir, yəni Allahın qüdrətinin
göstəricisidir.
Bir daha
xristian bacı-qardaşlarımızı
Milad bayramı münasibətiylə təbrik
edirik.
Məlahət Rzayeva
Şərq .- 2025.- 26 dekabr (¹237).- S.6.