Həmrəylik günü diasporla vətən arasında əlaqələri
gücləndirir
Diaspor quruculuğu, lobbiçilik
və dünya azərbaycanlılarının həmrəyliyi;
Dünya azərbaycanlılarını
ortaq tarix, dil, mədəniyyət və milli maraqlar
ətrafında birləşdirərək
vahid mənəvi platforma yaradır
Xalqımız, eləcə də dünyanın müxtəlif
ölkələrində məskunlaşmış
soydaşlarımız hər
il dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü
böyük həvəs
və coşqu ilə qeyd edir.
Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə
keçirilir. Azərbaycanı
özünə tarixi
Vətən bilən hər bir şəxsin
həmrəylik nümayiş
etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının
həmrəyliyi, onların
təşkilatlanması prosesini
daim diqqət mərkəzində saxlayan
Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı
öz ətrafında
birləşdirməyə qadir
olduğunu nümayiş
etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə xarici
ölkələrdə yaşayan
soydaşlarımıza müraciətlərindən
birində deyirdi:
"Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün
dövlət bayramı
kimi qeyd edilməsi xalqımızın
milli azadlıq mübarizəsinin məntiqi
nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.
Qədim və zəngin tarixə malik olan Azərbaycan
xalqının dirçəlişini,
tərəqqisini və
milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda
müqəddəs və
məsuliyyətli mübarizəyə
səfərbər edən
həmrəylik günü
hər bir azərbaycanlı üçün
inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində
milyonlarla soydaşımız
yaşayır, işləyir,
fəaliyyət göstərir.
Buna baxmayaraq, onların milli-mənəvi
varlığını yaşadan
yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya
azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının
əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın
dilinə, dininə, milli-mənəvi varlığına
və ümumbəşəri
dəyərlərə hörmət,
onların daim qorunmasına, yaşamasına
qayğı təşkil
edir".
Hər il
dekabr ayının son gününün Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
kimi qeyd olunması taleyin gərdişi üzündən
dünyanın müxtəlif
ölkələrinə səpələnmiş
soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla
əlaqələrinin möhkəmlənməsinə,
həmçinin onların
bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi
dəyərlərimizin, ənənələrimizin
qorunub saxlanılmasına
xidmət edir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına
söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə
və dünya azərbaycanlılarının özünüdərkinə
təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası
ətrafında birləşən
hər bir soydaşımız harada yaşamasından asılı
olmayaraq ana Vətənin inkişafına,
onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə,
ölkəmizlə bağlı
həqiqətlərin beynəlxalq
ictimaiyyətə obyektiv
şəkildə çatdırılmasına
töhfə verməyi
özünün mənəvi
borcu sayır. Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün
dekabrın 31-də qeyd
olunması təsadüfi
deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş
ittifaq məkanında
gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının
geniş vüsət almasına gətirib çıxartdı. 1989-cu ilin
soyuq, şaxtalı qış günündə
minlərlə soydaşımız
tarixin ədalətsiz
hökmünə - təxminən
200 il bundan əvvəl bağlanmış
Türkmənçay və
Gülüstan sülh
müqavilələrinin şərtlərinə
etiraz əlaməti olaraq Araz çayının
sahilinə toplaşdılar,
doğma Azərbaycanı
ikiyə bölən tikanlı məftilləri
dağıtdılar. Beləliklə,
bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü
kimi daxil oldu. Bu tarixin
rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Onun təşəbbüsü
ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis
olunması barədə
qərar qəbul etdi. Bundan cəmi
doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının
31-nin Azərbaycanlıların Həmrəylik Günü
elan olunması barədə sərəncam
verdi. Beləliklə,
bu tarix dünya azərbaycanlılarının
hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
2001-ci il noyabr ayının 9-10-da Bakıda
Dünya Azərbaycanlılarının
I qurultayı keçirildi.
Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi,
bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində
mühüm hadisəyə
çevrildi. Tədbirdə
36 xarici ölkədə
yaşayan həmvətənlərimizin
cəmləşdiyi 200-dən artıq təşkilatın
406 nümayəndəsi və
63 qonaq iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı
ilə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin yaradılmasından
sonra dünya azərbaycanlılarının arasında
həmrəyliyin möhkəmləndirilməsi
istiqamətində daha
məqsədyönlü işlər
aparılmışdır. Diasporla
İş üzrə
Dövlət Komitəsi
Azərbaycan diasporunun
fəaliyyətinin mütəşəkkil
şəkildə əlaqələndirilməsində,
dünya azərbaycanlılarının
siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında
mühüm rol oynayır. Azərbaycanlıların
həmrəyliyi, birliyi
yönümündə həyata
keçirilən bu və ya digər
tədbirlər artıq
öz səmərəsini
verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin
olunmasında, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə obyektiv
şəkildə çatdırılmasında
böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir. Dünyanın
müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar
arasında həmrəyliyin
möhkəmləndirilməsi, onların təşkilatlandırılması
və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda
dövlət siyasətinin
mühüm istiqamətini
təşkil edir. Prezident cənab İham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan milli həmrəylik ideyalarının
bu gün də Azərbaycan dövləti üçün
öz aktuallığını
saxladığını nümayiş
etdirir.
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
- Azərbaycan millətinin
birlik şüarının
simvolik günüdür.
Bu gün dünyanın 70-dən çox
ölkəsində yaşayan
50 milyondan artıq azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Hazırda xalqımızın birliyi,
həmrəyliyi ölkəmizin
inkişafını daha
da sürətləndirib.
Tariximizə qızıl
hərflərlə yazılan
Vətən müharibəsində
qazandığımız Zəfər
həmrəyliyimizin, xalq-iqtidar
birliyinin bir yumruq ətrafında birləşməyinin bariz
nümunəsidir. 44 günlük
müharibədə Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə
Azərbaycanın beynəlxalq
mövqelərinin daha
da möhkəmlənməsində,
nüfuzunun yüksəlməsində
mühüm rol oynadı.
Cənab Prezident
xarici mediada, digər ölkələrdə
yaşayan azərbaycanlılar
isə yaşadıqları
ölkələrdə qətiyyətlə
haqq səsimizi ucaltdılar, ədaləti
müdafiə etdilər.
Bu tarixi qələbəni bizlərə
yaşadan Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
siyasi iradəsi həmçinin güclü
ordumuzun və xalqımızın həmrəyliyi,
birliyi oldu. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki
tarixi ədalətin zəfər çalmasında
hər bir soydaşımız əlindən
gələni əsirgəmədən
yaşadıqları ölkələrdə
Azərbaycanın haqq
səsinin çatdırılması
istiqamətində yorulmadan
fəaliyyət göstərdi.
Xalqımız üçün
belə bir həssas dönəmdə
Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə
düşən ikiqat
məsuliyyəti dərk
edərək, vəzifə
borclarını böyük
fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü
fəaliyyətlə Azərbaycan
reallıqlarının dünyaya
çatdırılması istiqamətində şanlı
Qələbəmizi fəxrlə
yaşadıqları ölkələrin
kütləvi informasiya
vasitələrində müxtəlif
dillərdə bütün
dünyaya çatdırıblar.
Bu gün hər bir azərbaycanlı
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam
əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə
aparacaq!
Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi
İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə
açıqlamasında deyib
ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
azərbaycançılıq ideologiyasının möhkəmlənməsində
mühüm rol oynayıb. QHT rəhbəri
qeyd edib ki, bu bayram
milli kimliyimizin və azərbaycançılıq
ideologiyasının möhkəmlənməsində
mühüm ictimai-siyasi
və mənəvi əhəmiyyət daşıyır:
"Bu gün dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlıları ortaq
tarix, dil, mədəniyyət və
milli maraqlar ətrafında birləşdirərək
vahid mənəvi platforma yaradır. Həmrəylik günü
azərbaycançılıq ideyasının yalnız ölkə daxilində deyil, qlobal miqyasda
yaşadılmasına və
inkişafına xidmət
edir. Azərbaycançılıq
ideologiyası milli-mənəvi
dəyərlərə sədaqəti,
dövlətçilik düşüncəsini
və milli birliyi əsas götürür. Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
bu ideologiyanın güclənməsində mühüm
rol oynayaraq diasporla vətən arasında əlaqələri
daha da möhkəmləndirir,
milli şüurun qorunmasına və gələcək nəsillərə
ötürülməsinə şərait yaradır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan
həqiqətlərinin təbliğində
fəal iştirakı
məhz bu ideoloji birliyin real təzahürüdür.
Bu əlamətdar gün, eyni zamanda azərbaycanlıların
milli maraqlar ətrafında bir yumruq kimi birləşə
bildiyini nümayiş
etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi
günü azərbaycançılıq
ideologiyasının güclənməsinə,
milli kimliyimizin qorunmasına və müstəqil Azərbaycan
dövlətinin beynəlxalq
aləmdə mövqelərinin
möhkəmlənməsinə mühüm töhfə verir. Fürsətdən istifadə edərək,
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə
xalqımızı səmimi-qəlbdən
təbrik edirik. Dünyanın müxtəlif
guşələrində yaşayan
azərbaycanlılar hər
zaman tariximiz, dilimiz, mədəniyyətimiz
və milli dəyərlərimizə sadiq
qalaraq həmrəy olsun".
İsmayıl Qocayev
Şərq .- 2025.- 26 dekabr (№237).- S.6.