Ağdama yeni həyat
qayıdır
Vəd yox, real nəticə
var, Ağdam müasir şəhərə
çevrilir
İşğaldan azad olunmuş ərazilərə “Böyük
Qayıdış"
Qarabağın bərpası birbaşa Prezidentin nəzarətindədir,
"Böyük Qayıdış"
sürətlənir
İşğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən böyük
infrastruktur layihələrinin
nəticəsində hazırda
Qarabağ dirçəliş
və yeni inkişaf mərhələsinə
qədəm qoyub. Erməni vandalizminin məhv etdiyi şəhərlər indi
Azərbaycan dövlətinin
iradəsi ilə yenidən qurulur. Bunu konkret olaraq
Ağdam şəhərinin
timsalında da əyani görmək mümkündür. Şanlı
Zəfərimizdən sonra
İlham Əliyevin diplomatik qətiyyəti sayəsində bir güllə atılmadan düşməndən alınan
Ağdamı əcnəbi
jurnalistlər "Qafqazın
Xirosiması" adlandırmışdılar.
Mənfur ermənilərin
daşı daş üstündə qoymadığı
və görənləri
dəhşətə gətirən
Ağdam indi gündən-günə dirçəlir.
Rayonun bərpası ilə bağlı kompleks tədbirlər görülür, “Böyük
qayıdış” çərçivəsində
möhtəşəm hazırlıq
işləri aparılır.
Müstəqillik Günündə rayonun bərpasının başlanğıcını
qoyan İlham Əliyev ən müasir Ağdamın qurulacağının və
buranın tezliklə modern şəhərə
çevriləcəyinin müjdəsini
vermişdi. Dekabrın
24-də isə İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri göstərdi ki, tezliklə bura "smart şəhər" statusuna sahiblənəcək.
Prezident İlham
Əliyev də Ağdam şəhərində
2-ci yaşayış kompleksinin
açılışında çıxışı zamanı
vurğuladı ki, uzun illər köçkün həyatını
yaşamış insanlar
üçün bu gün Ağdam şəhərində və
işğaldan azad edilmiş bütün başqa ərazilərdə
yeni, müasir şəhərlər, kəndlər,
qəsəbələr salınır
və artıq “Böyük Qayıdış”
Proqramının əyani
təzahürlərini hər
kəs görə bilir.
Ağdama qaz
xəttinin çəkilişi
layihəsi işlənilir.
İçməli suyun
gətirilməsi və
digər əhəmiyyətli
işlər də tezliklə reallaşdırılacaq.
Mühüm məsələlərdən
biri də Ağdamın yol-nəqliyyat
infrastrukturunun tamamilə
yenidən qurulmasıdır.
Bu baxımdan Bərdə-Ağdam avtomobil
yolunun istifadəyə
verilməsi əhəmiyyətli
imkanlar yaradacaq. Prezidentin göstərişi
ilə icrası davam edən Ağdam-Füzuli avtomobil yolu həm Füzuli
və Ağdam şəhərlərini, həm
də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək.
Bununla Ağdama başqa ölkələrdən
gəlmək də asanlaşacaq.
İşğaldan azad olunan bütün
ərazilərimizdə tarixi,
mədəni, dini irsimizin bərpası yönündə Heydər
Əliyev Fondu misilsiz işlər görür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında
fond Ağdamda da bu istiqamətdə
mühüm layihələr
həyata keçirir.
Prezidentin və
Heydər Əliyev Fondunun həyata keçirdiyi işlərlə
Ağdamın işğaldan
əvvəlki şöhrətinin,
ruhunun özünə
qaytarılacağına heç
bir şübhə yoxdur. Sadalanan işlər onu göstərir ki, Azərbaycan dövləti
tarixi Zəfərdən
dərhal sonra daha bir tarixi
uğuru reallaşdırır
və bütün maliyyə, texniki imkanlarını, kadr potensialını səfərbər
edərək, işğaldan
azad etdiyi torpaqlarını sürətlə
dirçəldir, o ərazilərdə
əbədi həyatın
var olması üçün mühüm
işlər görür.
Milli Məclisin
deputatı Azər Badamov Sherg.az-a bildirib ki, müharibədən sonra Ağdam şəhərinin dəyişdirilmiş
fiziki, mədəni, tarixi, sosial və mənəvi mənzərəsi, onun boz və xarabalığa
çevrilmiş siması
Ermənistanın və
ona havadarlıq edən qüvvələrin
əsl niyyətini anlamaq baxımından mühüm əhəmiyyət
kəsb edirdi.
Bu gün
artıq tamamilə fərqli bir reallığın formalaşdığını
vurğulayan deputat bildirib ki, Qarabağ
və Şərqi Zəngəzur yenidən qurulur və sürətlə bərpa
edilir. Ağdamın simvolları olan Çay evi və Çörək muzeyi yenidən dirçəldilir:
“Ağdam Cümə
məscidindən, Qiyaslı
məscidindən xalqımızın
nəfəsi, azan səsi yenidən yüksəlir. Bütün
bu amillər və hadisələrin mövcud inkişaf ssenarisi nəzərə alındıqda, dekabrın
24-də Ağdamda ikinci
yaşayış kompleksinin
açılışı zamanı dövlətimizin
başçısının səsləndirdiyi fikirlər
xüsusi və əhatəli təhlil tələb edir. Prezident İlham Əliyev illərdir səsləndirdiyi haqlı
mövqeləri, Azərbaycana
qarşı aparılan
qərəzli siyasəti,
digər münaqişələrdən
fərqli olaraq Qarabağa nümayiş etdirilən ikili standartları bu dəfə daha qətiyyətli və açıq şəkildə
tənqid etdi. Azərbaycan xalqının
və dövlətinin
sarsılmaz iradəsini
bir daha ortaya qoyaraq bəyan etdi ki, bu gün
nə dostumuzu, nə də düşmənimizi tanımamağımız
mümkündür. Prezident
İlham Əliyev təkcə Ermənistanın
deyil, ona havadarlıq edən qüvvələrin də
əsl simasını
açdı. Tarixə
dönüb baxmaqla və tarixi yenidən dəyərləndirməklə
həm Azərbaycan xalqını ideoloji baxımdan daha möhkəm olmağa çağırdı, həm
də Ermənistanın
və onun himayədarlarının gerçək
niyyətlərini açıq
şəkildə ortaya
qoydu. Otuz illik işğal dövründə Azərbaycan
təkcə Ermənistanla
mübarizə aparmadı.
Biz masa arxasında Ermənistanı
və ATƏT-in Minsk qrupunu ayrı-ayrılıqda
deyil, birgə şəkildə və Azərbaycana qarşı gördük. Azərbaycan
torpaqlarının talan
edilməsi və məhv olunması Ermənistanın sistemli və mütəşəkkil
fəaliyyətinin ayrılmaz
hissəsi idi. Məqsəd aydın idi, Azərbaycan xalqının tarixi-mədəni
irsinin tamamilə silinməsi, torpaqlarımızın
yeraltı və yerüstü sərvətlərinin
talan edilməsi və eyni zamanda,
bu ərazilərin yaşanmaz hala gətirilməsi. Ermənistan
çox yaxşı bilirdi ki, Azərbaycan
heç vaxt işğalla barışmayacaq
və bir gün azərbaycanlılar
öz doğma yurd-yuvalarına mütləq
qayıdacaqlar. Əgər
bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstə daş qoyardı. Lakin əksinə, mövcud olan bütün tikililəri sökdü, taladı və məhv etdi. Azərbaycan xalqının
hissiyyatı kobud şəkildə təhqir
olundu. Məscidlərimizə,
qəbiristanlıqlarımıza, dini və mədəni
abidələrimizə qarşı
vandallıq aktları
törədildi, onlar sistemli şəkildə dağıdıldı. Qurulu
evlərimiz söküldü,
daşları bir-bir Ermənistan ərazisinə
və üçüncü
ölkələrə daşındı.
Bu, son dərəcə
qeyri-insani davranış
idi və insan sivilizasiyasının
prinsiplərinə tamamilə
zidd idi. Bütün bunlar Ermənistanın və ona havadarlıq edən qüvvələrin
əsl simasını
açıq şəkildə
ortaya qoydu. Meşələrimiz, qızıl
və digər mineral yataqlarımız talan edildi, Azərbaycanın
maddi və təbii sərvətləri
Qarabağdan hissə-hissə
çıxarıldı. Böyük
dövlətlər və
onların iri biznes şəbəkələri
bu prosesdə Ermənistana dəstək
verdilər. Bununla yanaşı, ermənilər
bölgədən çıxarkən
torpaqlarımıza minalar
basdırdılar və
nəticədə onlarla
Azərbaycan vətəndaşı
mina partlayışları
nəticəsində həyatını
itirdi”.
Deputat qeyd
edib ki, Prezident İlham Əliyevin sözü ilə əməli tam vəhdət təşkil edir, Ağdama həyat yenidən qayıdır:
“Dövlətimizin başçısı Prezident
kimi fəaliyyətə
başladığı ilk
gündən, birinci andiçmə mərasimində
verdiyi vədlərə
bu gün də sadiq qalaraq
Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə şəxsən
rəhbərlik edən
və ciddi nəzarət göstərən
dövlətimizin başçısı
bölgənin müasir
standartlara uyğun inkişafı üçün
bütün imkanlardan
istifadə edir. İnsanlarımızın öz
yurd-yuvalarına rahat şəkildə qayıtması
və orada layiqli həyat şəraiti ilə təmin olunması əsas prioritetlərdəndir.
Dövlətimizin atdığı
addımlar əhalinin
dayanıqlı məskunlaşmasına,
Qarabağ və Şərqi Zəngəzurun
sürətli inkişafına
və dünya iqtisadiyyatına inteqrasiyasına
xidmət edir".
Şəymən Bayramova
Şərq 2025.- 27
dekabr (¹238).- S.6.