“Media haqqında”
Qanunda müəyyən
dəyişikliklər labüddür
Rəşad Məcid:
Texnoloji yeniliklərin
verdiyi imkanlar medianı silaha çevirib
Azərbaycan Respublikasında xarici
media subyektlərinin filial və
nümayəndəlikləri dövlət qeydiyyatına
alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən bu barədə 3 (üç)
iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) məlumat verilməlidir.
Bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin
dünən keçiriiən
iclasında müzakirə
edilmiş "Media haqqında"
qanuna təklif edilən dəyişiklikdə
əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan
Respublikasında xarici
media subyektlərinin filial və
nümayəndəlikləri dövlət qeydiyyatına
alındıqdan sonra
7 (yeddi) iş günü ərzində
Media Reyestrinə daxil
edilmək üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma) müraciət etməlidirlər.
Azərbaycan Respublikasında xarici
media subyektlərinin filial nümayəndəliklərinin
bu tələbləri
pozmaqla fəaliyyət
göstərməsi, habelə
Media Reyestrindən çıxarılması
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən həmin
filial və nümayəndəliyin
ləğvi üçün
əsasdır. Nəzərdə
tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müraciəti əsasında
həmin filial və ya nümayəndəliyin
internet informasiya ehtiyatına
(veb-saytına) müraciət
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən dərhal
məhdudlaşdırılacaq.
Azərbaycan Respublikasında xarici
media subyektlərinin filial və
nümayəndəliklərində çalışan jurnalistlər,
həmçinin xarici
jurnalistlər Media Reyestrinə
daxil edilməyəcək.
“Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliyə
əsasən, Azərbaycan
Respublikasında xarici
media subyektlərinin filial və
ya nümayəndəliklərinin
"Media haqqında" qanunun
tələblərini pozmaqla
fəaliyyət göstərməsi,
habelə Media Reyestrindən
çıxarılması həmin
filial və ya nümayəndəliyin ləğv
edilməsi üçün
əsas sayılacaq.
Mətbuat Şurasının sədri,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid Sherg.az-a bildirib
ki, “Media haqqında” Qanun
dövrün tələblərinə
uyğun olaraq hazırlanmış mühüm
dövlət sənədidir:
"Ancaq bütün qanunlarımız kimi, ona da müəyyən dəyişikliklər labüddür.
Senzuranın ləğvinədək
mətbuat, kütləvi
informasiya vasitələri
sahəsində dövlət
tənzimləməsi var idi.
Bu tənzimləmə özü
ilə müəyyən,
belə demək mümkünsə, qəliblər
formalaşdırmışdı. Təbii ki, həmin qəliblər keçmişin
qalığı idi və Ulu Öndər ndər Heydər Əliyevin fərmanları
həm senzuranı aradan qaldırdı, həm də medianı dövlətsizləşdirdi.
Bu, tamamilə yeni mərhələ
idi. Bu mərhələ
informasiya amilinin qlobal müstəviyə daşınması dövrünə
təsadüf etdi. Üstəlik, media fəaliyyətinin
özü texnoloji yeniliklərin təsirinə
məruz qaldı və proses indi də davam etməkdədir".
Şura
sədri əlavə edib ki, ən pisi isə odur
ki, texnoloji yeniliklərin
verdiyi imkanlar medianı ictimai vəzifə daşıyıcılığı
missiyasından çıxarıb,
onu silaha çevirdi:
"Qanunlarımız, o cümlədən,
“Media haqqında” Qanun
da özündə bu
mənfi tendensiyaya müqavimət əzmini daşımalıdır. Qanuna
son dəyişiklikləri məhz
bu baxımdan yüksək qiymətləndirirəm.
Düşünürəm ki, dəyişiklik araşdırmaların
və müşahidələrin
nəticəsi olan sosial sifarişdir. Ümumən, media məkanımızda
spekulyasiya hallarının
qarşısı alınmalı,
media fəaliyyəti ilə
bağlı bütüm
seqmentlər tam şəffaf
olmalıdır. Hesab edirəm ki, dəyişikliyin
bu baxımdan da müsbət nəticələrini
görəcəyik. Əlbəttə,
media sahəsində tam şəffaflığı
təmin etmək üçün istər qanunvericilik, istərsə
də digər istiqamətlər üzrə
əlavə tədbirlərə
bundan sonra da ehtiyac duyulacaq".
Paylaş:
Aynur Babazadə
Şərq 2025.- 3 iyul (¹ 113).- S.7.