27 rayonda ümid işığı

 

Əlilliyi olan uşaqlara cəmiyyətin qapısı açılır

 

Uşaq gənclərin fiziki mənəvi inkişafı

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə həyata keçirilən mühüm sosial layihə çərçivəsində ölkənin 27 şəhər rayonunda əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin yaradılması əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə daha fəal inteqrasiyası həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımdır.

Yeni yaradılan mərkəzlər Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Füzuli, Kürdəmir, Gəncə, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Mingəçevir, Naftalan, Oğuz, Sabirabad, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yardımlı, Yevlax, Zaqatala Zərdab rayonlarını əhatə edir. Bu geniş coğrafi əhatə göstərir ki, sosial xidmətlərin regionlar üzrə əlçatanlığı dayanıqlılığı artırılır, xidmətlər yalnız mərkəzi şəhərlərlə məhdudlaşmır.

Mərkəzlərdə əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya abilitasiya xidmətləri göstərilir. Bu xidmətlər, sadəcə tibbi deyil, eyni zamanda sosialyönümlü dəstək modelinə əsaslanır. Uşaqlarla fərdi qrup şəklində aparılan psixoloji məşğələlər onların emosional inkişafına, öz güclərinə inam hissinin formalaşmasına, sosial ünsiyyət bacarıqlarının artmasına gündəlik həyat vərdişlərinin möhkəmlənməsinə yardım edir.

Bu fəaliyyətlər çərçivəsində psixoloji diaqnostika qiymətləndirmə aparılır, emosional davranış pozuntularının aradan qaldırılması üçün fərdi psixoloji müdaxilələr həyata keçirilir.

Uşaqların valideynləri ilə psixoloji məsləhət işləri aparılır, sosial bacarıqların inkişafı üçün təlimlər interaktiv məşğələlər təşkil olunur.

Bu yanaşma uşağın yalnız tibbi ehtiyaclarını deyil, sosial emosional ehtiyaclarını da nəzərə almağa, onların şəxsiyyət kimi cəmiyyətə uyğunlaşmasına aktiv iştirakçıya çevrilməsinə imkan yaradır.

Layihənin əsas məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Bu yanaşma inklüziv cəmiyyətin formalaşmasına, bərabər imkanların yaradılmasına uşaqların potensial imkanlarının üzə çıxarılmasına şərait yaradır.

Agentliyin məlumatına əsasən, layihə çərçivəsində ümumilikdə 1400-dək əlilliyi olan uşağa xidmət göstərilməsi nəzərdə tutulur. Bu, ölkədə sosial xidmətlərin uşaq yönümlü məqsədyönlü şəkildə genişləndirilməsinin nümunəsidir.

Əlilliyi olan uşaqların cəmiyyətə uyğunlaşdırılması təkcə onların deyil, bütün cəmiyyətin sosial rifahı baxımından vacibdir. Sosial-psixoloji reabilitasiya mərkəzləri onların şəxsiyyət kimi formalaşmasına, imkanlarını reallaşdırmasına sosial izolyasiyadan uzaq yaşamasına dəstək verir. Bu baxımdan Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi layihə həm sosial məsuliyyət, həm humanist dəyərlər baxımından yüksək qiymətləndirilməlidir.

Qeyd edək ki, Azərbaycan dövlət siyasətinin sosialyönümlü olması, əhalinin həssas təbəqəyə məxsus hissəsinin dövlət qayğısıyla əhatə olunması cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda, bu sərəncamlardan irəli gələn vəzifələrin aidiyyətli qurumlar tərəfindən icra edilməsində əksini tapır.

Növbəti aylarda Respublikanın müxtəlif şəhər rayonları üzrə əlilliyi müəyyən edilmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın belə mərkəzlərimiz fəaliyyətə başlayacaq.

 

Təmiz DünyaQadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, uşaqlara həssas qruplara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstəriləcək sosial xidmətlərAzərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramıilə təsdiq edilib:

 

 Dövlət Proqramında qeyd edilir ki, hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam firavan böyüməsi, fiziki mənəvi inkişafı üçün həyata keçirilən siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas keyfiyyət göstəricilərindən biridir. Sivil ümumbəşəri dəyərləri daim yüksək tutan Azərbaycan Respublikası da uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları onların layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir. Davamlı olaraq ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqların münasib yaşayış şəraiti, sığınacaq reinteqrasiya xidmətləri ilə təmin edilməsi, təhsilin peşə hazırlığının, sosial reabilitasiyasının təşkili, onlara hüquqi, psixoloji yardımın göstərilməsi digər tədbirlər həyata keçirilir”.

 

Birlik sədri qeyd edib ki, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə 27 şəhər rayonda əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin yaradılması ölkəmizdə inklüziv cəmiyyətin formalaşmasına doğru atılmış mühüm addımdır:

"Bu təşəbbüs bir neçə əsas istiqamətdə cəmiyyətin ümumi inklüzivlik səviyyəsinə əhəmiyyətli təsir göstərə bilər. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası yalnız tibbi psixoloji xidmətlərlə məhdudlaşmamalıdır. Bu reabilitasiya mərkəzləri həmin uşaqların sosial bacarıqlarının inkişafına, təhsilə hazırlıq səviyyələrinin artırılmasına məktəb mühitinə uyğunlaşmalarına kömək edəcək. Bu isə inklüziv təhsilin daha effektiv həyata keçirilməsinə zəmin yaradır.

Bu cür mərkəzlər əlilliyi olan uşaqları onların ailələrini daha aktiv şəkildə ictimai həyata cəlb etdiyindən, cəmiyyətdə stereotiplərin qırılması stiqmatizasiyanın azalması müşahidə olunur. Mərkəzlərin fəaliyyət göstərdiyi ərazilərdə ictimai şüurun yüksəlməsi inklüziv yanaşmanın normal bir həyat tərzi kimi qəbul olunmasına şərait yaradır.

Əvvəllər yalnız paytaxt iri şəhərlərdə mövcud olan belə xidmətlərin regionlara yayılması sosial xidmətlərin ərazi üzrə bərabər paylanmasını təmin edir. Bu, həm regional sosial bərabərliyin gücləndirilməsinə, həm əlilliyi olan uşaqların ailələrinin öz yaşadıqları ərazidə keyfiyyətli xidmətə çıxış imkanlarının artmasına səbəb olur. Bu mərkəzlər valideynlərə həm psixoloji, həm praktiki dəstək verir. Ailələrin sosial rifahına təsir edən ən mühüm faktorlardan biritək qalmamaq dövlətin sistemli dəstəyini hiss etməkdir. Bu təşəbbüs ailələrə sosial təcriddən çıxmaq imkanı verir onların əmək bazarına daxil olmasını da asanlaşdıra bilər. Sosial reabilitasiya mərkəzləri yalnız xidmət göstərən strukturlar deyil, eyni zamanda inklüzivlik fəlsəfəsinin daşıyıcılarıdır. Bu mərkəzlər vasitəsilə sosial işçilər, psixoloqlar, müəllimlər ictimai fəallar arasında yeni bir inklüziv yanaşma məktəbi formalaşır. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin daha tolerant iştirakçı olmasına gətirib çıxaracaq”.

 

 

Şəymən Bayramova

Şərq  2025.- 11 iyul (¹119).- S.6.