Milyonların sevimlisi “tənha” Haruki Murakami haqqında kitab
(Gülnar Yunusovanın “Haruki Murakami. Postmodern ədəbiyyatın
kultu” monoqrafiyası haqqında)
“Sanki doğulduğumdan
bəri tənha idim,
indiyə kimi hər zaman
tənha olmuşam və
bundan sonra da yolumu tənha davam etdirməli olacam”
Haruki Murakami
Haruki Murakaminin “mənim, “bəli, mən roman yazım”, – deyə ilk dəfə ağlımdan
keçirdiyim andı
bu. Açıq səma,
yaşıl tər çəmənlərin toxunuşu,
beyzbol çomağının
həzz verən səsini hələ də xatırlayıram. O
an göylərdən bir
şey səssizcə
süzülərək aşağı
enmiş və mən də onu uğurlu şəkildə yaxalamışdım
sanki” sözləri ilə başlayan kitabını Gülnar Yunusova da belə uğurlu şəkildə
yazaraq nəşr etdirmişdir.
Filologiya
üzrə fəlsəfə
doktoruGülnar Yunusovanın
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutu tərəfindən
nəşr olunmuş
“Haruki Murakami.
Postmodern ədəbiyyatın kultu” monoqrafiyası (Bakı, “Elm və Təhsil”, 2025, 260 s.) müəllifin
sözləri ilə desək, “dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna
çevrilmiş”, “Küləyin
nəğməsini dinlə”
romanı ilə Yaponiyadakı ədəbiyyat
səhnəsini dəyişdirməyi
bacarmış çağdaş
yapon yazıçı”sının
zəngin yaradıcılığının
tədqiqinə həsr
olunub. Görkəmli
postmodernist yazıçının çoxsaylı romanları
ilə yanaşı,
XX əsrin sonları və yeni yüzilliyin əvvələrində yapon ədəbiyyatının
öyrənilməsi, ümumi
ədəbi tendensiyanın
müəyyənləşdirilməsi sahəsində də ədəbiyyatşünaslığımızda
ilk monoqrafiya kimi dəyərli və yolgöstərəndir.
Haruki Murakami fərqli
ədəbi görüşləri,
həyatı fəlsəfi
dərki, reallığa
özünəməxsus baxışı,
problemləri orijinal çözümü, yaxud
da çözümsüzlüyü ilə seçilən yazıçılardandır. Ədib,
eyni zamanda, mühitində yeni bir mərhələnin başlanğıcı
və dünyaya ötürücüsü idi.
G.Yunusovanın haqlı olaraq yazdığı kimi,
“Haruki Murakami böyüməkdə olan postmodern yapon cəmiyyətinin
tipik nümayəndəsi
idi və bu cəmiyyətin əsas narahatlıqlarını
böyük məharətlə
qələmə alaraq
dünya arenasına çıxartmışdır”.
Gülnar
Yunusova Murakami yaradıcılığında
postmodernizmi tədqiq etməklə, eyni zamanda, yazıçının
ədəbi nümunələrinin
başlıca xüsusiyyətlərini
də müəyyən
edir və bu nəticəyə gəlir ki,postmodernizm
Murakami əsərlərinin əsas təzahür formasıkimi ön plana çıxır. Bu baxımdan,
G.Yunusova haqlı olaraq, H.Murakaminin ədəbi dünyagörüşünün ədəbiyyatlar və daha geniş mənada, mədəniyyətlərarasısı
ortaq ədəbi-fəlsəfi
konsepsiyalar əsasında
formalaşdığını və bunun yazıçının
bütün yaradıcılığını
izlədiyini elmi şəkildə, bədii
nümunələrə istinad
edərək əsaslandırır.
Haruki Murakami yaradıcılığında
multikultural dəyərlərin
qabarıq şəkildə
öz əksini tapmasını onun əsərlərinin digər
mühüm cəhəti
kimi qiymətləndirən
müəllif “ədibin
postmodern ədəbiyyatın ifadə vasitələrindən
yaradıcı şəkildə
istifadə etməklə
Qərb mədəniyyətinin
elementlərini əsərlərində
birləşdirərək özünəməxsus
yazı üslubu” formalaşdırdığını da göstərir. Yəni
milli ədəbiyyat, Qərb
mədəniyyətinin müasir
istiqamətləri və
onların ortaq müstəvisində multikultural
ədəbi dəyərlərin
ifadəsi H.Murakami
yaradıcılığının əhəmiyyətli cəhəti
kimi müəyyənləşdirilir.
Kitabda H.Murakami yaradıcılığı
yeni tipli ədəbiyyatın
nümunəsi kimi qiymətləndirilir. G.Yunusova bu qənaətə gəlir
ki, “mənəvi-psixoloji, ədəbi-fəlsəfi,
sosial xarakter daşıyan Haruki Murakami yaradıcılığının
tədqiqi, xüsusilə
də keçən əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yeni tipli
ədəbiyyatın əsas
məziyyətlərini, mahiyyət
və forma özəlliklərini
özündə ehtiva
edən postmodernist nəsrinin
öyrənilməsi”dir.
Yaponiyada
postmodernizmin yaranmasi, formalaşması və məziyyətlərindən bəhs
edərkən müəllifin
postmodernizmin “XX əsrdə
ictimai-tarixi, mənəvi-mədəni,
sosial-iqtisadi inkişafın
yeni modeli kimi meydana gəldiyini” söyləməsi, sistemli
və ictimai-sosial, elmi-mədəni, ədəbi-fəlsəfi
aspektləri ilə tədqiqə cəlb etməsi, həm tarixi, həm də ədəbi-nəzəri
istiqamətdə təhlili
fərqli yanaşması
ilə seçilir, ədəbi cərəyanın
şərhinə yeni çalarlar
gətirir.
Monoqrafiya
XX əsr yapon ədəbiyyatının
geniş mənzərəsini
təqdim edir: Təcrid olunma siyasətini bitirmiş Yaponiyanın XX əsrdə
yeni inkişaf mərhələsinə
qədəm qoyması,
keçən əsrin
ilk onilliklərində müasir
yapon ədəbiyyatının təməlinin qoyulması,
Qərb ədəbiyyatına
meylin güclənməsi,
milli ədəbi düşüncənin
öz sərhədlərini
genişləndirməsi, xüsusilə
də əsrin ikinci yarısında, II Dünya müharibəsindən
sonra ədəbiyyatda
yaranmış yeni istiqamət,
təmayül və cərəyanların formalaşması,
postmodernizmin mədəniyyətin
müxtəlif sahələrində
təzahür keyfiyyətləri,
yapon yazıçıları arasında fərqli dünyagörüşə malik ədiblərin ortaya çıxması, milli ənənələrə
sadiqlik və Qərb meyli kimi iki ayrı
istiqamətin müşahidə
olunması, yapon postmodernist ədəbiyyatının özünəməxsus
cəhətlərini şərtləndirən
tarixi-ictimai şərait.
Oka Şyouhey, Noma Hiroşi,
Dazay Osamu, İbuse Masucini, Fukanaqa Takehiko kimi yazıçıların
fəaliyyəti fonunda
yapon ədəbiyyatı mənzərəsini
yaradan Gülnar Yunusovaya görə, “Yaponiyada postmodernizm kifayət qədər uzun təşəkkül
yolu keçmişdir.
Yaponiyada postmodernizm elementləri uzun müddət mövcud olsa da, 1970-1990-cı illərdə
daha qabarıq şəkildə ön
plana çıxmışdır.
1930-1940-cı illərdən önə çıxan
milli kimlik məsələsi
1980-1990-cı illərdə daha da güclənmiş və yapon ədəbiyyatına
ciddi təsir göstərmişdir”. Müəllif,
eyni zamanda, yeni məzmunlu və perspektivli çoxsaylı
postmodern ədəbiyyat nümunələrinin
meydana çıxdığını
qeyd edir, Ryu Murakami, Ş.Masahiko, Takahaşi Geniçiro, Kobayaşi Kyoucivə digər yazıçıların
fəaliyyət göstərdiyi
ədəbi mühitə
nəzər salır.
“Dildə özgələşmə
məsələsi, hekayətin
zaman və məkan çərçivələrinin dağıdılması, ənənəvi
uydurma şərtiliklərinin
pozulması, əvvəlki
mətnlərdən istifadə
zamanı parodiyalılıq,
əhvalatı əhvalatın
içində yaratmaq
üsulu” ilə müəyyənləşən, 1970-80-ci illərdə yazılmış
postmodern bədii ədəbiyyat
nümunələrinin ortaya
çıxardığı mənzərənin təqdimi
və təhlili H.Murakaminin postmodern dünyagörüşünü formalaşdıran amillərin
meydana çıxarılmasına
yönəldilir və
G.Yunusova bunu uğurlu şəkildə
həyata keçirir.
H.Murakamini mühitində və çevrəsində öyrənmək,
dərk etmək G.Yunusovanın kitabdakı
çox mühüm uğurlarındandır.
Haruki Murakamini “XX əsrin ikinci yarısından sonra yapon ədəbiyyatında
önə çıxan,
əsərləri ilə
bir çox qlobal və bəşəri problemləri
ortaya qoyan, milli ədəbiyyata özünəməxsus
yanaşma tərzi ilə seçilən yazıçılardan biri”
kimi qiymətləndirən
G.Yunusova yazıçının həyatı
və yaradıcılıq
yolunu öyrənərkən
də sadəcə bioqrafik məlumatları ardıcılıqla yazmır,
dövrün postmodernist xüsusiyyətləri,
ədəbi mühitdəki
spesifik məsələlər
kontekstində yanaşır.
H.Murakamini əsərlərindəki
avtobioqrafik cəhətlərin
bir müstəvidə
və müəyyən
sistem daxilində əlaqələndirilməsi həm
yazıçının dünyagörüşünü
formalaşdıran amillərin
daha dərindən açılmasına şərait
yaradır, həm də tədqiqat işini zənginləşdirir.
“Küləyin nəğməsini
dinlə”, “Norveç
meşəsi”, “Sərhəddən
cənubda, Günəşdən
qərbdə” romanları
və digər əsərlərə istinad,
yapon cəmiyyətinin milli həyatı və ona təsir göstərən Qərb
amillərinin əsərlərdən
gətirilən örnəklərlə
paralel şəkildə
təqdim edərək
qoyulan məsələnin
daxilinə nüfuz etmək G.Yunusovanın
səriştəsindən və
geniş araşdırma
planından xəbər
verir. Burada mühüm bir məqamı da qeyd etmək lazımdır ki,
H.Murakaminin yaradıcılığını, xüsusilə də romanlarını daha dərindən anlamaq, onları düzgün təhlil etmək üçün yazıçının
həyat yolunu və həyata baxışını, dünyagörüşünü
bilmək çox vacibdir, bu baxımdan
da G.Yunusova sözügedən
zəruriyyəti anlayaraq
problemə əhatəli
şəkildə yanaşır,
yazıçı xarakterini
aydın formada ifadə etməyə nail olur. Məhz bunun nəticəsində H.Murakami yaradıcılığındakı
ədəbi məsələlər,
Qərb ədəbiyyatına
meyli, milli mədəniyyətə,
musiqi, idmana münasibət və digər cəhətlər
də bəlli olur.
Gülnar
Yunusova H.Murakamininyaradıcılığına
geniş aspektdə yanaşır, ədibin sırf postmodernist romanlarına
qədərki keçid
mərhələsində qələmə
aldığı, özündə
həm postmodernizmin, həm də realizm, surrealizm və kosmopolitizmin cəhətlərini daşıyan
əsərlərinin tədqiqinə
də yer ayırır. Məlumdur
ki, postmodernizm, müəyyən
mənada, sinkretik sənətdir, o özündən
əvvəlki bir sıra ədəbi cəryanlardan fərqlənsə
də, onların bəzi xüsusiyyətlərindən
də kənarda deyil. Bu baxımdan da, H.Murakaminin yaradıcılığında
postmodernizmin xüsusiyyətlərini
müəyyən etmək
üçün digər
məsələləri, yazıçını
postmodernizə aparan yolu izləmək çox önəmlidir. Müəllif “yazıçının
yaradıcılığını konkret olaraq hansısa bir kateqoriyaya daxil etmək, romanlarının
janrını, formasını
müyyən etmək
bir qədər çətindir. H.Murakaminin
postmodern ədəbiyyatda önəmli
nümunə hesab olunan yaradıcılığı
kosmopolitzm, realizm, sürrealizm, magik realizm, dedektiv, elmi fantastika, şamanizm, ekzistensializm elementlərinin mövcudluğu
ilə də səciyyələnir”, - deyə
yazır. Həmin kontekstdən yanaşdıqda
H.Murakaminin “Küləyin nəğməsini
dinlə” romanında kosmopolitizmi, “Norveç meşəsi” əsərində
yapon gerçəkliklərini, fərqli əsərlərində,
eyni zamanda, Murakaminin ən yaxşı postmodern əsərlərindən
biri kimi dəyərləndirilən “Kafka sahildə” romanında sürrealist yanaşmalarıtədqiq
etməkmonoqrafiyada diqqəti
cəlb edir. G.Yunusova belə
qərara gəlir ki,
“H.Murakaminin yaradıcılığında
müxtəlif ədəbi
istiqamətlərin izlənilməsi
postmodernizmin plüralist
mahiyyətini ehtiva etməkdədir. Müxtəlifyönlülüyü,
çoxistiqamətliliyi ilə
seçilən postmoderizm
özündən əvvəlki
mədəniyyətlər, ədəbi istiqamətlər,
düşüncə və
ifadə tərzləri
üzərində qurulur”
və bu qənaət yazıçının
əsərlərinin tədqiqi
zamanı özünü
doğruldur.
Kitabda görkəmli yazıçının
“həm beynəlxalq miqyasda, həm də çağdaş Yaponiyanın təmsilcisi olmaqla dünya postmodernist ədəbiyyatına mühüm
töhfələr verən”
romanlarından “Qoyun ətrafında macərə”,
“Mexaniki quşun xronikası”, “Qaranlıqdan
sonra”, “Küləyin
nəğməsini dinlə”,
“Pinbol 1973”, “Dünyanın
sonu və Qızğın möcüzələr
diyarı” və digər əsərlərinin
araşdırılması Azərbaycan
ədəbiyyatşünaslığı
və oxucularına mühüm töhfədir.
G.Yunusova “Qoyun ətrafında macəra” romanını metaqurğu
nümunəsi kimi geniş şəkildə
təhlil edir, burada postmodernist romana xas olan intertekstuallıq,
metatekstuallıq, metafiksiya
kimi ünsürləri
özündə cəmləşdirən
çoxluluq anlayışını,
təhkiyəçi məsələsi,
keçmiş tarixi hadisələr və bugünün vəhdətini
nəzərdən keçirir.
Müəllif haqlı
olaraq belə qərara gəlir ki, “Qoyun ətrafında macəra” romanında postmodernizmin mətnlə oyun, semiotika, dəyərlərin yenidən
qiymətləndirilməsi, poststrukturalist estetika, rizomatik təfəkkür,
metonimiyalılıq kimi
nəzəri məsələləri
bədii şəkildə
təsvir olunmuşdur”.
Romanda əsas mövzu olan fərdi şəxsiyyət
uğrunda mübarizə,
cəmiyyətin mövcud
quruluşu və
hegemon bir kimlik tətbiq etməsi arasındakı döyüş,
eyni zamanda, şəxsiyyət axtarışı
və həqiqət, valideynlərlə problemli
münasibətlər, tarixi
hadisələr və
indiki zaman, kapitalizm tələsi, marjinal xarakterlərin qeyd olunan postmodernist ünsürlərlə
öz bədii həllini tapması nəzəri fikirlərə
istinad edərək və bədii nümunələr əsasında
ortaya çıxarılır.
“Mexaniki quşun xronikası” romanında postmodernizm məsələlərinin şərhi,
postmodernist nəsrin nəzəri
və tarixi istiqamətdə dəyərləndirilməsi,
məzmun, forma və struktur baxımından təhlili də monoqrafiyanın önəmli
hissələrindəndir. G.Yunusova romanın əsas səciyyəsini açmağa nail olur, müxtəlif hekayətlər
– üz-üzə hekayələr,
məktublar, qəzet məqalələri, kompüterdə
saxlanılan yazılar
və röya kimi vasitələrlə təqdim olunan əsərin, “həm tarixi həqiqətləri,
həm də uydurmanı bir-biri ilə birləşdirən
hekayə mozaikası”
kimi dəyərləndirdiyi
romanın səciyyəvi
keyfiyyətlərini şərh
edir. H.Murakaminin
postmodernist romanları arasında
müqayisə də aparan G.Yunusova haqlı olaraq belə bir qənaətə
gəlir ki, “Qoyun ətrafında macəra” romanında öz kimliyini axtaran Bokunun səyahətinin Yaponiyanın tarixi hadisələrindən süzülərək
keçməsinə baxmayaraq,
“Mexaniki quşun xronikası” romanı H.Murakaminin tarixə yönəlməsini və
fərdin postinsana çevrilməsinin birbaşa
təmsil etdiyi cəmiyyətin tarixində
yaşananlarla bağlı
olmasını ən qabarıq şəkildə
nümayiş etdirən
əsərdir”.
“Qaranlıqdan sonra” romanında yazıçı
postmodern cəmiyyətin təşviq
duyğularını bədiiləşdirməyə
davam etmişdir” düşüncəsindən yola
çıxan G.Yunusova müəyyən
mənada ssenari şəklində yazılmış
romanda yazıçının
coğrafiya, bədən
və kinematik vizuallaşdırma ilə
təcrübələr apardığını
qeyd edir. Orijinal quruluşa malik romanın bir-biri ilə kəsişən hekayətləri əhatə
etdiyi və bütün bunların oxucuya hadisələri görünməz şəkildə,
sanki bir müşahidə kamerası
kimi izləyən üçüncü naməlum
şəxs tərəfindən
çatdırıldığı müəllif tərəfindən
doğru şəkildə
təsbit edilir.
Kitabın tərtibatı, elmi strukturu, bir sıra ingilisdilli və yapondilli elmi əsərləri, ilk
dəfə olaraq, elmi dövriyəmizə daxil etməsi, H.Murakaminin tədiqata
cəlb olunan bütün əsərlərinin
orjinallarına müraciət
olunması da çox
əhəmiyyətli cəhətlərdəndir.
Gülnar Yunusova kitabda Haruki Murakaminin “Peşəm yazıçılıq” əsərindən
maraqlı bir nümunə təqdim edir: “İnsanların qəlbinin divarlarında
yeni bir pəncərə
açıb onu təmiz hava ilə doldurmaq istəyirəm. Roman yazanda
həmişə düşündüyüm
və arzuladığım
budur. Məntiqi bir kənara qoyaraq, ancaq və ancaq ən
saf şəkildə”.
Bu kitabın
da Azərbaycan elmi mühiti və oxucuları üçün
yapon ədəbiyyatına yeni bir pəncərə açacağına inanıram.
Bəsirə Əzizəli,
Filologiya elmləri doktoru
Şərq 2025.- 11 iyul (¹119).- S.6.