Tarixi abidələrimiz dövlətin
mühafizəsindədir
Həm
mədəni, həm də təbii irs kateqoriyalarında yeni nominasiya dosyeləri UNESCO-ya təqdim olunacaq
Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Şirvanşahlar sarayı, Qız Qalası və sivilizasiyanın, mənəvi
irsin, dövlətçiliyin
daha neçə-neçə
tarixi izlərini sinəsində yaşadan İçərişəhər təkcə Bakının
deyil, ümumən Azərbaycanın rəmzləri
sırasında xüsusi
yer tutur. Minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev İçərişəhərin
qorunması, mühafizəsinə
çox böyük önəm verir.
Çıxışlarının
birində cənab Prezident dünyanın heç bir ölkəsində İçərişəhərə
bənzər yer görmədiyini demişdi:
“Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri
qoruyub və bundan sonra da
əsrlər boyu qoruyacaq. İçərişəhərin
hər bir küçəsi, hər
bir tini, hər bir daşı
qiymətlidir, tarixi əhəmiyyət kəsb
edir. ...Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur.
Düzdür, dünyanın
bir neçə ölkəsində köhnə
şəhər məhəllələri
vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə
deyə bilərəm
ki, İçərişəhər
kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim
tarixi irsimizdir, biz İçərişəhəri
göz bəbəyimiz
kimi qorumalıyıq”.
Sevindirici haldır ki, dövlət başçısının sarsılmaz
iradəsi, Azərbaycanın
birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənini birinci xanımı Mehriban Əliyevanın milli irsimizin qorunması və dünyada tanıdılması istiqamətində
atdığı addımlar
nəticəsində Şirvanşahlar
sarayı, Qız Qalası və İçərişəhər 25 il əvvəl UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edildi.
Bu il Azərbaycanın Ümumdünya
İrs Siyahısındakı
ilk abidəsi olan “İçərişəhər,
Şirvanşahlar Sarayı
və Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü
tamam olur. Bu yubiley tәkcә
Azәrbaycanın qlobal
mәdәni irsә
verdiyi töhfәnin
bir göstәricisi deyil, eyni zamanda
mәdәni irsin qorunması sahәsindә
son 25 ildә ölkәmizin qazandığı
zәngin tәcrübәnin
parlaq tәcәssümüdür.
Bu barədə xüsusi tapşırıqlar
üzrә sәfir
– UNESCO üzrә Azәrbaycan
Respublikasının Milli
Komissiyasının Baş
katibi Seymur Fәtәliyev UNESCO-nun
47-ci sessiyasında İçərişəhərin
Ümumdünya İrs
Siyahısına daxil edilməsinin 25 illiyinə
həsr olunmuş tədbirində çıxışı
zamanı bildirib. O qeyd edib ki,
bu tәdbirin UNESCO-nun Baş qәrargahında
keçirilmәsi rәmzi
mәna daşıyır
vә bu, bir daha göstәrir
ki, mәdәni irsin qorunması ümumbәşәri mәsәlә
kimi bütün ölkәlәrin birgә
sәylәrini tәlәb
edir: "Mәlum olduğu kimi, İçәrişәhәr orada baş vermiş zәlzәlәnin
fәsadları, urbanizasiya
problemlәri vә konservasiya imkanlarının
mәhdudluğu sәbәbindәn
Ümumdünya İrs
Siyahısına daxil edilmәsindәn cәmi
bir neçә il sonra – 2003-cü ildә “Tәhlükә
Altındakı Ümumdünya
İrs Siyahısı”na
daxil edilmişdi. “İçәrişәhәr” Tarix-Memarlıq Qoruğu İdarәsinin yaradılması,
inteqrә edilmiş idarәetmә sisteminin tәtbiqi, elmi әsaslı konservasiya planlarının hazırlanması
vә ardıcıl hәyata keçirilmәsi
nәticәsindә 2009-cu ildә İçәrişәhәr
yenidәn әsas siyahıya qaytarıldı.
Bu, UNESCO tәcrübәsindә
nadir hallarda rast gәlinәn uğurlu nümunәlәrdәn
biri kimi tarixә düşdü".
Onun sözlərinə
görə, mәdәni
irsin qorunmasında dövlәt qurumlarının
fәaliyyәti ilә
yanaşı, ictimaiyyәtin
mәlumatlandırılması vә dәstәyi dә hәlledici rol oynayır. Ümumilikdə kommunikasiya
tәşәbbüslәri irsin ictimai dәyәrinin
formalaşmasında, onun
qorunması üçün
cәmiyyәtin sәfәrbәr
edilmәsindә mühüm
rol oynayır. S.Fətəliyev çıxışı
zamanı qeyd edib ki, hazırda
Azәrbaycanın Ümumdünya
İrs Siyahısında
beş irs nümunәsi yer almaqdadır: "Bunlardan dördü mәdәni
irs kateqoriyasına aiddir: “İçәrişәhәr,
Şirvanşahlar Sarayı
vә Qız Qalası”, “Qobustan qayaüstü mәdәni
landşaftı”, “Xınalıq
mәdәni landşaftı
vә Köç Yolu”, “Şәkinin tarixi mәrkәzi vә Xan Sarayı”.
Bir abidәmiz – “Hirkan meşәlәri”
isә Azәrbaycanın
Ümumdünya İrs
Siyahısına daxil edilmiş ilk tәbii irs nümunәsidir. Qarşıdakı
illәrdә hәm
mәdәni, hәm
dә tәbii irs kateqoriyalarında yeni nominasiya dosyelәrinin hazırlanaraq
UNESCO-ya tәqdim olunması nәzәrdә
tutulur. Bu proses çәrçivәsindә
elmi әsaslandırmalar,
mütәxәssis rәylәri
vә yerli icmaların iştirakı
ilә yeni obyektlәrin beynәlxalq
sәviyyәdә tanıdılması
üçün ciddi
hazırlıq işlәri
aparılır". Baş
katib vurğulayıb ki, Azәrbaycan UNESCO-nun 1972-ci il Konvensiyasının fәal
tәrәfdaşıdır. "Ölkәmiz bu Konvensiyanın icrasında
hәm Ümumdünya
İrs Komitәsinin keçmiş üzvü
kimi, hәm dә UNESCO ailәsinin etibarlı üzvü olaraq yaxından iştirak edir. 2019-cu ildә Azәrbaycanın
paytaxtı Bakı şәhәri Ümumdünya
İrs Komitәsinin
43-cü sessiyasına uğurla
ev sahibliyi etmiş, bu tәdbir çәrçivәsindә
irs sahәsindә qlobal әmәkdaşlığın
güclәndirilmәsinә töhfә verib. Bu yanaşmanın davamı olaraq, Azәrbaycan 2022-2023-cü illәrdә
Afrika ölkәlәrinin
UNESCO üzrә milli
komissiyalarının nümayәndәlәri
üçün mәdәni
irs sahәsindә genişmiqyaslı treninqlәr
tәşkil edib.
Tәxminәn 50 Afrika ölkәsini әhatә edәn bu tәşәbbüs,
irsin coğrafiyadan asılı olmayaraq bәşәri dәyәr
olduğunu bir daha nümayiş etdirib. İrs yerlәşdiyi yerdәn
asılı olmayaraq bütün bәşәriyyәtә
mәxsusdur vә onun qorunmasına eyni dәrәcәdә
yanaşılmalıdır. Azәrbaycanın tәcrübәsinin
Afrika ölkәlәri
ilә bölüşülmәsi
UNESCO-nun “Afrika prioriteti” siyasәti ilә tam üst-üstә
düşür. Biz eyni zamanda düşünürük
ki, dünya vә Ümumdünya İrs Komitәsi Afrika qitәsindә yerlәşәn mәdәni
vә tәbii irs nümunәlәrinin
UNESCO siyahılarında daha
geniş şәkildә
tәmsil olunmasına
dәstәyini güclәndirmәlidir.
İnanırıq ki,
Ümumdünya irsinin
qorunmasına olan sadiqliyimizin bir göstәricisi olaraq Azәrbaycan növbәti
dәfә Ümumdünya
İrs Komitәsinә
üzv seçilәcәk.
Bu mәqsәdlә
ölkәmiz 2025–2029-cu illәr
üzrә Komitәyә
öz namizәdliyini
irәli sürüb".
S.Fətəliyev bildirib
ki, Azәrbaycan multikulturalizmi dövlәt
siyasәti elan etmiş bir ölkәdir. "Ölkәdә
dinindәn, dilindәn,
etnik kimliyindәn asılı olmayaraq bütün icmaların mәdәni irsinә hörmәtlә yanaşılır
vә bu abidәlәrin dövlәt
tәrәfindәn eyni
dәrәcәdә qorunması
tәmin edilir. Abidәlәr – insanlığın
ortaq yaddaşıdır
vә yalnız tolerant mühitdә yaşaya vә qoruna bilәr. Bu baxımdan, Azәrbaycan özü bir nümunәdir. Tolerantlıq әnәnәsi
Azәrbaycan xalqının
әsrlәrdir formalaşmış
hәyat tәrzinә
çevrilib. 2020-ci ildә
Azәrbaycan öz torpaqlarını Ermәnistanın
işğalından azad
etdikdәn sonra hәmin әrazilәrdә
geniş bәrpa vә quruculuq işlәri hәyata keçirilmәyә başlanıb.
Bu günә olan mәlumata әsasәn, bu torpaqlarda tәqribәn
100 fәrqli mәdәni
irs abidәsi әtrafında Ermәnistan
tәrәfindәn işğal
dövründә kütlәvi
minaların basdırıldığı
aşkar edilmiş vә hәmin abidәlәr hazırda
ciddi tәhlükә
vә risk altındadır. Tәsәvvür
edin ki, 30 ilә yaxın işğal dövründә
Ermәnistan tәrәfindәn
yüzlәrlә abidә
sistemli şәkildә
dağıdılmış, mәscidlәrimiz tәhqirә
mәruz qalmış,
qalan abidәlәrin
әksәriyyәtinin әtrafı
isә minalanıb. Bәlkә dә, Azәrbaycan bu gün әtrafı minalanmış irs abidәlәrinin sayına
görә dünyada
ilk sıradadır. Bu vәziyyәt tәkcә maddi irsә deyil, hәm dә insan hәyatına birbaşa tәhdid vә tәhlükәdir.
Azәrbaycan tәrәfdar
olduğu konvensiyalara vә onlardan irәli gәlәn öhdәliklәrә hәr
zaman sadiqdir vә bu belә
dә qalacaqdır. İnanırıq ki, birgә sәylәrimiz
nәticәsindә mәdәni
vә tәbii irs bәşәriyyәtin
ortaq mirası olaraq gәlәcәk nәsillәrә bütövlüyü
ilә çatdırılacaqdır.
Mәdәni vә
tәbii irs bәşәriyyәtin ortaq
sәrvәtidir vә
onun qorunması yalnız keçmişә
borcumuz deyil, eyni zamanda gәlәcәk
nәsillәr qarşısında
mәnәvi mәsuliyyәtimizdir". Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində
keçirilən Dünya
İrs Komitəsinin
47-ci sessiyası çərçivəsində
müxtəlif mövzularda
tədbirlər təşkil
olunub. Bu tədbirlər arasında
xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimatdır.
Tədbir “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə
Milli Komissiyasının,
Azərbaycanın UNESCO yanında
Daimi Nümayəndəliyinin
və Trend Beynəlxalq
İnformasiya Agentliyinin
dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri”
olub. Eyni zamanda tədbir çərçivəisində "Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində
həlak olmuş Azərbaycan jurnalistlərinin
xatirəsinə həsr
olunmuş bukletlər
paylanıb. Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi
nümayəndəsi Elman Abdullayev olub. Tədbirdə mədəni irsin qorunması, bərpası
və cəmiyyətə
təqdim olunması sahəsində beynəlxalq
təcrübə, müasir
yanaşmalar və kommunikasiya strategiyaları
müzakirə edilib. İştirakçılara “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim
olunub.
Məlahət Rzayeva
Şərq 2025.- 15 iyul (¹ 121).- S.6.