Milli
mədəniyyətimizin hamisi
XX əsrdə Azərbaycan mədəniyyətinin
bütün sahələrinin
sürətli inkişafı,
geniş miqyasda təbliği və böyük nailiyyətləri
ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi
idi. Onun rəhbərliyi ilə ötən əsrin
70-80-ci illərində, Azərbaycanın
müstəqillik dövründə
mədəni və ədəbi irsimizə, rəssamlıq və heykəltəraşlıq, teatr,
musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır.
Həm dövlət başçısı, həm
də vətənpərvər
bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi
diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı
kimi qiymətləndirilməlidir.
Ulu öndər dəfələrlə vurğulamışdır
ki, azərbaycanlılar
qədim mədəniyyətə,
incəsənətə malik
olan xalqdır: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə, qədim
ənənələrə malik olan xalqdır.”
Heydər Əliyev
hakimiyyətdə olduğu
bütün dövrlərdə
milli-mənəvi dəyərlərimizin
qorunmasına, təbliğinə
xüsusi qayğı
ilə yanaşırdı.
“Xalq bir çox xüsusiyyətləri
ilə tanınır,
sayılır və dünya xalqları içərisində fərqlənir.
Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu
müdrik ifadələr
də ümummilli lider Heydər Əliyevə məxsusdur.
Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli
dövlətçilik dəyərlərinin
əsasını mədəniyyət
təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna
diqqəti artırmaq,
köklü mənəvi
dəyərləri yeni
nəslə və bütün cəmiyyətə
daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti
xalqın böyük
sərvəti hesab edən ulu öndər
rəhbərlik fəaliyyətinin
bütün dövrlərində
bu sahənin inkişafını diqqət
mərkəzində saxlamışdır.
Mədəniyyətimizin elə bir sahəsi
yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.
Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq
və rəssamlığımız
da, xalça sənətimiz də bugünkü inkişafında
ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev
Azərbaycan mədəniyyətinin
inkişafında yeni dövrün əsasını
qoydu. Mədəniyyətimiz,
milli-mənəvi dəyərlərimiz
beynəlxalq aləmdə
tanındı.
Azərbaycan mədəniyyətinin
görkəmli xadimləri
Heydər Əliyev dövründə olduğu
qədər heç zaman tanınmamışlar.
Heydər Əliyev mədəniyyətimizi yaradan,
onu inkişaf etdirən insanların əməyini yüksək
qiymətləndirir, daim
onların qayğısına
qalırdı.Heydər
Əliyev bəstəkarların,
kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında,
konfranslarında iştirak
edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları
ilə qarşılanırdı.
Ulu öndərin mədəniyyət məsələləri
ilə bağlı hər çıxışı
həmin sahənin gələcək inkişaf
proqramına çevrilirdi.Heydər
Əliyev bütün
sahələr haqqında
o qədər
məlumatlı idiki,
sanki bu sahənin mütəxəssisi,
bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində
də incəsənətə
gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu
öndəri siyasət
memarına çevirdi.
Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. O, müstəqil
Azərbaycan kimi qüdrətli bir dövlətin memarı oldu .
Hələ sovetlər
dönəmində Heydər
Əliyev Azərbaycanda
mədəniyyətin maddi-texniki
bazasının möhkəmləndirilməsinə
xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin
kadr potensialı gücləndirildi. SSRİ-nin
ən nüfuzlu incəsənət yönlü
ali məktəblərində
Azərbaycan gəncləri
təhsil alıb Bakıya dönürdülər.
Sankt-Peterburqun, Moskvanın
teatr, rəssamlıq,
musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş
gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı
sənətkarlarıdır. Heydər Əliyev bu
kadrların hazırlanmasını
gələcək müstəqil
Azərbaycanımız üçün
gərəkli olacaqlarını
düşünərək etmişdir.
Dövlət müstəqilliyimizi qazandıqdan
sonra bir müddət mədəniyyətimiz
böyük çətinliklər
qarşısında qalsa
da, Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışı
Azərbaycan mədəniyyətinin
də tərəqqisinə
yeni təkan verdi. Sosial problemlər
ucbatından xarici ölkələrə üz
tutan sənət adamları Vətənə
döndülər, onlara
xüsusi qayğı
göstərilməyə başlandı.
Bağlanmış teatrlar,
kitabxanalar, muzeylər
öz qapılarını
yenidən tamaşaçıların
üzünə açdı.
Azərbaycan kinosunun böyük bir dövr inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. Bizə
yaxşı məlumdur
ki, bir sıra
filmlərimizin yaranmasında
ulu öndərin şəxsi təşəbbüsü
olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”,
“Bir cənub şəhərində”, “Nəsimi”,
“Babək” filmlərinin
yaranmasında, sovet senzurasından keçməsində
Heydər Əliyevin səyləri danılmazdır.
Teatrlarımız öz fəaliyyətlərini
genişləndirdi. Heydər
Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan
sonra yaradıcı kollektivlə görüşür,
onlara öz tövsiyə və tapşırıqlarını verirdi.
Bu görüşlər
sənət adamlarının
məsuliyyətini artırır,
onları öz qüvvələrini səfərbər
etməyə istiqamətləndirirdi.
Ümumiyyətlə, Heydər
Əliyevin hakimiyyətə
qayıdışı ilə
milli teatrımızda
yenidən canlanma başlandı, teatrlarımızın
repertuarı zənginləşdi,
maddi-texniki bazaları
möhkəmləndirildi, işçilərin
sosial durumu yaxşılaşdı.
Ulu öndərin
hakimiyyəti illərində
muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq
və memarlıq sənəti sürətlə
inkişaf etmişdir.
Bakıda ucaldılmış
çox dəyərli
heykəllər, inşa
edilmiş müasir və klassik ənənələri birləşdirən
əzəmətli binalar
xalqımızın milli
sərvətinə çevrilmişdir.
Bakımız gözəlləşmiş,
yeni görünüş
almışdır. Elə
regionlarımızda da
mədəniyyətin inkişafı
diqqətdən yayınmamışdır.
Azərbaycan mədəniyyətinin təbliğini
həmişə diqqət
mərkəzində saxlayan
ulu öndərin hakimiyyəti illərində
çox səmərəli
tədbirlər reallaşdırılıb.
Ümummilli lider Azərbaycanın sivil dünyaya inteqrasiyasına,
xalqların iqtisadi-siyasi,
humanitar yaxınlaşmasına
dövlətçiliyi möhkəmləndirən,
xalqı inkişaf etdirən ən vacib vasitələrdən
biri kimi baxırdı. Dünya ilə dil tapmağın
ən sınanmış
və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı
dərkini və təbliğini əsas götürürdü. Bu
mənada xarici ölkələrdə keçirilən
Azərbaycan mədəniyyəti
və incəsənəti
günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası
dialoqun inkişafına
çox gözəl yol açırdı.
Ulu öndərin
fəaliyyəti incəsənətimizin
bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən
filmlər, yaradılan
musiqi əsərləri
və ədəbi əsərlər xalqımızın
milli-mənəvi sərvətidir
və gələcək
nəsillər onlardan
çox şey öyrənəcəklər. “Əsl
məhəbbət haqqında”
(rejissor V.Mustafayev) filmi ulu öndərin
yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara
çatdırır. Bu
film ulu öndərə həsr olunan on filmdən
biridir. “General”, “Birinci”,
“Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi
təyinat” kimi digər filmlər də bu böyük
şəxsiyyətin həyat
və fəaliyyətinin
çox uğurlu ekran versiyasıdır.
Heydər Əliyevin
mədəniyyət siyasəti
bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
2003-cü ildən sonra
Azərbaycanda Heydər
Əliyevin mədəniyyətimizin
inkişafı ilə
bağlı ideyaları
davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin
müxtəlif sahələri
– teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə
mədəniyyətin tərəqqisinə
yeni stimul yaratmışdır.
Heydər Əliyevin
mədəniyyət siyasətinin
reallaşması işində
bu gün ulu öndərin adını şərəflə
daşıyan fondun böyük xidmətləri
vardır. Milli-mənəvi
dəyərlərimizə qayğı,
onların qorunması
və təbliğində
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətləri
əvəzsizdir. Fondun
muğam sənətimizin
inkişafına, Azərbaycan
mədəniyyətinin dünyada
tanınmasına, milli-mənəvi
dəyərlərimizin təbliğinə
həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
İndi Bakıda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilmiş Xalça Muzeyi fəaliyyət göstərir. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata
keçirdiyi mədəniyyət
siyasətinin real nəticələridir.
“Heydər Əliyev
və mədəniyyət”
mövzusu tükənməz
xəzinədir.Çünki
bugünümüzün reallıqları
məhz həmin ideyalardan güc alır. Doğrudan da, bu dahi
şəxsiyyətin yaratdığı
fundamental mədəniyyət
konsepsiyasının əhəmiyyəti
olduqca böyükdür.
“Biz öz milli-mənəvi dəyərlərimizlə
fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər
boyu xalqımızın
həyatında, yaşayışında ,
xalqımızın fəaliyyətində
formalaşıbdır. Milli-mənəvi
dəyərləri olmayan
millət həqiqi millət, həqiqi xalq ola bilməz.”
–Ulu öndərin bu kəlamları bir vətəndaş olaraq hər birimizi Azərbaycan mədəniyyətini qorumağa,
milli mənəvi dəyərlərimizdən ruh
almağa ruhlandırır.
Lena Əzizova,
Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
Şərq .-2025.- 18 iyul (¹ 124).- S.7.