102 illik Zəka
və Zəfər yolu
Bir
millətin hüquqi sabahını yazan şəxsiyyət odur
Vətəndaş cəmiyyəti, hüquqi
dövlət quruculuğu
Azərbaycan xalqı Heydər Əliyevi yalnız siyasi lider kimi
deyil, həm də milli
dövlətçilik ideologiyasının şəriksiz
müəllifi kimi tərənnüm edir və qəlbində yaşadır
10 May Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci
ildönümüdür. O, müasir Azərbaycanın
banisi olmaqla yanaşı, hüquqi dövlətin əsaslarını
yaradan lider kimi tarixə düşüb.
1993-cü ildə xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev qarşısında
dağılmış dövlət
institutlarının bərpası,
vətəndaş müharibəsi
təhlükəsinin aradan
qaldırılması və
hüquqi əsaslara söykənən idarəçiliyin
qurulması kimi ciddi vəzifələr dururdu. Ulu Öndər yaxşı
anlayırdı ki, hüquqi dövlətin bərqərar olunması olmadan nə sosial sabitlik mümkündür, nə
də inkişaf.
1995-ci ildə qəbul
olunmuş Azərbaycan
Respublikasının Konstitusiyası,
məhz onun siyasi iradəsi ilə hazırlanaraq hüquqi dövlətin əsasını qoydu. Konstitusiya qanunun
aliliyini, insan hüquq və azadlıqlarının üstünlüyünü,
hakimiyyət bölgüsünü
və hüquqi dövlətin digər prinsiplərini təsbit etdi.
Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məhkəmə-hüquq
islahatları, hakimlərin
müstəqilliyinin təmin
olunması, prokurorluq və hüquq-mühafizə
orqanlarının yenilənməsi,
eləcə də hüquqi maarifləndirmə
tədbirləri Azərbaycanın
hüquqi sistemini beynəlxalq standartlara yaxınlaşdırdı.
Onun təşəbbüsü
ilə ölkəmiz beynəlxalq hüquq institutlarına qoşuldu,
insan hüquqları sahəsində beynəlxalq
konvensiyalara inteqrasiya olundu və Ombudsman institutu təsis edildi.
Ulu Öndər
hüquqi dövlətin
yalnız qanunvericiliklə
deyil, həm də hüquqi düşüncə və
hüquq mədəniyyəti
ilə möhkəmləndirilməli
olduğunu qeyd edirdi. Onun dövründə hüquq fakültələri
və hüquqşünas
hazırlayan təhsil
müəssisələri inkişaf
etdirilib. Hüquqi maarifləndirmə
üzrə dövlət
proqramları həyata
keçirilib.
Ən əsası
isə cəmiyyətin
hüquq savadlılığı
artırılıb, vətəndaşların
öz hüquqlarını
tanıması üçün
hüquqi bazalar formalaşıb.
Heydər Əliyev hüquqi dövlətin yalnız milli deyil, eyni
zamanda beynəlxalq hüquq normalarına uyğun qurulmasını vacib hesab edirdi. Azərbaycan
onun dövründə
Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub,
Avropa Şurasının
üzvü olub. Hüquq sisteminin
beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində mühüm
islahatlar həyata keçirilib.
Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində atdığı
addımlar bu gün də müasir Azərbaycanın
hüquq sisteminin və siyasi sabitliyinin əsasıdır. Onun qoyduğu
hüquqi baza və idarəetmə fəlsəfəsi Prezident
İlham Əliyev tərəfindən inkişaf
etdirilərək daha da müasirləşdirilib.
Heydər Əliyevin sözləri ilə desək:
“Hüquqi dövlət – bu, insan hüquq və azadlıqlarının təminatıdır, qanunun aliliyidir, dövlətin ədalət və hüquq prinsiplərinə söykənməsidir”.
Bu prinsip bu gün də ölkəmizdə hüququn, sabitliyin və inkişafın təminatıdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü şərəfinə “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasında suverenlik və konstitusiya məsələləri” mövzusunda elmi seminar təşkil olunub.
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli" çərçivəsində filialın struktur rəhbərləri, müəllim və tələbələrin iştirakı ilə keçirilən elmi tədbirdə Ulu Öndərin bənzərsiz fəaliyyətinin belə təqdimatlar əsasında gənc nəslə çatdırılmasının əhəmiyyəti yüksək dəyərləndirilib. Ulu Öndərin zəngin mənalı həyat və fəaliyyətini ehtiva edən film nümayiş olunub.
Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərini vurğulayan tədbir iştirakçıları qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində məhz onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və möhkəm iradəsi dayanır. Ümummilli Liderin hüquqi dövlətin formalaşdırılması, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlər əvəzolunmazdır. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün də uğurla davam etdirilir və Azərbaycanın siyasi sabitliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu məhz bu irsin davamıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Sherg.az-a açıqlamasında keçirilən tədbirin əhəmiyyətindən danışan professor Yusif Alıyev qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafının təşəkkülü və suverenliyin qorunmasının izahı məhz bu reallıqların müqayisəli təhlilləri əsasında özünü qoruyur.
O həmçinin bildirib ki, Ümummilli Liderin əzəmətli həyat yolu və qətiyyətli siyasi fəaliyyəti Azərbaycan və dünya tarixinin müxtəlif mərhələləri, həmçinin qlobal siyasətin ən mühüm məqamları ilə birbaşa əlaqəlidir.
Professor deyib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi əksini tapıb. Elə həmin dövrdə bir neçə milli məsələnin Konstitusiyada təsbit olunması uğrunda iş aparılması olduqca çətin olsa da, Heydər Əliyev böyük siyasi iradə sərgiləyərək bu çətinliyin öhdəsindən gəlməyi bacarıb. Ulu Öndər Heydər Əliyev həm də müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafını möhkəm təməl üzərində ucalda bilib.
Professor "Bizim hamımızın
bir Vətəni var - bu, Azərbaycandır! Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını,
öz dilini, milli ənənələrini
unutmamalıdır. Onun qəlbi
daim doğma Azərbaycanla bir vurmalıdır", - deyərək
Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamını
gənclərin diqqətinə
çatdırıb və
bildirib ki, bizim hamımıza dünya ölkələrində
azərbaycanlılar deyirlər
və biz bu adı uca tutmaq
üçün çox
fəal və Vətən fədakarı
olmalıyıq. Süni intellekt
və texnologiya əsrində informasiyalardan
düzgün istifadə
etməliyik, əgər
biz millət olaraq özümüz yaratmağı
bacarmasaq, yeniliklərə
qoyduğumuz adlarla irəli getməkdə çətinlik çəkəcəyik.
Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin
memarı Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan
professor Yusif Alıyev
deyib ki, Ulu Öndərin zəngin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillər
üçün irs olan canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”,
- söyləyən Ulu
Öndər Heydər
Əliyev ömrünü
bütövlükdə doğma
Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı
ilə sevdiyi Vətənini, xalqını,
onun dövlətçiliyini
böyük mətanətlə
tarixin çox çətin sınaq və imtahanlarından mərdliklə çıxarıb.
Direktor məruzəsinin davamında
deyib ki, Ümummilli Liderimizin uzaqgörən və uğurlu dövlətçilik
strategiyası Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən
praqmatik şəkildə
davam etdirilir: “Dünya dövlətləri
sırasında özünün
qurub yaratdığı
şah əsəri olan müstəqil Azərbaycan dövlətinə
yaşamaq, əbədi
var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə
təmin edir. Məhz son hadisələrdən də
şahid olduq ki, Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq əlaqələrinin
qurulması, dünya dövlətləri ilə
xoş münasibətlərin
yaradılması ölkəmizin
beynəlxalq inteqrasiyasının
təməl prinsipidir.
İşğaldan azad olunan ərazilərdə aparılan
yenidənqurma və bərpa işlərinə
diqqət etdikdə də şahid oluruq ki, həqiqətən
də, nəyin nə zaman həyata
keçirilməsi dövlətimizin
başçısının fəaliyyətində siyasi
təntənədir. Bütün bu
şahidi olduğumuz məsələlər isə
bizi bir vətəndaş olaraq qürurlandırır”.
Professor Yusif Alıyev daha sonra qeyd
edib ki, Azərbaycan xalqı öz böyük xilaskar oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil,
həm də milli dövlətçilik
ideologiyasının şəriksiz
müəllifi kimi tərənnüm edir və qəlbində yaşadır:
“Çünki Heydər
Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi
yoxdur. Azərbaycan xalqının xoşbəxtliyi
ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən
dünya şöhrətli
siyasətçi, dünyəvi
və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə
malik, hadisələri
qabaqcadan görməyi
və qətiyyətlə
adekvat tədbirlər
həyata keçirməyi
bacaran müdrik bir şəxsiyyət, dahi insan gəldi”.
Şəymən
Bayramova
Şərq 2025.- 9 may (¹80).- S.6.