1400 finalçı,
22 ölkə
STEAM Festivalı Bakını qlobal texnologiya səhnəsinə
çıxardı
Elmi-kütləvi, mədəni-maarif, təhsil
proqramlarının hazırlanması
Bu festival
yalnız müsabiqə
deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində
iştirak imkanı yaradan beynəlxalq platformadır
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı
ilə "Bakı Ekspo" Mərkəzində
keçirilən Beynəlxalq
STEAM Azərbaycan Festivalı
(SAF 2025) yekunlaşıb. Təhsilimizin
qloballaşan dünyaya
inteqrasiyasının prioritet
sahə olduğunu nəzərə alaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
və Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə
"STEAM Azerbaijan" layihəsi
2019-2020-ci tədris ilindən
start götürüb və
həmin ildən başlayaraq ölkəmizdə
STEAM Azərbaycan layihəsi
tətbiq olunmağa başlayıb. Builki
festival çərçivəsində 18
yarış kateqoriyası
üzrə 20-dən artıq
ölkədən minlərlə
şagird, tələbə,
mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları
robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və
peyk texnologiyaları, incəsənət, innovativ
layihələr və
mühəndislik sahələrini
əhatə edib. Festivalın final mərhələsinə
1400-dən çox iştirakçı
qatılıb. Onlardan
202-si 19 xarici ölkəni
təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22 olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva,
Bakı Media Mərkəzinin
rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da Beynəlxalq
STEAM Azərbaycan Festivalını
(SAF 2025) ziyarət ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev
qonaqlara festivalın məqsədləri, proqramı
və müxtəlif istiqamətlər üzrə
təqdim olunan layihələr haqqında
ətraflı məlumat
verib. Ziyarət zamanı onlar stendlərə baxış
keçirib, festival iştirakçıları
ilə görüşərək
gənc ixtiraçıların
innovativ layihələri
ilə tanış olublar. Bundan əlavə, Leyla Əliyeva,
Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi
söhbət edib və onlarla xatirə şəkilləri
çəkdiriblər. Elm və
təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda
STEAM təhsilinin 5 il ərzində
böyük inkişaf
yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin
təhsil sistemində
genişlənməsi festivalın
əhəmiyyətini daha
da artırır. STEAM təhsilinin
əsas komponentlərinə
toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə
50 dəfədən çox
tədris resursu, metodologiya və sistem modeli tətbiq
olunur. Nazir 2027–2030-cu illərdə
STEAM-ın Azərbaycan
təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.
“STEAM Azərbaycan” layihəsinin
rəhbəri İqrar
Nəzərov layihənin
fəaliyyətinə dair
statistik göstəriciləri
diqqətə çatdırıb.
Bildirilib ki, “STEAM Azərbaycan”
layihəsi 300 mindən
çox şagird və 400-dən çox məktəbi əhatə
edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə
tədris olunur. Ölkə üzrə 21
STEAM Mərkəzi fəaliyyət
göstərir. İqrar
Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində
iştirak imkanı yaradan beynəlxalq platformadır.
Təhsil
məsələləri üzrə
mütəxəssis Kamran Əsədov
Sherg.az-a açıqlamasında qeyd etdi ki, STEAM – 5 əsas sahənin birgə tədrisidir. STEAM
əsaslı tədris
modeli elm (Science), texnologiya
(Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı
(Math) inteqrasiya olunmuş
şəkildə tədris
etmək ideyası üzərində qurulur:
- Beynəlxalq STEAM Azərbaycan
Festivalı robototexnika,
süni intellekt, bərpaolunan enerji, dron və peyk
texnologiyaları, incəsənət,
innovativ layihələr
və mühəndislik
kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Builki festivalın final mərhələsinə
1400-dən çox iştirakçı
vəsiqə qazandı,
onların 202-si müxtəlif
xarici ölkələri
təmsil edirdi. Festivalda ümumilikdə
22 ölkə iştirak
edirdi. Təsadüfi deyil ki, festivalın açılış mərasimində
çıxış edənlər
beynəlxalq səviyyəli
bu tədbirin əhəmiyyətini xüsusi
vurğuladılar. Bildirildi
ki, bu festival yalnız
müsabiqə deyil, həm də ölkəmizin gənclərinə
qlobal bilik mübadiləsində iştirak
imkanı yaradan beynəlxalq platformadır.
Azərbaycanda STEAM təhsili
son 5 il ərzində həqiqətən
də böyük inkişaf yolu keçib, minlərlə şagirdin bu prosesə qoşulması,
innovativ düşüncənin
təhsil sistemində
genişlənməsi təmin
edilib, bütün bunlar STEAM festivalının
əhəmiyyətini daha
da artırır. Çıxışı
zamanı elm və təhsil naziri Emin Əmrullayev də qeyd etdi
ki, artıq ilk illərlə
müqayisədə 50 dəfədən
çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Bu onu göstərir ki, qarşıdakı
illərdə STEAM Azərbaycan
təhsilinin əsas aparıcı məzmununa çevrilə biləcək.
K.Əsədov qeyd etdi ki, müasir çağırışlara cavab
verəcək texnologiyaların
inkişafının zəruriliyi
UNESCO-nun müvafiq hesabatında
da bildirilir:
-Qeyd olunur ki, mühəndislik sosial, iqtisadi və humanitar inkişafın əsas aparıcı, hərəkətverici mühərrikidir.
UNESCO-nun hesabatında qeyd
olunur ki, hazırda dünya miqyasında ixtisaslı mühəndis
kadrların çatışmadığı
və bu halın yaxın gələcəkdə də
davam edəcəyi qeyd olunur. Qabaqcıl
ölkələrdə akademik
və rəsmi qurumlar STEAM əsaslı təhsilin geniş yayılmasını milli strateji
hədəf kimi görür və STEAM əsaslı təhsil müəssisələrinin sayı
sürətlə artır.
Festivalın keçirilməsində
əsas məqsəd
STEAM əsaslı tədrisin
təşviqi, təhsilalanlar
arasında XXI əsr bacarıqlarının inkişaf
etdirilməsi, yaradıcı
təhsilalanların aşkara
çıxarılmasıdır. Həmçinin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Azərbaycanda keçirilməsi
STEAM əsaslı yanaşmanın
tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən
səmərəli istifadəyə
dair innovativ həll və layihələrin hazırlanmasının
təşviq edilməsi
də festivalın başlıca vəzifəsi
olaraq görülür.
Ötən il keçirilən
"STEAM Azərbaycan" Festivalında
8 yarış və 1
sərgi-yarış (Yaşıl
təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil
olunmuşdu. Kateqoriyalara
“H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”,
“VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”,
“Engineers of Future”, “Green initiatives” və
“Green Coding” daxil idi. Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan,
Qazaxıstan, Çexiya,
Slovakiya, ABŞ və
digər xarici ölkə komandaları
da yarışırdı. Festivalın
keçirildiyi müddət
ərzində müxtəlif
ideyaların reallaşdırılması,
fərqli həll yollarının araşdırılması,
istedadlı şagirdlərin
üzə çıxarılması,
biliklərin və bacarıqların qazanılması,
təhsilalanların yeni əməkdaşlıqları
üçün şərait
yaradılmışdı. Dünyada
bu istiqamətdə yarış və olimpiadalarda iştirak etmək üçün yerli olimpiadaların təşkili, sistemli və mərkəzləşdirilmiş
şəkildə ilkin
seçim və hazırlıq imkanı yaradılır. Onu da qeyd edək ki, dünyada keçirilən
bu tip yarışlarda
şagirdlər və
məktəblər xüsusi
olaraq qatılırlar.
Prosesə mərkəzləşdirilmiş
şəkildə yanaşma
daha yaxşı nəticələr əldə
etməyə imkan yaradır. Bu cür tədbirlərin keçirilməsi
həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından
da effektivdir. Məlumdur
ki, STEAM təhsil metodu
5 əsas disiplinlərin
- Elm (Science), Texnologiya (Technology),
Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə
və inteqrasiya olunmuş şəkildə
tədris etmək ideyası üzərində
qurulur. Layihənin əsas məqsədi Respublikanın ümumtəhsil
məktəblərində təhsil
alan şagirdlərdə
XXI əsr bacarıqlarını
– kreativlik, tənqidi düşünmə, əməkdaşlığin
inkişaf etdirilməsi,
praktik məşğələlər
vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə
göstərməklə yanaşı,
onlara mühəndislik
səriştələri öyrətmək,
müxtəlif proqramlaşdırma
dillərini tətbiq etməklə müasir
İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini
yüksəltməkdir.
Məlahət Rzayeva
Şərq 2025.- 21 noyabr (¹212).- S.6.