“Mən qələmsiz, kitabsız yaşaya bilmərəm”

 

Babam, deyərdi ki, “Yazıçının dəli olması yaxşıdır, o, başqa cür dəlidir"

 

İsa Muğannanın nəvəsi olaraq tanınıram bu mənim üçün həm qürurdur, həm məsuliyyət

 

Son illərdə Azərbaycan ədəbiyyatında yeni nəsil yazarların fəallığı hiss olunmaqdadır. Gənc qələm sahibləri fərqli mövzulara, yeni ədəbi üslublara müraciət edir, xüsusilə şəxsi təcrübəyə, duyğulara mistik elementlərə əsaslanan əsərlərlə çıxış edirlər. Onlar üçün yazmaq sadəcə sənət deyil, həm bir ifadə forması, ruhun dili, öz dünyaları ilə oxucu arasında qurulan körpüdür.

Bu müsahibədə öz yaradıcılıq yolu, ədəbiyyata gəlişi yazıya yanaşma tərzi ilə seçilən gənc bir yazıçının düşüncələri əksini tapır. O, ədəbiyyatı həm sığınacaq, həm məsuliyyət kimi qəbul edir. Yazılarında reallıqla yanaşı, insanın görünməyən daxili aləmini, emosional dərinliklərini zamanla dəyişən ruh halını oxucuya təqdim etməyə çalışır.

Sherg.az-ın bugünkü həm söhbəti xalq yazıçısı İsa Muğannanın nəvəsi, gənc yazıçı Səma Muğannadır:

-Ədəbiyyata marağınız necə yaranıb?

Ədəbiyyata marağımın təməli ən kiçik yaşlarımdan-5-6 yaşlarımdan qoyulub. Biz hər zaman Qibləgahımın (babamın) olduğu o müqəddəs ocaqda ondan öyrənmişik. Nağıllar, hekayələr, onun yazıları, əsərləri bir uşaq olaraq daim diqqətimi çəkib. Amma təkcə yazılar yox, o yazılardakı hadisələr, qəhrəmanlar da məni heyrətləndirirdi. Hətta deyərdim ki, bu maraq daha da əvvəldən, 3-4 yaşlarımdan başlayıb. O vaxtdan evimizdə saysız-hesabsız nağıl kitablarım var idi. Anam, atam, nənəm, babam-hamısı həmin o nağılları müxtəlif obrazlarla ifa edir, səhnələşdirirdilər. Onlardan aktyor kimi canlandırma tələb edirdim. Mən isə bu hadisələri həm izləyir, həm öz təxəyyülümdə təhlil edirdim. Obrazları tanıdıqca içimdə bir hiss yaranırdı ki, mən yazmalıyam. Kitaba olan marağım sevgiyə çevrildi. Elə bir sevgi ki, yazıçı qələmsiz, rəssam fırçasız, bəstəkar musiqisiz qala bilməzsə, mən qələmsiz, kitabsız qala bilmirəm.

Bu sevgini mənə ilk aşılayan Qibləgahım oldu. Anamın mənə danışdığı, bəzən isə özü uydurduğu nağıllar bu marağı daha da böyütdü. Orta məktəbə başladıqda, birinci sinifdə sevimli müəlliməm Təranə Yusubova bu sevgini möhkəmləndirdi. Biz artıq balaca nağıllardan daha böyük mürəkkəb əsərlərə keçdik.

Məktəb illərində səhnəyə olan marağım da güclü idi. Müxtəlif tədbirlərdə çıxış edir, əsərləri müzakirə edirdik, bəzən dərs belə ikinci planda qalırdı. O qədər içdən gələn bir sevgiydi bu.

Nəhayət, 8 yaşımda ilk yazım-"Babama məktub"  Almaniyada dərc olundu. Həmin vaxt artıq Qibləgahım bu dünyada yox idi. O məktubu əvvəlcə gizlətdim...Kiçik vərəqlərdə, şəxsi gündəliyimdə balaca yazılar yazırdım. Heç vaxt düşünməzdim ki, bir gün onlar çap olunacaq, işıq üzü görəcək.

Zamanla ədəbiyyat mənim üçün bir peşəyə çevrildi. Mən onunla həmkar həmfikir oldum.

-Niyə ədəbiyyatı həmkar həmfikir kimi vurğuladınız?

-Çünki necə deyərlər, kitab canlıdır-kitab həm yaşayır, həm insanı yaşadır. İnsanlar kitabla nəfəs alır, düşünür, hiss edir. Mən eləyəm ədəbiyyatla nəfəs alıram, ədəbiyyatla yaşayıram. Ədəbiyyat təkcə sözlər deyil, o, bir sevgidir, yaşamaq eşqidir. Əgər bir insanın daxili dünyasını tanımaq istəyirsinizsə, ona sadəcə bir sual verin: "Ədəbiyyatı sevirsənmi?" Cavab "bəli"dirsə, deməli, o insanın duyğuları da, daxilindəki təlatümlər , xoşbəxtliyi gerçəkdir. Çünki ədəbiyyat özü reallığı sevir. O, insanı özü ilə üz-üzə qoyur.

Mənə ilk yol göstərən Qibləgahım (babam) oldu. Amma ən böyük dəstəyim anam ilk müəllimim Təranə xanım idi. Onlar məndə olan o kiçik qığılcımı alova çevirdilər.

Bugün düşünə bilmirəm ki, bir gün gələcək mən ədəbiyyatsız qalacağam. Bu mənim üçün mümkün deyil...

Yəni, ədəbiyyata bir ailə mirası kimi baxırsınız?

Bəli. O əlimdən alınsa, qoparılsa, mən ruhən sönərəm. Həyatda bəlkə cismən yaşaya bilərəm, amma ruhən yox. Ədəbiyyatsız bir günümü təsəvvür etmək belə mümkün deyil.

Heç düşünmüsüz ki, "Səma Muğanna" adı bir gün "İsa Muğanna" adının önünə keçə bilər?

Xeyr, belə bir fikri vaxtsa düşünməmişəm, düşünə bilmərəm. Bəzən yazıçılar arasında istedad yarışı olur. Amma o mənim babamdır deyə demirəm-İsa Muğanna xalqın yazıçısıdır, xalqın döyünən ürəyidir.

Səma isə onun yalnız balaca bir nəvəsi olaraq kiçik addımlar atır, onun işığından bir zərrə götürüb yoluna davam edir. İstər yaşca, istər sənətdə qədər irəliləsəm , o, dühadır, o zirvəyə çatmaq mümkün deyil. Onun yerini heç kim-nə başqaları, nəvəsi əvəz edə bilməz.

Mən sadəcə babamın yaratdığı nurdan ilhamlanaraq qələmimi qorumağa yazı yolumu davam etdirməyə çalışıram.

Səni ilk olaraq İsa Muğannanın nəvəsi kimi tanıyıblar. Bəs indi elə düşünürsən ki, artıq öz adını tanıtmısan, yoxsa hələ bu yolun əvvəlindəsən?

–"Artıq tanıtmışam" deməzdim. Deyərdim ki, tanıtmaq yolunda ilk addımları atıram. Çünki hələ yaşım azdır. Düzdür, kiməsə görə 19-20 yaş artıq ciddi yaş kimi görünə bilər. Amma mənə elə gəlir ki, bu yaşda olsam da, hələ içimdə o 5 yaşlı Səmayam.

Hələ mən İsa Muğannanın nəvəsi olaraq tanınıram bu mənim üçün həm qürurdur, həm məsuliyyət. Hələ düşünürəm ki, Səma Muğanna adına tam sahib deyiləm. Çünki o ad böyük bir yük, böyük bir mənəvi miras daşıyır. bəlkə içimdə bir qorxu var: insanlar məni anlaya bilməzsə? Hiss etdiklərimi duya bilməzlərsə?

-Niyə bu cür düşünürsüz?

-Çünki mənim yazılarımda reallıqla mistik qarışıqdır deyə insanlar bəzən onu başa düşmürlər. Həmyaşıtlarım bu söhbətlərdən qaçırlar darıxırlar. Mən düşünürəm ki, 20-30 ildən sonra bəlli bir yaşa gələndə bu imza tanına bilər. İndi sadəcə, kiçik adımlar atıram.

Bu gün azərbaycanlı bir yazıçı olmaq sənin üçün deməkdir? Bu sənə hansı hissləri yaşadır?

Bu mənim üçün çox böyük bir qürur fəxrdir, eyni zamanda isə çox böyük məsuliyyətdir. Çünki əgər biz bu yolda addımlayırıqsa, yalnız bu günü yox, sabahı da düşünməliyik. Yazmaq həm düşünməkdir: “Mən necə yazım ki, sözüm oxucuya çatsın, onun ruhuna toxunsun?”

Amma bir şeyi səmimi şəkildə deyim:

Məndə heç vaxt bu fikir olmayıb ki, “oxucunu necə cəlb edim?”

Çünki mən həmişə öz dünyamda yaşamışam-öz düşüncəmdə, öz daxili aləmimdə. Bəlkə kiminsə nəzərində bu bir eqoizm kimi görünə bilər. Amma mən belə düşünmürəm. Məncə, oxucu yazıçını olduğu kimi qəbul etməlidir, olduğu kimi sevməlidir.

Yazıçı necə hiss edirsə, necə düşünürsə, oxucu da onu o cür anlamalı, o cür hiss etməlidir. Mən heç vaxt demərəm ki, “Səma duyğusal yazıçıdır yaSəma öz obrazlarına qarşı qəddardır”. Kiminsə gözündə mən çox sakit müdafiəsiz görünə bilərəm, başqasına görə isə tam əksi. Bunun qərarını mən yox, oxucu verməlidir.

niyə deyirəm ki, bu yol çətindir? Çünki indiki zamanda, xüsusən gənc yazıçılar üçün irəliləmək, öz sözünü demək asan deyil. Qarşımıza çıxan maneələr çoxdur, amma yenə inanmaq lazımdır. Ümid işığını görmək, ona doğru addımlamaq lazımdır. Düzünü deyim, mən hələ o işığa çatmamışam. Mən sadəcə öz sevdiyim dünyada, öz işığıma doğru addımlayıram.

-Ən böyük arzun nədir?

-Xalqımın sevgisini qazanmaq. Məni bir azərbaycanlı yazıçı olaraq, bir vətən qızı olaraq qəbul etmələrini istəyirəm. Çünki bir yazıçı üçün ən böyük hədiyyə oxucularının sevgisi dəstəyidir. Onların sevgisi olmasa, qələm susar.

Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, kişi yazıçılar qadın yazıçılardan daha yaxşı yazır. Bu barədə necə düşünürsüz?

Bəli, bu fərqi biz təkcə ədəbiyyatda deyil, həyatın bir çox sahələrində görürük. Amma məncə, bu fərq tarazlıqla qarşılanmalıdır. Heç kim-nə qadın, kişidigəri ilə müqayisədə daha üstün, daha aşağıda durmalıdır. Çünki qadın kişi yazıçılar fərqli düşüncə tərzinə malikdirlər bu, onların yazılarına da sirayət edir.

Qadın yazıçıların baxış bucağı daha çox daxilə yönəlik, daha emosional hissiyatlıdır. Kişi yazıçılar isə bəzən xarici görkəmə, hadisənin dinamikasına daha sərt yanaşmalara üstünlük verirlər.

Məsələn, bir qadın yazıçı bir gənc oğlan obrazını yaratdıqda, onun xarakterinə, ruhuna, daxili gücünə fokuslanır. Məsələn, Koroğlu ya Babək kimi qəhrəmanlar qadınların qələmində daha dərin duyğularla təqdim olunur. Amma kişi yazıçılar bəzən həmin obrazlara görünüş cəhətdən yanaşır ya özlərini onlarla müqayisə edirlər.

Sanki bir kişi yazıçı qəhrəman yaradanda düşünür: "Əgər bu obraz real olsaydı, mənim yerimə keçə bilərdimi?" Bu sual onların yazılarına da yansıyır. Qadın yazıçılar isə, ən azından mən özüm üçün deyə bilərəm ki, bu cür düşünmürəm. Mən heç vaxt bir obrazı yazarkən onun məndən üstün olub-olmadığını fikirləşmirəm. Mən sadəcə onun dünyasına enirəm.

Qadın yazıçılar daha çox dramatik faciəvi janrlara yönəlirlər. Kişi yazıçılarda isə bəzən dedektiv, realist ya fəlsəfi yönlər üstünlük təşkil edir. Təbii ki, bu, ümumiləşdirmədir istisnalar da var.

Amma əsas odur ki, bu fərqlilikləri düzgün dəyərləndirmək lazımdır. Hər iki cinsin yazıçıları özünəməxsus dəyərlər gətirir ədəbiyyat məhz bu müxtəlifliklə zənginləşir. Vacib olan, bu fərqləri üstünlük ya çatışmazlıq kimi deyil, tamamlayıcı xüsusiyyətlər kimi görməkdir.

Digər dənc yazarlara hansı tövsiyələri verərdiz?

Ən birinci tövsiyəm bu olar: çoxlu kitab oxusunlar. Çünki bu gün gənclər arasında ən böyük problemlərdən biri mütaliə vərdişinin olmamasıdır. Kitaba maraq azalıb, halbuki yazmaq üçün ilk şərt- oxumaqdır. Düşüncəni genişləndirən , üslubu formalaşdıran da, yazıçını yetişdirən məhz oxuduğu kitablardır.

İkinci çox vacib bir şey: qələmlərindən qorxmasınlar. Heç vaxt özlərinə sual verməsinlər ki, “bunu yazsam, görəsən insanlar düşünər?”-bu düşüncə yazını susdurar. Onlar bilməlidirlər ki, qələm azaddır. Qələm düşüncənin, hissin, ruhun dilidir onu boğmaq olmaz.

Yazmaq istədiklərini çəkincəsiz, cəsarətlə, öz istədikləri tərzdə qələmə alsınlar. əgər bu yola bir dəfə çıxıblarsa, heç vaxt yarı yolda dayanmasınlar.

Ən çətin məqamda belə davam etməyi bacarsınlar. Çünki yazmaq bir ömürlük yoldur-səbir, zəhmət inam tələb edən bir yol.

Yaxınlarda yeni kitabınızın təqdimatı oldu. Kitab haqqındadır oxucuya vəd edir?

–Bu kitab-"Həyatımdan parçalar" sənətli romandır. Əsas obraz da elə özüməm-Səma. Kitabda Səmanın məktəb illərindən tutmuş universitet dövrünə qədər keçdiyi həyat yolu, ailəsində məktəbdə yaşadığı hadisələr, eləcə daxili düşüncələri yer alıb.

Bu əsər, bir növ avtobioqrafik ruhlu bədii romandır, amma onu quru faktlarla deyil, sənətkarlıqla, bədii dillə yazmağa çalışmışam. Eyni zamanda, əsərdə oxucu bəzi yerlərdə mistik ünsürlərlə qarşılaşacaq. Yəni roman sənətli olsa da, mistika da öz izini buraxır.

Maraqlı tərəfi isə budur ki, romandakı Səma-real həyatda tanınan Səmadan xeyli fərqlidir. Özüm olsam da, o obrazı daha fərqli bir rakursdan, bəzən hətta özümə zidd şəkildə yaratmışam. Məni tanıyanlar əsərdəki Səmanı oxuyanda onun müəyyən mənada mənim əksim olduğunu hiss edəcəklər.

Yazılarınızda mistikanın üstünlük təşkil etdiyini deyirsiz. Niyə məhz mistika?

Mən həmişə bu dünyaya bağlılığımı bəzən itirmiş kimi oluram, sanki içimdə inamımölür”. Nədən ölür? Kitabımda da əks olunmuş məktəb illərimdə yaşadığım ədalətsizliklərdən, özümü o mühitdə tapa bilməməyimdən. Oxucularım da biləcəklər ki, həyatımın bu dövründə məni çox sarsıdan hadisələr olub.

Bəlkə mistika mənim üçün bir növ qoruyucu qaladır. O dünyaya daxil olaraq, orada yaratdığım öz mənəvi aləmimdə insanlarla söhbət edirəm, onları anlayıram, onlar da məni anlayır. Bu, bəzən reallığın soyuqluğundan acımasızlığından uzaqlaşmağın, ruhi bir təskinlik tapmağın yolu olur.

Bəzən özümə belə gəlir ki, bəlkə bu dünyada yaşamaq mənim üçün çətindir, oxucular məni buna görədəliadlandıra bilərlər. Amma babam, qibləgahım, həmişə deyərdi ki, “Yazıçının dəli olması yaxşıdır, o, başqa cür dəlidir". Bəlkə bu, məhz o başqa cür dəlilikdir.

Real həyat çox acımasızdır mənim ruhum bu sərtliyə dözməkdə çətinlik çəkir. Ona görə mən mistikaya üz tuturam, ona yaxınlaşıram. Ola bilsin, gələcəkdə mistikadan uzaqlaşaram, amma qədər uzaqlaşsam da, o həmişə yazılarımın içinə sızacaq, əsərlərimin ruhunda yaşayacaq.

Qarşıda hansı layihələrin var? Yeni kitabının üzərində işləyirsən?

İki il öncəQeyib olan uşaqlıqkitabımı təqdim edəndə oxucularım məndən növbəti kitabın vaxt çıxacağını soruşdular. Mən isə cavab vermişdim ki, beş il sonra. Maraqlıdır ki, beş il yox, bir ildən sonra yeni kitabımıHəyatımdan parçalar”ı təqdim etdim. Əslində istəyirəm ki, oxucularım bir az həsrətdə qalsınlar. Lakin hazırda yeni bir hekayə üzərində işləyirəm. AdıMavi yarpaq”dır. Bu əsər mistik yox, tamamilə real hadisələrə əsaslanır. Cəmiyyətdə müşahidə etdiyim, qarşıladığım faktlar həyatın özündən götürdüyüm səhnələrdən bəhrələnərək onu qələmə alıram.

Yaxın vaxtlardaMavi yarpaqoxucularla görüşəcək.

–“Qeyib olan uşaqlıqəsərində baş rolda siz idiz?

Əsərin baş rolunda mən anam-Sevinc Muğanna varıq. Orada iki əsas obraz-Çiçək Günəş mövcuddur. Əslində, Çiçək obrazı anamın gənclik illərini, onun ruhunu həyat mübarizəsini simvolizə edir. Günəş isə onun uşaqlığını, həmçinin mənim uşaqlığımı-yaşamadığım, itirdiyim uşaqlığımdır.

Anamla mən əsərdə ana-qız deyil, bacı kimi təsvir olunuruq. Bunun səbəbi isə odur ki, əgər ana-qız münasibətini birbaşa qələmə alsaydım, oxucular dərhal anlayacaqdılar ki, bu mən anamıq. Amma bacı obrazı ilə oxucunu müəyyən qədər çaşdırmaq, hadisələrin yavaş-yavaş ortaya çıxmasını təmin etmək istəyirdim. Mən oxucunun dolayı yolla hadisələrə varmasını, bunu kəşf etməsini sevirəm.

Əsərdə Çiçək Günəş bir-birini tanımır, bacı olduqlarını bilmirlər. İllər sonra qarşılaşırlar həmin andan hadisələr başlanır. Günəş, balaca Səmanın itirilmiş uşaqlığını, arzuladığı amma yaşaya bilmədiyi uşaqlığı təcəssüm etdirir. Çiçək isə gənc, təravətli, amma ruhu solmuş həyatın ağır sınaqları ilə üzləşmiş gənc qadını təmsil edir.

Onların bir-birini tapması, sevgi bağlarının yenidən qurulması həm gəncliklərini, həm uşaqlıqlarını yenidən kəşf etmələri mənasını daşıyır.

Ən yaxşı əsərinizi yazmısız?

Bunu demək mənim üçün bir az çətindir, dəqiq bilmirəm. Amma ən çox sevdiyim əsərim "Göyərçinin qəribə sevgi hekayəsi"dir. Orada göyərçini gənc qız kimi təsvir etməmişdim, həmin obraz tamamilə mənim təxəyyülümün məhsuludur. Lakin ona qarşı böyük bağlılıq hiss edirəm. O, mənim üçün çox doğma əzizdir, ən sevdiklərimdən biridir.

Maraqlısı odur ki, bu hekayəni 14 yaşımda yazmışam. Sənətli romanım-"Həyatımdan parçalar"ın da adını çəkə bilərdim, amma etmədim. Çünki "Göyərçinin qəribə sevgi hekayəsi" mənim üçün daha çox saf, incə duyğuları ifadə edir. O, 14 yaşındakı Səmanın saf, təmiz gözəl hisslərinin təcəssümüdür.

-Buradan oxucularınıza demək istəyərdiz?

-Səmanı olduğu kimi qəbul edin sevin. Onun əsərlərini oxuyarkən sanki özünüzü həmin hekayələrdə tapın. Araşdırın, bilin kimdir Səma siz onu necə görürsünüz. Hər şeydən öncə isə, özünüzü sevin, özünüzə dəyər verin. Ümid işığınızın heç vaxt sönməsinə imkan verməyin. Həyatda addımlayın, mübarizə aparın.

Niyə özünüzü sevin deyirəm? Çünki mən vaxtilə özümə layiq olduğum qədər dəyər verməmişdim. İndi isə, aylar sonra 20 yaşım tamam olur mən artıq özümü sevirəm, özümə layiq olduğumu bilirəm.

Özünüzə dəyər verin ki, sizi sevənlər sizə dəyər versin sizi qoruya bilsinlər.

 

Səma Muğanna

 

Banuçiçək Kalbalıyeva

 

Şərq.- 2025.- 10 oktyabr, ¹185.- S.7.