Ömür bir karvan yoludur
Yaxud yazıçı-publisist Şəmistan Nəzirlinin
yaradıcılığına qısa nəzər
Tanınmış tədqiqatçı,
publisist, yazıçı
Şəmistan Nəzirlinin
ölümündən sonra
onun barəsində yazmaq mənim üçün çox çətindir. Mən Şəmistan
müəllimlə 80-ci illərdən
tanışam. İlk tanışlıqdan
aramızda isti münasibət yarandı və sonralar bizim tanışlığımız
dostluğa çevrildi.
Şəmistan müəllim Türkiyə,
Rusiya, Gürcüstan,
Ermənistan, Azərbaycan
arxivlərində çox
araşdırmalar aparıb.
O, harda olubsa, ürəyində doğma
Azərbaycanımızın portretini gəzdirib, harda olubsa, yalnız
Vətənini düşünüb.
Elə ən yaxşı uğurlarını
da Vətənini, Xalqını
düşünəndə qazanıb. Bir təəssübkeş
ziyalı kimi soydaşlarının
yaxşı günlərinə
sevinib, bəd günlərində kədərlənib.
O, özünü tanıyandan
bəri doğma yurdumuzun tarixini, yurdumuzun işıqlı şəxslərinin həyatını
araşdırmaqla məşğul
olub. Bir qayda olaraq Vətəninin
qədir-qiymətini bilib,
elinin-obasının daşını-kəsəyini,
adi qanqal özəyini, tozunu-torpağını,
hər saralmış
yarpağını da əziz
tutub.
Şəmistan müəllim milli-mənəvi
dəyərlərimizə sahib çıxaraq dədə-babalarımızdan
bizlərə miras qalan xüsusiyyətləri
uca tutub, milli mentalitetimizə həmişə
hörmətlə yanaşıb.
Xalqımızın ruhunu
oxşayanlarla şərik
olub. Vətənin müsəlləh əsgəri
kimi bacardığı
işin qulpundan yapışıb.
Şəmistan müəllimin tarixə
çevrilən illərini
vərəqlədikcə gözümüzün
önündə bütün
möhtəşəmliyi ilə
diqqəti çəkən
cəfakeş bir tədqiqatçı ömrü
canlanır. Dəftərçəsinə
qeyd etdiyi aforizmlərdən biri belədir: “Yaşamaq-mübarizə
aparmaq, mübarizə
aparmaqsa-yaşamaqdır”.
Məlumat üçün deyim
ki, Şəmistan Nəzirli1942-ci ildə anadan olub. Əslən Qazax rayonundandır. ADU-nun
Jurnalistika fakültəsində
təhsil alıb. 60-cı illərdən
dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə
müntəzəm çıxış
edib. Əmək fəaliyyətinə APİ-nin
"Gənc leninçi"
qəzeti redaksiyasında
ədəbi işçi
kimi başlamışdır.
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Şirkətində
hərbi vətənpərvərlik
redaksiyasında redaktor,
şöbə müdiri,
Azərbaycan Dövlət
Ensiklopediyasında "Xatirə"
redaksiyasının şöbə
müdiri, Respublika Müdafiə
Nazirliyinin Hərbi-Elmi
Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri,
Respublika Dövlət Televiziya
və Radio Verilişləri
Şirkətində "Hərbi
proqramlar və salnamə" baş redaksiyasının baş
redaktoru vəzifələrində
işləmişdir.
Axırıncı iş yeri Azərbaycan Respublikası
Müdafiə Nazirliyində
Hərbi Elm Mərkəzi
idi. Burada hərb tarixi şöbəsində baş
elmi işçi vəzifəsində çalışırdı.
Mən Şəmistan müəllimin
tədqiqatlarını həmişə
izləmiş və maraqla oxumuşam. Onun təqdiqat əsərlərinin hər
biri bütün varlığı ilə xalqına bağlı olan, xalqı ilə nəfəs alan bir yazıçı-publisistin
ağır və gərgin əməyi hesabına ərsəyə
gəlmişdir.
Görkəmli Azərbaycan şairi Səməd Vurğun ömrünün araşdırıcısıdır.
“Vurğun keçib bu yerlərdən”,“Vurğun ömrü”, “Vurğun keçib bu yerlərdən” (təkmilləşdirilmiş nəşr),
“Yaddaşlarda yaşayan
Vurğun”-müxtəlif
illərdə qələmə
alınmış bu kitablar xalq şairi
Səməd Vurğun
irsinin daha mükəmməl öyrənilməsinə
həsr edilmişdir.O,
Həsən bəy Zərdabi adına mükafata və Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə
Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının
"Səməd Vurğun
fəxri xatirə diplomu"na, 2023-cü ildə
Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərinə görə
Azərbayca RespublikasıPrezidentinin
fərdi təqaüdünə
layiq görülmüşdür.
Azərbaycanlı
sərkərdələrin taleyi
onun ədəbi-publisist
fəaliyyətinin əsas
mövzusunu, tədqiqatının
əsas istiqamətini
təşkil edir. Əsrimizin əvvəlində
və ondan qabaqkı yüzilliklərdə
yaşamış hərbi
sərkərdələrimiz haqqında apardığı
tədqiqatlar olduqca maraqlı və çox qiymətlidir.
Adları
tarixin qəhrəmanlıq
səhifələrinə qızıl
hərflərlə yazılan
görkəmli sərkərdələrimiz
Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov,
İbrahim ağa Vəkilov,
Yadigarov qardaşları
haqqında yazılan kitabları oxuduqca fəxarət hissi keçiririk və heyrətlənməyə bilmirik.
Yazçıçının hərbi sərkədələrimiz
haqqında yazdığı
əsərlərin bir
neçəsinin adını
sıralayırıq ki, gənc
nəsil bu işıqlı general oğullarımızı
tanısınlar:.
“Azərbaycan generalları”,
“Cümhuriyyət generalları”,
“General Cəmşid Naxçıvanski”,
“Tam artilleriya generalı
Səmədbəy Mehmandarov”,
“Topoqraf general İbrahim ağa
Vəkilov”, Ãåíåðàë Àëèàãà Øèõëèíñêèé.
“Èç äíåâíèêîâ îôèöåðà”, “General Əliağa
Şıxlinski və
silahdaşları” (hərb
tarixindən araşdırmalar),
“Unudulmuş generallar”,
“Üç general-üç
tale”,əlbəttə,
bunlar Şəmistan Nəzirlinin araşdırdığı
Azərbaycan generalları
barəsindi yazdığı
əsərlərin tam siyahısı
deyil.
Xatırladırıq
ki, "Qacarlar" əsərinə
görə İran Dostluq
Cəmiyyətinin birinci
dərəcəli mükafatına,
hərbi vətənpərvərlik
mövzusunda tarixi publisistik əsərlərinə
görə "General Həzi
Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis
etdiyi "General Əliağa
Şıxlinski" mükafatlarına
layiq görülmüşdür.
Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin
"Xatirələrim" kitabı
1984-cü ildə Azərbaycan
və rus dillərində kütləvi
tirajla buraxılmışdır.
Qori və Qazax seminariyaları
haqqında apardığı
araşdırmalar, xalqımızın
maarif tarixini özündə yaşadan
toz basmış arxiv sənədlərindən
gen-bol istifadə etməklə samballı tədqiqat əsəri ortaya çıxaran yazıçı əsl vətəndaşlıq nümunəsi
göstərmişdir. (Burada
söhbət yazıçı-publisist
Şəmistan Nəzirlinin
“Qoridən gələn
qatar” adlı sənədli povestindən
gedir). Azərbaycan ədəbiyyatı tarixinin
yaşadan və zənginləşdirən iki
nüfuzlu şəxsiyyətin-Firudin
bəy Köçərlinin
və Mirzə Hüseyn Əfəndi Qayıbovun parlaq simaları arxiv materialları əsasında
sənətkarlıqla təqdiqata
cəlb olunmuşdur.
Bu kitaba qədər hələ çoxları
bilmirdi ki, (hələ
indi də bilməyənlər var) 1918-ci ildə
böyük əziyyətlə,
seminariyanı Gürcüstandan
Qazağa köçürən
Azərbaycan maarifçisi,
pedaqoq və metodist, ədəbiyyatşünas,
publisist Firudin bəy Köçərli
olmuşdur. Hələ
çoxları bilmirdi
ki, Azərbaycan ədəbiyyatı
tarixçiliyi elminin inkişafında müstəsna
xidmətləri olan, gənclərimizin savadlanması
üçün gecə-gündüz
çalışan Firudin
bəy Köçərli
1920-ci ilin iyun ayında bolşevik-daşnak
qaragürühçuları tərəfindən haqsız
yerə güllələnmişdir.
Bu və ya digər hadisələri
ilk olaraq yazıçı-publisist Şəmistan Nəzirli arxiv materialları əsasında
tədqiq edilmişdir.
Zaman-zaman,
yadelli işğalçıların
hücumlarına məruz
qalan, tarixin ayrı-ayrı kəsimlərində
parçalanan, təklənən
bir xalqın nə qədər işıqlı, nə qədər fərasətli
övladı olarmış?
Bizlərə iftixar duyğusu yaşadan bu nurlu şəxsiyyətləri
tədqiqat obyektinə
çevirərək xalqımıza
çatdıran Şəmistan
Nəzirliyə təşəkkür
borcumuz var.
Şəmistan Nəzirli 20 sentyabr
2025-ci ildə Qazaxda
ADA Universitetinin Qazax Tədris Mərkəzində
keçirilən tədbir
zamanı vəfat edib. 21 sentyabr 2025-ci ildə Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
Eldəniz Həsənov,
Azərbaycan Jurnalistlərvə Yazıçılar
Birliyi¬nin üzvü,
“Qızıl qələm” və “Ali Media” mükafatı
laureatı
Şərq.-
2025.- 10 oktyabr, ¹185.- S.5.